1
Elmi redaktor: Əli Həsənov,
tarix elmləri doktoru, professor
Rəyçi: Məmməd Fətəliyev,
tarix elmləri doktoru
QASIMLI M. C. SSRİ -Türkiyə mnasibətləri (Türkiyədə 1960-cı il çevrilişindən
SSRİ-nin dağılmasınadək). I cild. 1960-1979. Bakı, “Adiloğlu” nəşriyyatı, 2007,
560 səh.
İkinci dünya müharibəsinin sonlarında pozulan SSRİ-Türkiyə münasibətləri
60-cı illərin əvvəllərindən necə normallaşdı? Buna hansı amillər təsir etdi? Müna-
sibətlərdə ABŞ faktoru hansı yeri tuturdu? Kuba raket böhranı sovet-türk müna-
sibətlərinə necə təsir etdi? SSRİ Türkiyə Kommunist Partiyasına və İraqın şima-
lında silahlı dəstələrdən birinə başçılıq edən Molla Mustafa Barzaniyə yardımları
necə edirdi? Kipr problemi qarşılıqlı münasibətlərdə hansı rolu oynayırdı? SSRİ
Dövlət Təhlükəsizliyi Komitəsi Kipr kommunistlərinə silahı necə ötürdü? Qarşılıqlı
münasibətlərə Çin faktoru necə təsir edirdi? Türkiyəyə yönəlik sovet siyasətində
Bolqarıstan hansı rolu oynayırdı? Erməni terroru sovet-türk münasibətlərinə necə
təsir edirdi? İki ölkənin yaxınlaşmasında Azərbaycan hansı rolu oynayırdı? Bütün
bu və ya digər suallara Azərbaycan, Rusiya, Türkiyə arxivlərində uzun illər boyu
“tam məxfi”, “məxfi” və “xidməti istifadə üçün“ qrifləri altında saxlanılmış ma-
teriallar, ABŞ Dövlət Departamentinin və Mərkəzi Kəşfiyyat İdarəsinin sənədləri,
Ermənistan və Gürcüsтan mətbuatı əsasında yazılmış monoqrafiyada cavab verilir.
İstifadə edilmiş mənbə və ədəbiyyatların demək olar ki, hamısı elmi döv-
riyyəyə ilk dəfə gətirilmişdir.
Monoqrafiya beynəlxalq münasibətlər тarixi üzrə mütəxəssislər, diplomatlar
və sovet gizlinləri ilə maraqlanan şəxslər üçün nəzərdə tutulmuşdur.
İSBN – 978-9952-25-067-1
Qasımlı M.C., 2007