Mühazirə mövzuları
I həftə -
Fənnin məqsəd və vəzifələri
Maşınqayırmada keyfiyyətin normallaşdırılması, qarşılıqlı əvəzolunma, standartlaşdırma və texniki ölçmənin əsas prinsiplərinin və metodlarının işlənməsi, öyrənilməsi və həyata keçirilməsi prosesləri ayrı-ayrılıqda deyil, məhz birlikdə yerinə yetirilməlidir.
Bu sərbəst elmin birgə inkişafı və istehsalatda geniş tətbiqi maşınqayırma sənayesinin inkişafına mühüm təkan verir.
“Maşınqayırmada keyfiyyətin normallaşdırılması” kursunun əsasları Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi tərəfindən təsdiq olunmuş proqrama əsasən tərtib edilmişdir.
İqtisadiyyatın dünyada ən mükəmməl və güclü iqtisadiyyata çevirmək vəzifəsi iqtisadi qudrətin əsası olan ağır sənayenin daha da inkişaf etdirilməsini tələb edir.
Maşınqayırma elmi-texniki inqilabın həyata keçirilməsində, elm və texnikanın ən yeni nailiyyətlərinin maddiləşdirilməsində ümdə rol oynayır.
Maşınqayırma sənayesinin inkişafı, maşın, avadanlıq və cihazların keyfiyyətinin yüksəldilməsi istehsalatda qarşılıqlı əvəzolunmanın keyfiyyətin normallaşdırılması prinsipi və metodlarının həyata keçirilməsi ilə sıx surətdə əlaqədardır.
Qarşılıqlı əvəzolunma, keyfiyyətin normallaşdırılması məmulatın maya dəyərini təmin edən amillərdən biridir. İstehsalatda qarşılıqlı əvəzolunmanın səviyyəsi nə qədər yüksəkdirsə, bir o qədər də məmulatlarının yığılmasına az vaxt sərf olunur, onun maya dəyəri azalır.
Keyfiyyətin normallaşdırılması, qarşılıqlı əvəzolunma konveyer üsulu ilə yığma aparılan külli istehsalın təşkilinin əsasıdır. Qarşılıqlı əvəzolunma olmadan konveyerdə yığma, xüsusən avtomatik yığma qeyri-mümkündür.
Keyfiyyətin normallaşdırılması, qarşılıqlı əvəzolunma məmulatın aşağı maya dəyəri ilə yüksək keyfiyyətini, qarşılıqlı əvəzolunma eyniadlı hissələri olan məmulatın daha yüksək dəqiqlik, davamlıq və uzunömürlüyünü təmin edir.
Maşın, avadanlıq və cihazların keyfiyyətinin təmin edilməsində standartlaşdırmanın da böyük rolu vardır. Standartlaşdırma texniki tərəqqinin effektiv vəsaiti və istehsalın xüsusiləşdirilməsinin əsasıdır.
Texniki ölçmələrin məsələləri, bütövlükdə maşının keyfiyyəti, davamlılığı və uzunömürlülüyü ilə bilavasitə bağlıdır.
Qarşılıqlı əvəzolunma, standartlaşdırma və texniki ölçmələrin əsas prinsiplərinin və metodlarının işlənilməsi, öyrənilməsi və həyata keçirilməsi prosesləri ayrı-ayrılıqda deyil, məhz birlikdə yerinə yetirilməlidir.
Dostları ilə paylaş: |