Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə10/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   87

 
 
 
25 
 
•  I  mərhələ •  
Azərbaycan Xalq Cümhuriyyətinin 
yaranmasından əsrin ortalarına qədər 
 • 
 

ziyаsı qəlbinin rаhаt-rаhаt döyündüyünü göstərirdi. Hеç bir zаmаn görmədiyim bu rəng, 
bu işıq nədən dоğmuşdu? 
Mən indi yаlnız bunu düşünür, bu sirri kəşf еtməyə çаlışırdım ki, birdən-birə Аnа-
bаcının səsi qulаğımdа təkrаr səsləndi: 
– Оğlum, sənə isti köynək tохumаq istəyirdim, kаsıblığın üzü qаrа оlsun, yunum, 
ipim çаtmаdı. 
– Mənim üçün bu dа çохdur, nənəcаn, – dеdim. 
– Yох, оğlum, yох! – dеdi və üzündəki, gözlərindəki о rəng dərhаl insаfsız bir əl 
tərəfindən silinmiş kimi оldu. Çöhrəsi rəngdən-rəngə girən qаdının bu hаllаrı indi mənə 
bir çох şеyləri хаtırlаdır, bir çох köhnə dаstаnlаrı аnlаdırdı. 
Köhnə nəslin sоn qəhrəmаnı оlаn bu qаdın hələ qаrşımdа оturmuş, mənə mеydаn 
охuyur, həm də аtа-bаbаdаn qаlmа kеçmiş əхlаq və səciyyələrini bütün hаl və hərəkət-
ləri ilə mənə аnlаdırdı. Аrtıq yаrım əsr əvvəlin cаnlı tаriхi оlаn bu qаdın nəzərimdə dаhа 
böyümüş, dаhа cаnlаnmış, sаnki mənə: “Yохsul оlsаm dа, qəlbim gеniş, ruhum ucаdır”, 
– dеmək istəyirdi. Çох gözəl, bunu mən də еtirаf еdirəm. Lаkin, еy yüksək qаdın, söylə, 
аltmış illik səfil bir həyаtın sənə yükləmiş оlduğu аğır yüklər bеlini bükmüş, gözlərinin 
nurunu  аlmış,  dizlərini  tаqətsiz  еtmiş  оlduğu  hаldа,  nеcə  оlmuş  ki,  qəlbinə,  ruhunа 
tохunmаmışdır? Sən mənə bunu аnlаt!  
 
 
 
1.  Əsərin oxusundan (bunu fərqli şəkildə yerinə yetirə bilərsiniz) sonra parta yoldaşınızla birlikdə mətnin 
kənarındakı suallara cavab hazırlayın. 
2.  Mətnin üçüncü parçasına aid suallar tərtib edin. 
3.  Kiçik qruplarda birləşib, tərtib etdikləriniz də daxil olmaqla, bütün sualların cavabı ilə bağlı fikir müba-
diləsi aparın. 
4.  Çıxardığınız nəticələri təqdimatlar əsasında müzakirə edin. 
5.  Əsərdən seçdiyiniz hissəyə ad verin, məzmununu hazırladığınız plan əsasında yaradıcı danışın. 
 
 
• Mövzulardan birini seçib şifahi təqdimata hazırlaşın.  
a) Hekayə məndə hansı təəssürat yaratdı?  
b) Anabacı obrazı hansı cəhətlərinə görə diqqətimi cəlb etdi? 
 
 
• Əsərin təhlilinə hazırlaşın. 
1.  Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın. 
Müəllifin oğlu, tanınmış ədəbiyyatşünas alim Kamal Talıbzadə yazır: “Bizim evə gəlib-gedən, nənəm 
Mehri xanımla dostluq edən Nənəxanım adlı qoca bir arvad vardı, qara, köhnə çarşaba bürünüb gəzərdi... 
Onunla atam təsadüfən küçədə rastlaşmış, bir xahişini yerinə yetirmək üçün kimsəsiz qocanı evə gətirmiş və 
uçurum qarşısında duran bir ailəni fəlakətdən xilas etmişdi. Bu təsadüf atamın 1923-cü ildə qələmə aldığı 
“Anabacı” hekayəsinin yazılmasına səbəb olmuşdu. Qoca qadına edilmiş yaxşılıq müqabilində  hədiyyə 
olaraq toxuduğu yun corabı təqdim edəndə atamın zəhmət haqqı vermək istəməsini o elə qəzəblə qarşılamış, 
ruhundakı etiraz o qədər güclü və  əzəmətli olmuşdu ki, yazıçını  qələmə müraciət etməyə, insan ləyaqəti 
haqqında əsər yazmağa ruhlandırmışdı...”  
Yazıçı  həyatda  tanıdığı,  müşahidə  etdiyi  Nənəxanımın  və  onun  kimi  onlarla  insanın  fərdi  cizgilərini 
diqqətlə  öyrənmiş,  ümumiləşdirmə  aparmış,  parlaq,  yaddaqalan  ədəbi  qəhrəmanını  –  Anabacı  obrazını 
I   d ə r s 
M ə z m u n   ü z r ə i ş
 
