Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi



Yüklə 0,91 Mb.
səhifə108/130
tarix13.05.2022
ölçüsü0,91 Mb.
#86927
növüMühazirə
1   ...   104   105   106   107   108   109   110   111   ...   130
M hazir l r bakalavr pill si n Pedaqogika elminin obyekti v

Fiziki tərbiyə

Hərtərəfli inkişaf etmiş şəxsin ən mühüm keyfiyyətlərindən biri onun sağlamlığı, fiziki kamilliyidir. Sağlamlığın qeydinə qal-maq, fiziki gücün artırılmasına qayğı göstərmək insanın əxlaqi key-fiyyətlərinin bir göstəricisidir.


Fiziki tərbiyə şəxsiyyətin ahəngdar inkişafının mühüm şərtini təşkil edir. Fiziki tərbiyə əqli inkişafa kömək edir. Sağlamlıq səmə-rəli zehni fəaliyyətin vacib şərtidir: o, insanın fikir qüvvəsini artırır, yorğunluğu aradan qaldırır, iş qabiliyyətini bərpa edir.
Fiziki tərbiyə insanları Vətəni müdafiə etməyə hazırlayır. Bu-nun üçün təlim müəssisələri xüsusi proqram əsasında fəaliyyət gös-tərir. Fiziki tərbiyə həmçinin əqli inkişaf vasitəsidir. Belə ki, fiziki cəhətdən zəif və nöqsanlı insanların əqli inkişafında da çatışmazlıq və ya nöqsanlar mövcud olur. Bu nöqteyi nəzərdən H. Zərdabi fiziki tərbiyəni hərtərəfli və harmonik şəxsiyyət formalaşdırmanın əsas şərtlərindən biri hesab edirdi. Onun fikrincə, fiziki tərbiyə əqli və əxlaq tərbiyəsinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün mühüm əhəmiyyətə malikdir
Fiziki tərbiyə insanın əxlaqi-iradi inkişafının da mühüm vasi-təsidir: o, iradəni möhkəmlədir, insanda dözümlülük, intizam, kol-lektivçilik, yoldaşlıq və dostluq kimi keyfiyyətlər tərbiyə edir.

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə