18
Elçinin “Ölüm hökmü” romanını oxuyanda yaşadığım acı
günləri, qorxu və təlaş dolu illəri yenidən yaşadım və onun yaşını
düşünüb heyrətləndim. O amansız və dəhşətli illəri bu qədər təbii
və inandırıcı şəkildə qələmə ala bildiyinə təəccübləndim. Bu
yazılar Elçinin şəxsi müşahidəsinin məhsuludur. Elçinin sənətinin
sehrini və istedadının gücünü alqışlayıram!
Bəxtiyar Vahabzadə
Xalq şairi
... Elçinimiz necə sürətlə boy atdı, Doğunu və Batını mənimsə
yən parlaq bir ədəbiyyat bilicisinə, filosof qüdrətli nəzəriyyəçiyə
çevrildi... Elçinin oxucusu olmaq çətindir. Çünki onun əsl qəhrə
man hökmü ilə saçdığı inciləri yığıb-yığışdırmaq olmur..
Xəlil Rza Ulutürk
Xalq şairi
“Elçinin əsərləri işıqlı, nikbin hisslərlə, həyat eşqi və insana
hərarətli, lirik məhəbbətlə aşılanmışdır... O, insanı daxildən,
psixoloji aləminin mürəkkəbliyi ilə təsvir edir, rənglərin
zənginliyinə fikir verir.
Mirzə İbrahimov
Xalq yazıçısı
Elçin həmişə vaxtdan ucada dayanmağı bacarıb, həmişə hər
yerdə vaxtın sözünü deyə bilib. Elçin yaratdıqlarında səmimi olan,
saxta rənglərə, cansız gəzişmələrə, qanadı sınmış cümlələrə yer
verməyən, həyatı əslində necə varsa, o cür ifadə etməyi bacaran
yazıçıdır.
Mövlud Süleymanlı
Xalq yazıçısı
Elçin adamların xarakterindəki keçici, ötəri yox, mühüm,
təyinedici cəhətləri görür, işıqlandırır və bu işıq altında da onun
yaddaqalan obrazını yaradır... O öz epik əsərləri ilə Azərbaycan
19
romanının səviyyəsinin yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir
göstərmişdir.
Bəkir Nəbiyev
Akademik
Elçinin müxtəlif sənət sahibləri olan surətləri... nəinki mənəvi-
əxlaqi keyfiyyətləri, arzuları, əməlləri, həm də peşə və yaşlarına
görə də qocası qoca, cavanı cavan, uşağı uşaq kimi inandırıcıdır,
realdır. Elçin varlığı, hadisə və insan səciyyəsini canlandırmaqda
bir-birini tamamlayan bədii nüfuz üsullarından istifadə edir.
Məmməd Cəfər
Akademik
Elçin Azərbaycan ədəbiyyatının XX əsrdən XXI əsrə keçici
dövrünün qaranlığa işıq saçan mayaklarından biridir. O real və
zəngin bədii yaradıcılığı ilə xalqına , ümumən bəşəriyyətə layiqli
xidmət etmişdir.
Budaq Budaqov
Akademik
“Elçinin hekayə və povestlərini oxuyanda qələmindəki
özünəməxsusluğun bədii cizgiləri, əlamətləri dərhal nəzərə
çarpır... Nüfuzedici bir nəzərlə uzaqlara və dərinliklərə dalmaq,
gözə görünən və görünməyən ara pərdələri qaldırıb əsl mahiyyətə,
nüvəyə çatmaq meyli bu yazıçıya xas bir keyfiyyətdir.
Məmməd Arif
Akademik
Elçin Azərbaycan ədəbiyyatını yalnız respublika ölçüsündə
deyil, dünya ölçüsündə araşdırır.
Abbas Zamanov
Akademik
“Elçin müasir Türkiyə ədəbiyyatından və ədəbi prosesindən
bəhs edərkən belə bir fikri əsas götürür ki, ədəbiyyat dövrün
20
mühüm siyasi – ictimai problemlərindən kənarda qalmamalı,
həmişə öz xalqının ictimai marağının keşiyində dayanmalıdır,
bilavasitə
həyatdan
bəhrələnməlidir.
O, qabaqcıl dünya
ədəbiyyatından faydalanmaqla birlikdə milli ədəbi ənənələrinə
arxalanmalıdır...
Həmid Araslı
Akademik
Elçinin dil spesifikliyi və özünəməxsusluğu bir yazıçı kimi
qabarıq keyfiyyətlərindəndir. Elçinin yaradıcılığının əsas
xüsusiyyətlərindən biri obrazların reallığı, dinamikliyidir.
Yusif Səmədoğlu
Əməkdar İncəsənət xadimi
Elçin bədii teksti dünyaya yaxınlaşdırmağı bacarır. Elçinin
söylənti tərzi povestlərində və hekayələrində əsasən silsilə
cümlələrdən alınmış iri cümlələrdən yığılır. Ədəbiyyatımızda
bunun kökü Fizuli nəsrinə, Mirzə Fətəliyə, Mirzə Cəlilə ... gedib
çıxır.
Niyazi Mehdi
Professor
... Elçinin yaradıcılığında “yazıçı yaddaşı” güclü bir faktordur.
Onun “Bayraqdar” povesti öz müəllifinə müasir dövrdə - XXI
əsrin əvvəllərində də ədəbi bayraqdarlıq ucalığı gətirmişdir.
Nərgiz Paşayeva
Professor
Elçin tutduğu rəhbər ictimai vəzifələrdə, yüksək dövlət
vəzifələrində həmişə böyük səriştə və enerji ilə, xeyirxahlıq, eyni
zamanda prinsipiallıqla geniş mənada Azərbaycan mədəniyyətinə
xidmət etmişdir.
Tofiq Quliyev
Xalq artisti,
bəstəkar