E v d ə   i ş  
I I   d ə r s 
T ə h l i l   ü z r ə   i ş  


 
 
26 
 
yaratmağa nail olmuşdur. Əsərin üzərində müşahidələrinizi davam etdirin, bu obrazı yaradarkən müəllifin 
hansı bədii vasitələrdən və necə istifadə etdiyini aydınlaşdırmağa çalışın.  
 
 
2. Hekayənin mövzusunu və onda qaldırılmış başlıca problemi müəyyənləşdirin. Gəldiyiniz nəticəyə 
əsasən cədvəldə qeydlər edin. 
Əsərin 
mövzusu 
Əsərdə diqqətə çatdırılan 
başlıca problem 
Problemin həllini 
yazıçı nədə görür? 
Problemin həlli barədə siz 
nə düşünürsünüz? 
 
 
 
 
3. Anabacı obrazını səciyyələndirin. Cədvəldən istifadə edin. 
Anabacı obrazı 
Onun xarakterindəki başlıca 
cəhətlər 
Müəllifin bu obraz haqqında 
mühakimələri 
Sizin ona 
münasibətiniz 
 
 
 
4. Hekayənin müəllifi haqqında sizdə hansı təsəvvür yarandı? Fikrinizi nümunələrlə əsaslandırın.  
5. Əsərin bədii təsir gücü hansı vasitələrlə artırılmışdır? Cədvəldən istifadə edin. 
Əsərin bədii təsir gücünü artiran vasitələr 
Bədii təsvir və ifadə vasitələri 
(nümunələrlə əsaslandırmalı) 
Obrazlı söz, ifadə və 
cümlələr (nümunələrlə 
əsaslandırmalı) 
Təsvirlər (nümunələrlə 
əsaslandırmalı) 
 
 
 
6. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? Cədvəldən istifadə edin. 
Əsərin əsas ideyası 
Nə üçün belə düşünürsünüz? 
 
 
 
 
•  Müxtəlif  mənbələrdən  (digər  fənlərdən,  kitabxanadan,  internetdən  və  s.)  topladığınız  məlumat 
əsasında “Hekayənin yazıldığı dövr haqqında təsəvvürüm” mövzusunda təqdimata hazırlaşın. 
 
 
1.  Müzakirə edin: Düşdüyü şəraitdən və vəziyyətdən asılı olmayaraq, insan öz ləyaqətini qoruyub 
saxlaya bilərmi? 
2.  Mövzulardan birini seçib işləyin:  
a) “Hekayə insanlara, həyata baxışımda hansı dəyişikliyə səbəb oldu?” mövzusunda yığcam inşa 
yazın.   
b)  “Anabacı obrazının taleyi məndə hansı hiss və düşüncələr yaratdı?” mövzusunda yığcam esse 
yazın. 
3.    İnşa və esselərdən nümunələri müzakirə edin. 
 
 
• Kitabxanadan və ya internetdəki mənbələrdən istifadə etməklə A.Şaiqin uşaqlar üçün yazdığı əsərlər 
barədə məlumat toplayıb öyrənin, mənimsədiklərinizdən müzakirələrdə, tədbirlərdə istifadə edin.  
 
 
 
A r a ş d ır ı n  •  F i k i r l ə ş i n   •  C a va b   v er i n 
 
E v d ə   i ş  
I I I   d ə r s 
T ə t b i q   •  M üz a k i r ə   •   Y a r a d ı c ı  i ş  
 
E v d ə   i ş  


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə