10
Əlavələr seriyası metodu.
Nümunənin və standart məhlul əlavə edilmiş bir neçə məhlu-
lun AS ölçülür. Analitik siqnal-əlavənin qatılığı koordinatlarında qrafik qurulur. Qrafikin absis
oxunda kəsdiyi parça C
x
uyğun gəlir.
Şəkil.
Əlavəetmə metodunda
dərəcəli əyri
Əlavəetmə metodu A=f(C) asılılığı xətti olduqda tətbiq oluna bilər.
Daha çox mürəkkəb tərkibli nümunələrin analizində tətbiq olunur. Belə ki, standart məh-
lul əlavə etdikdə AS artımı yalnız təyin edilən komponentlə bağlıdır. Mane olan komponent-
lərdən siqnal sabit qalır.
Titrləmə metodları (instrumental titrləmə).
Bu metodlarda titrləmə prosesində analitik
siqnalın intensivliyi (I) ölçülür və
I
-V koordinatlarında qrafik qurulur. Burada V- əlavə olunan
titrantın həcmidir (ml). Ekvivalent nöqtə titrləmə əyrisinə görə tapılır. Titrləmə əyrilərinin növ-
ləri çoxdur, belə ki, analitik siqnalın intensivliyi təyin olunan maddənin, titrantın və reaksiya
məhsulunun qatılığı ilə əlaqədar ola bilər.
Xətti titrləmə əyriləri.
AS məhlulda qatılığın dəyişməsi ilə xətti dəyişdikdə alınır. Məsə-
lən, işıqudma, cərəyan şiddəti, elektrikkeçiricilik və s. Ekvivalent nöqtə əyrinin sınma nöqtə-
sinə uyğun gəlir.
Loqarifmik titrləmə əyriləri.
AS məhlulda maddənin qatılığının loqarifmi ilə xətti asılılığa
malik olduqda alınır. Məsələn, potensial, pH.
1.5.
Dostları ilə paylaş: