Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2020


Ətraf mühitin mühafizəsi sahəsində mədəniyyət



Yüklə 439,4 Kb.
səhifə158/169
tarix31.12.2021
ölçüsü439,4 Kb.
#82008
növüMühazirə
1   ...   154   155   156   157   158   159   160   161   ...   169
C fakepathetraf muhitin iqtisadiyyat muhazire

3. Ətraf mühitin mühafizəsi sahəsində mədəniyyət

Ekoloji mədəniyyət hamıda olmalıdır.

―Mədəniyyət‖ sözü latın sözü olub torpağın becərilməsi, onun mədəniləşdirilməsi, yəni təbii obyektdə təbii sərvətlərdən yox, insanın təsiri altında yaranmış dəyişikliklər başa düşülür. Bu məfhumun bu ilkin məzmununda dil anlayışı – mədəniyyətin, insanın, onun fəaliyyətinin və təbiətin birliyinin təzahürüdür.

Mədəniyyət onu təşkil edən komponentlərin toplusu, cəmi olmayıb, insanın əsaslı ehtiyaclarına zəruri olan sistemdir. Bu müəyyən xalqa xas olan sosial durum-dur.

Hər bir xalq onun bütün tarixi boyu formalaşdırılmış və nəsildən nəsilə ötürülən müəyyən qrup dəyərlərə malik olur. Belə dəyərlərə adət - ənənə, etiqad, mənəviyyat, dini mənsubiyyət, dil və s. aiddir. Mədəniyyət sözü insanın həyat fəa-liyyətində vacib rol oynayan qiymətli dəyərdir. Onu dünyagörüşünü, xarakterini, niyyətlərini və onun hərəkətinin istiqamətini təyin edir.

Hətta texnika ilə müqayisədə də mədəniyyət bəşəriyyətin daha dinamik komponenti olmuşdur.

Ekologiya elmi XIX əsrin ortalarında bioloji elmlərin əsasında meydana gəlmiş və tezliklə müstəqil bioloji elm kimi formalaşaraq, orqanizmlərin, populya-siyaların və birliklərin mövcudluğundan bəhs edən elm kimi özünü göstərmişdir. Mədəniyyətdə olduğu kimi ekologiyada da qlobal əhəmiyyət kəsb edən təbii proseslərə yol açdı və eyni zamanda o bilavasitə bu proseslərdə insanı gözləyən xoşa gəlməz və insana bədbəxtlik gətirən hadisələrlə bağlı olmuşdur.

Ekoloji mədəniyyətin formalaşması – uzun müddətli tarixi yol keçmiş prosesdir.

Ümumi mədəniyyətin struktur elementi kimi, ekoloji mədəniyyət müxtəlif xalqlar arasında insanın müəyyən təbii landşaftlarla qarşılıqlı əlaqəsində ona adaptasiya olunmaqla yaranmışdır.

Xalqın ekoloji mədəniyyəti həqiqətən də onun ənənəvi mədəniyyəti deməkdir. Ekoloji mədəniyyəti Yer üzərində yaşayan insanların fəaliyyət dərəcəsi hüdud-larında başa düşmək lazımdır. Təhsil və tərbiyə - mədəniyyətə yiyələnmək, o cüm-lədən, ekoloji mədəniyyətə yiyələnməklə, bir nəsildən o biri nəslə ötürülür.

İnsanı özü-özünü idarə etmək və özlərinin təbiətə xüsusi münasibəti nöqteyi-nəzərdən qəbul etsək, onda ekoloji mədəniyyəti bütün insani mədəniyyətlərin ən vacibi və ayrılmaz tərkib hissəsi kimi başa düşmək lazımdır.

Təbiət insanların mənəvi həyatlarına böyük təsir göstərir. İnsanların mənəvi saflaşması, mükəmməlləşməsi və onun qanunauyğun formalaşmasında əmək maddi əsas hesab olunur. Bununla da ümumi mədəni həyatımız formalaşır. Deyi-lənlər ekoloji mədəniyyətin ayrılmaz hissəsidir.

Təbiət gənc nəslin yetişməsi və təcrübəsi işində çox mühüm olmaqla insanda bir çox xüsusiyyətlərin: mehribanlıq, humanizm, gözəlliyi görüb başa düşmək, seyr etmək qabiliyyəti, təbiət qanunlarını öyrənməyə maraq, əməksevərlik, öz doğma torpaqlarına məhəbbət aşılamaq və inkişaf etdirmək kimi xüsusiyyət aşılayır.

Təbiət-şəxsiyyətin mənəvi formalaşması üçün, ruhi pozuntuların bərpa olunması üçün mənbədir. Mənzərəli çay və göllər, dəniz sahilləri, dağ əraziləri, gö-zəl şəlalələr, qeyzerlər, qaynar bulaqlar, fiordlar, karst mağaraları və şaxtaları, relikt meşələr, rəngarəng bitki və heyvanat aləmi olan az dəyişilmiş təbii komplekslər, unikal landşaftlar və başqa bir çox obyektlər mərhəmətli insanları onlara yardım etməyə, qorumağa, himayə etməyə ruhlandırır. Bu əməl, istək ekoloji mədəniyyətdir.


Yüklə 439,4 Kb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə