Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə10/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
50
Həmçinin Peyğəmbərin r belə dediyi rəvayət olunur:
“Daim sərxoş olan şəxs ölərsə, Allahla bütə ibadət edən
kimi görüşər”.
1
1
 (Həsən) Əhməd 1/272, ibn Məcə /3375/.


Böyük günahlar.
51
On beşinci böyük günah.
Təkəbbürlük, iftixar, özünü bəyənmək,
qürurlanma və lovğalıq.
Uca Allah buyurur:
  ?  >   =  <  ;  :  9  8    7  6  5
A    @
“Musa dedi: “Mən hesablaşma gününə inanmayan
hər bir təkəbbürlüdən həm mənim Rəbbim, həm də sizin
Rəbbiniz olan Allaha sığınıram!” [Ğafir surəsi, 27-ci ayə.]
}  |    {      z
“Həqiqətən də, O, təkəbbürlü olanları sevmir” [ən-
Nəhl surəsi, 23-cü ayə].
  r  qp  o  n  m   l    k   j  i  h
|  {  zy  x  w   v      u  t  s
“Həqiqətən, özlərinə bir dəlil gəlmədən Allahın
ayələri barəsində mübahisə edənlərin ürəklərində bö-
yüklük iddiasından başqa bir şey yoxdur. Onlar heç vaxt
buna çatmayacaqlar. Sən Allaha sığın!..” [Ğafir surəsi, 56-
cı ayə]


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
52
Peyğəmbər r demişdir: “Qəlbində zərrə qədər təkəb-
bürlük olan şəxs Cənnətə girməz”.
1
Peyğəmbər r demişdir: “Bir adam özünü bəyənib,
libası ilə lovğalanaraq gəzərkən Allah onu yerə batırmışdır
və o qiyamətə qədər yerə batmaqda davam edəcəkdir”.
2
Peyğəmbər r demişdir: “Böyüklənənlər və təkəbbür-
lülər Qiyamət günü kiçicik qarışqalar boyda olacaq, insan-
lar onları tapdalayacaqlar”.
3
Bəzi sələflər, Allaha qarşı törədilən ilk günahın təkəb-
bürlük olduğunu demişlər. Uca Allah buyurur:
  ~  }  |  {  z    y  x  w  v
£  ¢  ¡  •
“Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– de-
dikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib tə-
kəbbür göstərdi və kafir oldu” [əl-Bəqərə surəsi, 34-cü ayə].
Ona görə İblis kimi haqqa qarşı təkəbbürlük göstərən
şəxsə, onun imanı fayda verməz.
Peyğəmbər r demişdir: “Təkəbbürlük haqqı danma
və insanları özündən aşağı səviyyədə görməkdir”. Musli-
min rəvayət etdiyi ləfz isə belədir: “Təkəbbürlük haqqı
qürurlanaraq qəbul etməmək və insanları özündən aşağı
görməkdir”.
4
1
 (Səhih) Muslim /91/.
2
 (Səhih) əl-Buxari /5789/, Muslim /2088/.
3
 (Həsən) ət-Tirmizi /2494/, Əhməd 2/179.
4
 (Səhih) Əhməd 4/133-134, Muslim /91/.


Böyük günahlar.
53
Uca Allah buyurur:
Ù  Ø          ×  Ö  Õ  Ô  Ó
“Həqiqətən, Allah heç bir özündən razını, özünü
öyəni sevmir” [Loğman surəsi, 18-ci ayə].
Peyğəmbər r demişdir: Uca Allah buyurur: “Qürur
(əzəmət) mənim örtüyüm, təkəbbürlülük qiyafətimdir. Bu
iki şeydə mənimlə rəqabət aparanı Cəhənnəm oduna ata-
ram”.
1
Peyğəmbər r demişdir: “Cənnətlə Cəhənnəm Allah
qarşısında münaqişə etdilər. Cənnət dedi: Ey Rəbbim nə
üçün mənə dəyərsiz və zəif insanlar daxil olurlar? Cəhən-
nəm isə belə dedi: Mənə isə böyüklənənlər və təkəbbür-
lülər?
2
Uca Allah buyurur:
ÅÄ  Ã   Â  Á  À  ¿  ¾  ½   ¼   »      º  ¹
“Biz o Axirət yurdunu yer üzündə təkəbbürlük
etmək və fitnə-fəsad törətmək istəməyənlərə nəsib edirik”
[əl-Qasas surəsi, 83-cü ayə].
Ù  Ø          ×  Ö  Õ  Ô  Ó  ÒÑ      Ð  Ï  Î    Í  Ì  Ë     Ê  É
“İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə
özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç
1
 (Səhih) Muslim /2620/.
2
 (Səhih) əl-Buxari /4850/, Muslim /2846/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
54
bir özündən razını, özünü öyəni sevmir” [Loğman surəsi,
18-ci ayə].
Sələmə ibn Akva L rəvayət edərək demişdir: Bir
nəfər Peyğəmbərin r yanında sol əllə yeyirdi.
Peyğəmbər r ona: “Sağ  əlinlə ye”– dedi. Həmin şəxs
təkəbbürlük edərək: Bacarmıram – dedi. Peyğəmbər r də:
“Görüm heç bacarmayasan”– dedi. Həmin şəxs ondan
sonra əlini ağzına qaldıra bilmədi.
1
Peyğəmbər r demişdir: “Sizə Cəhənnəm əhlinin kim
olduğu barədə xəbər verimmi? İnsanlardan şiddətli, kobud,
böyük bədəni olub özünü bəyənərək gəzən təkəbbürlülər”.
2
İbn Ömərdən L rəvayət olunur ki, Peyğəmbərin r
belə dediyini eşitdim: “Gəzəndə lovğalanan və özünü
bəyənən hər bir şəxs, Allah ona qarşı qəzəblənmiş halda
Onunla görüşər”.
3
Əbu Hüreyrədən L isə belə bir səhih hədis rəvayət
olunmuşdur: “Cəhənnəm oduna girəcək ilk üç şəxs: zalım
hökmdar, zəkatını ödəməyən varlı və özünü bəyənən kasıb
olacaqdır”.
4
Kibrli şəxslərin ən pisi isə, öz elmi və fəziləti ilə tə-
kəbbürlük edənlərdir. Bu cür insanlara onların elmlərinin
faydası olmayacaq. Axirətini qazanmaq üçün elm alan
şəxsin elmi onu təvazökar, qəlbini müti edər. Aldığı elm
onu pusquya salar, onu başlı başına buraxmayaraq hər
1
 (Səhih) Muslim /2021/.
2
 (Səhih) əl-Buxari /4918/, Muslim /2853/.
3
 (Səhih) Əhməd 2/118, əl-Hakim 1/60.
4
 (Çox zəif) Əhməd 2/425, əl-Həkim 1/387.


Böyük günahlar.
55
vaxt nəfsini haqq-hesaba çəkər. Yox əgər diqqətsizlik
edərsə, aldığı elm onu doğru yoldan azdıraraq həlak edər.
Elmi lovğalanmaq, başçı olmaq, insanlara yuxarıdan aşağı
baxmaq, onları abdal saymaq üçün alan şəxsin etdiyi əməl
ən böyük təkəbbürlükdən sayılır. Qəlbində zərrə qədər
təkəbbürlük olan şəxs Cənnətə girməyəcəkdir. Allahdan
başqa qüvvət sahibi yoxdur.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə