X Fəsil. Salavatı tərk etməyin tə`sirləri
89 – O bəndə bədbəxt olsun!
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) bir gün minbərin birinci pilləsinə qalxdı və üç dəfə buyurdu: “Amin.” Sonrakı pilləyə qalxan zaman buyurdu: “Elə ki, birinci pilləyə qalxdım Cəbrail dedi: “Bədbəxt olsun o bəndə ki, Ramazanı (ayını) dərk etsin və Ramazanın (ayın) axırı yetişsin və bağışlanmasın!.”
Mən dedim: Amin!
Sonra dedi: “Bədbəxt olsun o bəndə ki, ata və ana və yaxud onlardan birini dərk edə və o şəxsin behiştə daxil olmasına bais olmasın!”
Mən dedim: Amin!
Sonra dedi: “Bədbəxt olsun o bəndə ki, sən onun yanında xatırlanasan və sənə salavat göndərməsin!”
Mən dedim: Amin!
90 – Salavatı unutmağın cəzası
Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:
“Mən nəsiyəs-səlatə ələyyə xətəə təriqəl-cənnəti.”
“Hər kəs mənə salavat göndərməyi unutsa, behiştin yolunu itirmişdir.”
91 – Möhkəm olmayan söz
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
“Kullu kəlamin la yəzkərul-ləhu fihi fə yubdəu bihi və bis-səlati əleyyə fə huvə əqtəu məmhuqun min kulli bərəkətin”
“Bir söz ki, Allahın adı çəkilmədən və mənə salavat göndərmədən başlansa, möhkəm deyil və hər cür xeyir-bərəkətdən uzaqdır.”
92 – Allahın Rəsuluna (səlləllahu əleyhi və alihi) cəfa
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
“Mən səmməl-vərdəl-əhmərə və ləm yusəlli ələyyə və əla ila fəqəd cəfai.”
“Bir nəfər qırmızı gülü (Məhəmməd gülü) iyləsə və mənə salavat göndərməsə, mənə cəfa etmişdir.”
93 – Salavat təsbihati-ərbəə ilə müadildir (bərabərdir)
İmam Rza (ə) buyurdu:
“Məhəmməd (səlləllahu əleyhi və alihi) və əhli beytinə (Səllallahu əleyhi və alihi) salavat göndərmək “Sübhənəllahi vəlhəmdulillahi vəla ilahə illəllahu vəllahu əkbər” zikri ilə müadildir (bərabərdir).
94 – Ən azğın insan
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
“İnnə əzəllən-nasi mən zukirtə indəhu fə ləm yusəlli ələyyə.”
“İnsanların ən azğını o kəsdir ki, mənim adım onun yanında dilə gəlsin lakin o mənə salavat göndərməsin.”
İKİNCİ HİSSƏ
HƏZRƏT FATİMEYİ-ZƏHRƏNIN (əleyha-salam )ZİKRİNİN FƏZİLƏTİ
Bismillahir – rəhmanir – rəhim
Ön söz
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri İlahi hədiyyədir.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri Tovhidi bəyan edir.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri Tovhid dərsidir.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri kədərli dastanı xatırladır.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri insanın me`racıdır.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri Namaza zinnət bağışlayır .
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri Allah dərgəhında qəbul olunmuş min rəkət namazdan üstündür.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri çoxlu zikrdir.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri insan əməllərinin tərəzisinin ağır olmasına bais olur.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri Allahın razılığına səbəb olur.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri behiştə daxil olmağa səbəb olur.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri İlahi zikrdir.
İmam Sadiq (əleyhis-səlam) buyurur: İbadətlər arasında həzrət Fatimeyi-Zəhranın (əleyha-salam) zikrindən daha üstünu yoxdur və əgər olsaydı Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) Fatiməyə (əleyha-salam) öyrədərdi.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikrini davamlı şəkildə deməkdə sə`y edək. Namazdan sonra və yatan zaman bu zikrdən qafil olmayaq. Öz namaz və yuxumuzu Fatimeyi-Zəhranın (ə) zikri ilə zinətləndirək və səy edək ki, bu zikri İmam Hüseyn (əleyhis-səlam) türbəti ilə deyək. Çünki İmam Hüseynin (əleyhis-səlam) türbəti Kərbala himasələrini (igidliklərini) xatırladır və şəhadət mədəniyyətini dirildir. Bu zikri deməklə yanaşı gözlərimizdən yaş axsın. Nəticədə İmam Hüseyn (əleyhis-səlam) ilə daha çox ünsiyyət tapaq.
Ümidvarıq ki, Fatimeyi-Zəhranın (əleyha-salam) zikrini deməklə öz dünya və axirət həyatımızı sığortalayaq və onu öz axirət səfərimizin azuqəsi edək
Abbas Əzizi
Dostları ilə paylaş: |