İstifadəçi İnternetin bir sıra axtarış proqramlarından (axtarış serveri, axtarış sistemləri)
istifadə edə bilər. Belə sistemlər müntəzəm olaraq işləyirlər. Xüsusi proqramların köməyi
ilə Web serverlər şəbəkədə məzmunla bağlı məlumatlar toplayır.
Aşağıda populyar axtarış serverlərin ünvanları verilir:
●http://www.rambler.ru
● http://www.yahoo.com
● http://www.excite.com
● http://www.google.az
İstifadəçi İnternetdə hər hansı bir informasiyanı axtarırsa axtarış sistemlərində açar
sözləri daxil etməlidir. Axtarış bir söz, bir neçə söz və ya ifadə üzrə icra olunur.
Ana səhifə (Homepage) - Web -də işləmək üçün başlanğıc interfeysdır. Orada
fayllara, sənədlərə və diqər resurslara müraciət yerləşir.
Çat xidmətləri Dünyanın ayrı-ayrı guşələrindəki insanlar öz aralarında ən müxtəlif
mövzularda söhbətləşir. Bunun üçün onlar çat otaqlarından istifadə edir.Yahoo və
Microsoftun çat xidmətləri, İnternet Relay Chat və www texnologiyası əsasında
işləyən çat
geniş istifadə olunur. . Windows Messenger, Yahoo Messenger , ICQ kimi proqramlar
imkan verir ki, göndərilən məlumatlar ani olaraq istifadəçinin ekranına çıxsın.
İnternet geniş resurslar təklif edir. Digər tərəfdən
Telenet, Ftp, Copher, WAIS kimi
sistemlər mövcuddur.
TELNET- Internet şəbəkəsinə qoşulan digər kompyuterlərə daxil olmaq üçün
istifadə olunur. TELNET kompyuterlərin klaviaturası arxasında əyləşib uzaq məsafədə
şəbəkə sistemlərinə (əgər uzaq məsafədəki kompyuterlərin parolu məlumdursa) və yaxud
kitabxana kataloqları və müxtəlif növ verilənlər bazası daxil olmaqla açıq serverlərə
müraciət etməyə imkan verir.
File transfer protocol (faylların ötürmə protokolu)
ftp-INTERNET-də faylların bir kompyuterdən digərinə ötürülməsini təmin edir. Bu
fayllar sənəd, fotoşəkil, proqram təminatı ola bilər. Fayl - serverin ünvanı ftp//-ilə
başlayır. Dialoq pəncərəsi qarşısında DİR yazılanlar kataloqlar, file yazılanlar isə
fayllardır. Kataloqlar üzərində mausun sol düyməsini basdıqda alt kataloq, mətn tipli
faylın üzərində basdıqda isə onun məzmunu çıxır.
USENET sistemi (telekonferensiya) informasiya mübadiləsində ümumi maraqları
olan insanları telekonferensiya vasitəsilə birləşdirir. Lakin burada elektron poçtunun
əvəzinə xəbərlərin ötürülməsi vasitəsi kimi yeniliklərin oxunması xüsusi əlavəsindən də
istifadə olunur.
mail to: elektron poçtu, news: - yeniliklər qrupu (telekonferensiya) ünvanlarını
daxil etmək üçün istifadə olunur.
Gopher - serverləri gopher: //sözü ilə başlayır. Gopher sistemi şəkilsiz və
hipermətinsiz www- yə oxşayır.
Telnet:// uzaq məsafədəki kompyuterlə terminal müraciəti təmin edir.
Internet ticarət xidməti vasitəsi ilə on-line rejimində İnternet vasitəsi ilə
müştərilərdən mal və xidmətlər üzrə sifarişləri qəbul edilir.Bu xüsusi saytda mal və
xidmətlər üçün ödənişlər elektron ödəmə sistemi vasitəısi ilə həyata keçir. Saytda
komersiya təklifləri qiymətlər pereskurantı təklif olunur. Hər bir mal və ya xidmətin əsas
xüsusiyyətləri bir çox hallarda isə malın və ya xidmətin fotoşəkili ilə müşayət olunur. Hər
hansı bir mal və ya xidmət müştəri tərəfindən seçildikdə həmin an saytda sifariş tərtib
KitabYurdu.az
17