N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə22/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   18   19   20   21   22   23   24   25   ...   145

yetişdirilməsinə  fəal  yardım  etməkdən  ibarətdir  (77,  18  aprel 

1998-ci il, № 8 6 ) .

Azərbaycanda  Mədəniyyət  siyasətinin  təminatı  aşağıdakı 

istiqamətlərdə  həyata  keçirilir:  Qanunvericilik  təminatı;  M üəl­

liflik hüququ;  Mədəniyyətin maliyyələşməsi; Mədəniyyət sahə­

sində təhsil, treninqlər və tədqiqatlar;  Beynəlxalq münasibətlər; 

Əhalinin  mədəni  həyatda  iştirakı;  Mədəni  və  təbii  irs; 

Muzeylər;  Kitabxanalar;  Ənənəvi  incəsənət;  İfaçılıq  sənəti  -  

yaradıcılığın dəstəklənməsi;  Mədəniyyət industriyalan;  Avropa 

ekspertlərindən  ibarət  müstəqil  qrupun  məruzəsi  (Mədəniyyət 

və  sabit  inkişaf;  Azərbaycanda  mədəniyyət  strategiyalannm 

inkişafı; 

Nəticə  və 

beynəlxalq 

əməkdaşlıq  məsələləri; 

Mədəniyyət  və  özünəməxsusluq:  milli,  regional  və  azlıqlar 

səviyyəsində perspektivlər və cari  vəziyyət);  Mədəniyyət Sahə­

sində Qanunvericilik və Mədəniyyət Siyasətinin İnkişafı (139).

Tarixi  kontekstdən  baxıldıqda  məlum  olur  ki,  dövlətin 

mədəniyyət  siyasəti,  müəyyən  obyektiv  amillərin  mövcudluğu 

halında  təşəkkül  tapır;  bu  amillər  bilavasitə  ona  təsir  göstər­

məklə  qalmayıb,  həm  də  bir  növü  onun  təcəssümünün  zaman- 

məkan  kontinuumunu  təşkil  edir.  Buna  görə  də  hər  hansı  bir 

konkret ölkənin mədəniyyət siyasəti  haqda təsəvvür əldə etmək 

üçün  ilk  növbədə  onun  tarixi,  təbii-coğrafi  şəraiti  ilə,  eləcə  də 

həmin  ölkədə  ictimai  və  fərdi  həyat  sahələrində  ümumi 

vəziyyətlə  tanış  olmaq  lazımdır.  Bu  səbəbdən  də  hər  bir  ölkə­

nin  (təbii  ehtiyatlardan  tutmuş  sosial  və  beynəlxalq  xarakteris­

tikalara  qədər),  onun  mədəniyyət  siyasətinin  obyektiv  şərtlə­

rinin  məcmusunu  təşkil  edən  cəhətlərin  öyrənilməsinə  zərurət 

vardır.  Bu  cəhətlərə  qısaca  olaraq  Azərbaycan  Respublikasının 

nümunəsində diqqət yetirək.

M əlumdur ki,  XX  əsr ərzində Azərbaycanda əhali  artımı  və 

urbanizasiya  sahəsində  böyük  prosseslər  baş  vermişdir. 

Əhalinin  sayı  azı  dörd  dəfə  -   1897-ci  ildə  1  806  700  nəfərdən 

2000-ci  ildə  8  016  200  nəfərədək  artmışdır.  Siyasi  struktura 

gəlincə 

isə 


Azərbaycan 

demokratik, 

hüquqi, 

dünyəvi


67


respublikadır.  Azərbaycan Respublikasının  1995-ci  il  noyabnn 

12-də  ümumxalq  referendumunda  qəbul  edilən  hazırkı  Kons­

titusiyası  qanunverici,  icraedici  və  məhkəmə  hakimiyyətlərinin 

bölünməsini,  prezident,  parlament  və  bələdiyyə  seçkilərinin 

keçirilməsini  nəzərdə tutur.  Azərbaycan Respublikasının  siyasi 

modeli  “prezident  respublikasf’na  uyğundur.  Siyasi  qərarlar 

qüvvədə  olan  qanunvericilik çərçivəsində Azərbaycan Respub­

likasının prezidenti  səviyyəsində qəbul  edilir,  sonra isə Nazirlər 

Kabineti  və  nazirliklər  vasitəsilə  həyata  keçirilir.  Milli  Məclis 

majoritar  sistemlə  5  il  müddətinə  seçilən  125  millət vəkilindən 

ibarətdir.  Məhkəmə  səlahiyyətləri  Konstitusiya,  ali  və  iqtisadi 

məhkəmələrə,  habelə  aşağı  səviyyəli  ümumi  və  ixtisaslaşmış 

məhkəmə  instansiyalarına  verilmişdir.  2002-ci  il  avqustun  24- 

də  keçirilən  ümumxalq  referendumuna  əsasən  ölkənin  bundan 

sonra  da  demokratik  yolla  irəliləməsi  üçün  konstitusiyaya 

əlavələr  və  düzəlişlər  edilmişdir.  Azərbaycanda  vətəndaş  cə­

miyyəti  quruculuğu  prossesi  öz  inkişafının  birinci  mərhələsini 

yaşayır.  Ədliyyə  Nazirliyində  1500-ə  yaxın  qeyri-hökumət 

təşkilatı  qeydiyyatdan  keçmişdir,  çox  sayda  QHT  qeydiyyatsız 

fəaliyyət  göstərir.  Lakin,  onlardan  yalnız  çox  az  bir  qismi 

həqiqətən  fəal  hesab  olunur.  QHT-lərin  əksəriyyəti  lazımi 

maliyyə  mənbələri,  təşkilati  vərdiş,  tədqiqat  potensialı  və 

iştirakçıların sayı baxımından ciddi  korluq çəkir.

Azərbaycan  Respublikası  30-dan  artıq  beynəlxalq  və 

regional təşkilatın üzvüdür:  ATƏT (yanvar,  1992),  BMT (mart, 

1992),  YUNESKO  (iyun,  1992),  İƏT  (İqtisadi  Əməkdaşlıq 

Təşkilatı,  1992), Avropa Bərpa və İnkişaf Bankı  (1992), Dünya 

Bankı  (1992),  İslam  Konfransı  Təşkilatı  (1992),  Qara  Dəniz 

İqtisadi  Əməkdaşlıq  Təşkilatı  (1992),  TURKSOY  (iyul,  1993), 

MDB  (sentyabr,  1993),  YUNISEF  (1993),  Ümumdünya 

Səhiyyə  Təşkilatı  (oktyabr,  1992),  İNTERPOL  (1993),  Bey­

nəlxalq Olimpiya Komitəsi  (1993),  Beynəlxalq Qırmızı  Xaç və 

Qırmızı  Aypara Federasiyası  (1993),  GÖUAM  (1997),  Avropa 

Şurası  (yanvar,  2001)  və  s.  Bundan  əlavə,  Azərbaycan

68



Respublikası  1996-ci  ildə  Avropa  Birliyi  ilə  tərəfdaşlıq  və 

əməkdaşlıq  sahəsində  müqavilə  imzalamışdır və  1994-cü  ildən 

etibarən  NATO-nun  “sülh  naminə  tərəfdaşlıq”  proqramında 

iştirak edir.

Azərbaycanın xarici  siyasəti  milli  dövlət müstəqilliyinin və 

onun  ərazi  bütövlüyünün  qorunmasına  və  gücləndirilməsinə, 

bərabərhüquqlu  və  qarşılıqlı  faydalı  münasibətlərin  inkişafına, 

dünyanın  bütün  ölkələri  ilə  dostluq  əlaqələrinin  qurulmasına 

yönəldilmişdir.  Azərbaycanın  coğrafi  vəziyyəti,  sosial-siyasi 

səyləri,  tarixi-mədəni 

ənənələrindən  doğan  transregional 

xüsusiyyətləri  müstəqil  Azərbaycan  Respublikasının  gələcəkdə 

daha  da  inkişaf edəcəyinə  və  möhkəmlənəcəyinə  hər  cür  əsas 

verir.  Bu  da,  heç  şübhəsiz,  onun  daxili  və  xarici  mədəniyyət 

siyasətinin inkişafına böyük təkan verəcəkdir (139).

M üasir  Azərbaycanın  mədəniyyət  siyasəti,  hər  şeydən 

əvvəl,  öz tarixinin son on yeddi  ilini  müstəqillik bayrağı  altında 

yaşayan  bir  ölkənin  siyasətidir. 

Siyasi 

rejimin  dövlət 



quruculuğu, 

iqtisadiyyat 

və 

sosial 


sahələrdə 

köklü 


dəyişikliklərə  səbəb  olan  transformasiyası  mədəni  prossesin 

məzmununa və  dinamikasına bilavasitə təsir göstərmişdir.  Eyni 

zamanda,  həyat  gerçəkliyinin  spesifik  inikas  forması  olan  və 

düşüncənin,  psixologiyanın,  sosial  şüurun  dərin  qatlarına nüfuz 

edən  mədəniyyətdə  baş  verən  dəyişikliklər  digər  sahələrdəki 

kimi  heç  də  sürətli  və  aşkar  şəkildə  olmamışdır.  Son  illərdə 

ölkənin  mədəni  həyatında  baş  verən  prosseslər  üçün  “sovet” 

keçmişindən  “postsovet”  indisinə  nisbətən  hamar  keçid 

xarakterikdir. 

Şərti 


olaraq 

bu 


prossesi 

mədəniyyətdə 

“məxməri”  inqilab  adlandırmaq  olar,  çünki  baş  verənlərin 

tempi,  metodları  və  xarakteri  “dəyişiklik  naminə  dəyişikliyə” 

deyil,  yeni  reallığın  tədricən  mənimsənilməsinə  yönəlmişdir. 

Qeyd  etmək  lazımdır  ki,  siyasi,  iqtisadi,  hüquq-mühafizə  və 

təhsil  sahələrindən  fərqli  olaraq  mədəniyyət  rəsmən  islahatlar 

sahəsi  elan  edilməmişdi  və  bunun  da  nəticəsi  olaraq  dövlət 

tərəfindən 

verilən 


əlavə 

güzəştlərdən 

və 

beynəlxalq



69


Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə