Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi



Yüklə 0,91 Mb.
səhifə110/130
tarix13.05.2022
ölçüsü0,91 Mb.
#86927
növüMühazirə
1   ...   106   107   108   109   110   111   112   113   ...   130
M hazir l r bakalavr pill si n Pedaqogika elminin obyekti v

İqtisadi tərbiyə

İqtisadi biliklərin mənimsənilməsi, onların əqidəyə çevril-məsi, iqtisadi təfəkkürün formalaşması, hər bir işdə qənaətcilliyə alışmaq iqtisadi tərbiyə adlanır. Məktəblilər iqtisadi tərbiyə prose-sində belə bir həqiqəti dərk edirlər ki, insanlar yeməyi, geyməyi və digər zəruri yaşayış vasitələrini hazır şəkildə təbiətdən almırlar. İn-sanlar özlərini dolandırmaq, nəsli artırmaq üçün maddi nemətləri is-tehsal etməlidirlər. Bunun üçün isə istehsalın texnologiyasını bil-mək, müəyyən peşəyə sahib olmaq lazımdır.


İqtisadi tərbiyənin birinci komponentini şagirdlərdə iqtisa-diyyatın əsaslarına dair biliklər təşkil edir.
İqtisadi tərbiyənin ikinci komponenti qənaətcillik şüurunun və iqtisadi təfəkkürün formalaşmasıdır.
İqtisadi tərbiyənin üçüncü komponenti iqtisadçı hərəkət-lərin formalaşmasıdır. Bu isə o deməkdir ki, iqtisadiyyat haqqındakı biliklər, anlayışlar, hərəkətlər əməli işlə birləşir.
İqtisadi tərbiyənin dördüncü komponenti sahibkarlıq və təsərrüfatçılıq qabiliyyətləri və bacarıqlarının formalaşdırılmasıdır. Bu isə o deməkdir ki, məktəbli yeraltı və yerüstü sərvətlərin qədrini bilməli, meşələrin, çayların, göllərin, dənizlərin təmiz saxlanmasına qayğı göstərməlidir.

İqtisadi tərbiyənin beşinci komponenti iqtisadi vərdişlərin formalaşdırılmasıdır. İqtisadi tərbiyə məktəblilərdə adamlara xeyir-xah və diqqətli olmaq, israfçılığa, israfçılıq edənlərə qarşı barışmaz-lıq kimi keyfiyyətləri tərbiyə edir.



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə