hidrosfer və biosferin bir başa təmasda və fəal qarşılıqlı təsirdə olduğu zonanın
landşaft sferası kimi ayırmaq məqsədəuyğundur. Landşaft sferası üzvü aləmin
həddən artıq mərkəzləşməsinə və toplanmasına görə coğrafi təbəqənin bioloji
foksunu təşkil edir. Coğrafi təbəqənin hissəsi kimi bu sfera qlobal xarakterə malik
olmaqla, xüsusi elmin-landşaftşünaslığın tədqiqat obyektidir. Landşaft sferası
başqa sferlərdən fərq8lənməklə planetimizin xarici və daxili quruluşunun ən
mürəkkəb, insan cəmiyyətinin mövcud olduğu və fəaliyyət göstərdiyi hissəsidir.
Landşaft sferasını təşkil edən coğrafi komplekslərin xarakteri bilavasitə landşaftın
özündə, Yerin daxilində və ümumiyyətlə yer səthində gedən müəyyən proseslərin
cəmilə təyin edilir.
Landşaft sferası quru və okeanda müşahidə olunan landşaft komplekslərinin
birliyidir. Coğrafi təbəqədən fərqli olaraq landşaft sferasının qalınlığı o qədər də
çox olmayıb, bir neçə yüz metrlərlə ölçülür. Landşaft sferasına müasir aşınma
təbəqəsi, torpaq-bitki örtüyü, heyvan orqanizmləri və havanın yer səthilə təmasda
olan hissəsi daxildir. Atmosfer, litosfer və hidrosferin bir başa əlaqədə olan, bir-
birinə təmas edən və fəal qarşılıqlı təsirdə olan hissəsində xüsusi təbii komplekslər
– landşaftlar əmələ gəlir.
Həyatın əmələ gəldiyi, toplandığı və sıx örtük yaratdığı yer landşaft sferasıdır.
Lakin burada da canlı orqanizmlər qeyri-bərabər paylanmışdır. Onların ən sıx
yayıldığı və inkişaf etdiyi sahə litosferin, atmosferin və hidrosferin bir-birinə daha
yaxın təmas etdiyi təbəqədə müşahidə edilir. Bu hissədə, V. .Vernandskinin dediyi
kimi «həyat pərdəsi» yaranır. Bu pərdə landşaft sferası komponentlərinin bilavasitə
bir-birinə daxil olduğu və qarşılıqlı təsirdə olan, günəş enerjisinin dəyişikliyə
məruz qaldığı, yeni törəmə komponentlərin (o cümlədən torpaq və dünya okeanı
dibindəki lil təbəqəsinin) əmələ gəldiyi ən fəal hissəsidir.
Göstərildiyi kimi, coğrafi təbəqədə belə əlaqə pərdəsi üçdür: atmosferlə –
litosferin, atmosferlə – hidrosferin və hidrosferlə – litosferin qovuşduğu səthlər,
daha doğrusu quru, okean səthi və okean dibi. Bunların hər biri coğrafi təbəqənin
özünə məxsus xüsusi və daha mürəkkəb struktur vahidləri olub, əvvəlki üç
mərtəbədən (litosfer, atmosfer və hidrosfer) fərqli olaraq, burada əsas komponent
Behruz Melikov
Behruz Melikov
yoxdur, elə ona görədə onlar müxtəlif coğrafi sferların hesabına əmələ gəlir. Quru
səthi adlandırdığımız sahə nazik (cəmi 10 metrlərlə ölçülən), lakin özünün
quruluşuna görə çox mürəkkəb təbəqə olub, torpaq, su atmosfer havası, bitki,
heyvanat aləminin mikrooorqanizmlərin bir-birilə çox sıx qarışması nətixəsində
ə
mələ gəlir.
Ə
laqə pərdəsindən coğrafi təbəqənin kənarlarına doğru uzaqlaşdıqca qarşılıqlı
mübadilənin fəallığı zəifləyir, ayrı-ayrı coğrafi sferların tərkibində başqa
komponentlərin iştirakı azalır və onların quruluşu tədricən bəsitləşir. Ona görə də
üç əsas struktur mərtəbədən (litosfer, atmosfer və hidrosfer) hər birini qalınlığına
görə bir sıra ikinci dərəcəli təbəqələrə və ya mərtəbələrə bölmək olar.
Coğrafi təbəqənin özülünü yaradan, çökmə süxur təbəqəsinin üst hissəsində
günəş şüasının, suyun, atmosfer qazlarının (oksigen və karbonun) və üzvü aləmin
təsiri altında intensiv dəyişikliyə məruz qalan çöküntü toplanan təbəqədə
hipergenez zonası ayrılır. Əslinə baxanda stratisferin bu hissəsini landşaft
sferasının əmələ gəldiyi quru səthini əlaqə (kontakt) pərdəsinə aid etmək lazımdır.
Onun qalınlığı destimetrlərlə ölçülən ən üst hissəsini orqanizmlərlə və üzvü
maddələrə zəngin olan torpaq və ya pedosfera təşkil edir.
Troposferdə qalınlığı 500-600 m-dən 1000-1500 m-dək olan aşağı təbəqə
sərhəd zolağı, təmas və ya sürtünmə zolağı adı altında ayrılır. Burada hava
təbəqəsilə quru və okean səthinin qarşılıqlı təsiri, əlaqəsi çox aydın müşahidə
olunur, toz kütləsi əsasən burada toplanır, temperaturun sutkalıq gedişi,
rütubətlilik, küləklərin işi özünü yaxşı göstərir. Atmosferin yuxarı təbəqələrində
hava kütlələrinin sürtünmə təsiri müşahidə edilməyən və küləklərin sürətinin
kəskin artdığı azad atmosfer zonası yerləşir.
Sürtünmə və ya təmas təbəqəsinin yer səthindən 30-50 m hündürlüyədək olan
aşağı hissəsi troposferin yer səthinə söykənən təbəqəsi kimi ayrılır. Burada yerli
amillərin iqlimə təsiri aydın müşahidə edilir, havanın temperaturu və rütubətlilik
yüksəklik istiqamətiedə çox tez azalır. Nəhayət, atmosferin 1,5-2 m yer səthindən
yüksək olan ən aşağı horizontu mikroiqlim sferası və ya mikrosfera adlanır. Bu
sfera çox yüksək rütubət saxlama qabiliyyəti, temperaturun kəskin tərəddüdü,
Behruz Melikov
Behruz Melikov
küləklərin zəifliyi, həmin göstəricilərin çox böyük şaquli qradientə malik olması,
gecə temperaturunun inversiyası və başqa əlamətlərlə səciyyələnir.
Troposferin yer səthinə təmas edən əbəqəsi torpaq və hipergenez sferasının üst
hissəsilə birlikdə coğrafi təbəqənin ən mürəkkəb əlaqə (kontakt) pərdəsini yaradır
ki, bunu da yerüstü landşaft sferası adlandırmaq olar. Həqiqətən, coğrafi təbəqənin
bu struktur vahidi yuxarıda göstərilən üç əsas coğrafi sferanın təmasında
(kontaktında) əmələ gəlir. Burada planetimizin canlı maddələrinin əsas hissəsi
(99% qədər) cəmləşir. Yerüstü landşaft sferasında enerji və maddələrin əsas
dəyişilmə mexanizmi yerləşir ki, bu da öz növbəsində coğrafi təbəqənin «istehsal
edici fabriki», nəhəng laboratoriyası olub, burada fasiləsiz olaraq ərimə,
oksidləşmə, bərpa olunma, hidrotasiya, bioloji sintez və parçalanma prosesləri
gedir, dağ süxurlarının mexaniki dağılması, yumşaq çökmə materiallarının
aparılması və akkumulyasiya olunması, atmosfer yağıntılarının düşməsi, axım,
buxarlanma və transpirasiya, torpağın, buzlağın, relyefin müxtəlif formalarının
ə
mələ gəlməsi baş verir.
Landşaft sferası da coğrafi təbəqə kimi çox mürəkkəb mərtəbəlilik quruluşuna
malikdir. Dəqiq tədqiqatlar zamanı elə torpaq örtüyünün özündə bir sıra
horizontalar və təbii proseslərin xarakterindən asılı dəyişikliklər yaradan bir neçə
hadisələr ayırmaq olur. Bunlara yeraltı suların dərinlik səviyyəsini aid etmək olar.
Bu səviyyədən aşağı torpağa oksigenin daxil olması çətinləşir, torpaq altında
geokimyəvi şərait kəskin dəyişir və bununla yanaşı torpağın və bioloji proseslərin
xarakteri başqalaşır. Temperatur rejiminə görə daimi orta illik temperatur səviyyəsi
fərqləndirilir. Belə ki, həmin səviyyədən aşağı illik temperatur amplitudu hiss
edilmir (ekvator boyunda həmin səviyyə 5-10 m, mülayim enliklərdə 15-20 m,
yüksək enliklərdə 20-30 m dərinlikdə yerləşir) və daimi sutkalıq temperaturun
səviyyəsi də (0,7-1,0 m dərinlikdə) nisbətən dərində yerləşir.
Qurunun kontakt təbəqəsinin yerüstü hissəsində horizontların fərqləndirilməsi
yalnız atmosfer proseslərinin xarakterinə görə deyil, biocoğrafi əlamətlərə görə də
(horizont və ya mərtəbə, yerüstü mamır, şibyə örtüyü, ot və kolluqlar, meşəaltı
otlar, kolla rvə meşə yaradan ağaclar) mümkündür.
Behruz Melikov
Behruz Melikov
Dostları ilə paylaş: |