Mühazirələr konspekti Bakı 2020 Dİaqnostik məlumatlarin əsas nöVLƏRİ


Texniki xidmət sistemində texniki diaqnostikanın rolu



Yüklə 11,09 Mb.
səhifə26/68
tarix17.05.2022
ölçüsü11,09 Mb.
#87239
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   68
Müh

Texniki xidmət sistemində texniki diaqnostikanın rolu
Texniki xidmət sisteminin təşkilati strukturunda təmirlərarası müddətdə dövrü olaraq avadanlıqların cari texniki vəziyyətinin diaqnostik müayinəsi nəzərdə tutulur. Texniki diaqnostika texniki xidmət sisteminin tərkib hissəsi olaraq avadanlıqların hissə və düyünlərinin texniki vəziyyəti barədə dəqiq və etibarlı məlumat alınmasına xidmət edir, alınan diaqnostik məlumatlar əsasında hissə və düyünlərin iş qabiliyyətlərinin aşağı düşmə səbəbləri müəyyən olunur, baş vermiş imtina və zədələnmələrin xarakteri aydınlaşdırılır. Beləliklə, hissə və düyünlərin faktiki texniki vəziyyətinə görə onların hansı təmir növündə və nə vaxt təmir olunacağı təyin olunur. Yəni, avadanlığın təmirlərarası xidmət müddəti təyin olunur ki, bu da istər dövrü, istərsə də təmirlər arası texniki xidmət işində bütün təmir işlərinin həcmini təyin edir. Bir sözlə texnili xidmət sistemində texniki diaqnostikanın tətbiqi bu işlərin düzgün və vaxtlı-vaxtında təşkil olunmasına xidmət edir. Avadanlıq sökülmədən bilavasitə istismar prosesi zamanı onun diaqnostik müayinəsi istismar etibarlılığının və iş resurslarının artırılmasına imkan yaradır.

Bu zaman aparılan təmir işlrinin həcmi, hissə və düyünlərin faktiki xidmət müddətləri avadanlıqların normativ-texniki sənədlərində göstərilən müddətlərin əsasında yox, avadanlıqların faktiki texniki vəziyyəti barədə diaqnostik müayinə nəticəsində alınmış etibarlı və düzgün məlumatlar əsasında təyin olunur. ??nki hissə və düyünlərin faktiki texniki vəziyyəti barədə düzgün məlumat texniki xidmət sisteminin işinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına xidmət edir.


Avadanlıqların hissə və düyünlərinin qüsurlarının erkən aşkarlanmasının istismar etibarlığının və iş resurslarının artırılmasında rolu

Avadanlıqların istismarı müddətində onların hissə və düyünləri müxtəlif növ xarici və daxili amillərin təsirinə məruz qalır. Bunun nəticəsində avadanlıqlarda müxtəlif növ qüsurlar və zədələnmələr (yeyilmə, dağılma, eroziya, korroziya, yorğunluq çatları və s.) baş verir. Zaman keçdikcə bu qüsurlar get-gedə dərinləşir və nəticə etibarilə müəyyən mürəkkəbləşmələrə, imtina və qəza hallarına gətirib çıxarır, avadanlıqların iş qabiliyyətinin qismən və ya tamamilə itirilməsinə səbəb olur.

Əlbəttə ki, belə mürəkkəbləşmələrin əsas səbəbləri baş vermiş qüsur və zədələnmələrin vaxtında (erkən) aşkarlanmaması və lazımi tədbirlərin görülməməsidir.

Avadanlıqların istismarı zamanı istər dövri, istərsə də təmirlərarası müddətdə onların diaqnostik müayinəsi, hissə və düyünlərinin cari texniki vəziyyətinin öyrənilməsi, məhz onlarda baş verən dəyişikliklərin, qüsur və zədələnmələin vaxtında (erkən) aşkarlanmasına yönəldilən bir tədbirdir.

Avadanlıqların diaqnostik müayinəsi qüsur və zədələnmlərin ilkin mərhələrində, yəni dərinləşmmiş mərhələsində aşkarlanmasına və bununla da ağır halların, qəza və mürəkkbləşmələrin qarşısını almağa imkan verir. Məlumdur ki. istismar zamanı hissə və düyünlərin cari texniki vəziyyəti barədə etibarlı və dəqiq məlumat avadanlıqların vəziyyətinə görə istismarının davam etdirilməsinə əsas verir. Əlbəttə ki, belə qərar təmir qrafiki üzrə təmirin vaxtı çatdığına baxmayaraq diaqnostik müayinələrin nəticlərinə əsasən hissə və düyünlərin texniki vəziyyətinin qənaətbəxş olduğu tədqirdə qəbul olunur. Bu da əlavə vaxt və təmir xərclərinin qarşısını almağa imkan verir.

Texniki diaqnostikanın istismar zamanı avadanlıqların hissə və düyünlərindəki qüsurların aşkarlanmasında və eləcə də texniki xidmət sisteminin ayrılmaz tərkib hissəsi kimi avadanlıqların texniki vəziyyətinə nəzarət funksiyası avadanlıqların istismar etibarlılığının və iş resurslarının artırılmasına xidmət e





Yüklə 11,09 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə