N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə3/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   2   3   4   5   6   7   8   9   ...   145

həsində  inkişafın  təmin  edilməsinə  dair  problemlər  bir  çox  kul­

turoloqların,  tarixçilərin,  fılosoflann,  filoloqların,  sənətşünaslann, 

psixoloqlann,  sosioloqlann,  politoloqlann,  pedaqoji  sahə mütəxəs­

sislərinin  diqqətini  cəlb  etmişdir.  Mədəniyyət  sahəsində  siyasətin 

uğurla  həyata  keçirilməsinə  dair  araşdırmalarda  bir  sıra  suallara 

cavab  axtanlmış,  dünya kulturoloji  fikrində müəyyən  elmi  qənaət­

lər  əldə  edilmişdir.  Eləcə  də  son  dövrlərdə  azərbaycanlı  alimlərin 

araşdırmalan  içərisində  mədəniyyət  siyasətinə  və  milli-mənəvi 

dəyərlərimizin  mühafizəsi  probleminə  həsr  olunmuş  (və  ya  bu 

mövzuya toxunulan) bir çox elmi tədqiqatlar apanlmış, elmi-nəzəri 

əsərlər  yazılmışdır.  Lakin  müasir  şəraitdə  mədəniyyət  siyasəti  və 

mənəvi  dəyərləri  mövzusu  Namiq  Abbasovun  “Mədəniyyət  siya­

səti  və  mənəvi  dəyərlər”  adlı  monoqrafiyasında  ilk  dəfə  sistemli 

şəkildə araşdınlmışdır.

Bu sevindirici bir haldır ki, Azərbaycanın müstəqilliyinə qovuş­

duğu dövrdən etibarən yaranan imkanlar və milli-mənəvi dəyərləri­

mizin  mühafizəsinə  göstərilən  qayğı,  gənc  alimlərin  və  tədqiqat­

çıların  bu  sahədəki  araşdırmalarına  da  stimul  verməkdədir.  Bu 

mənada Namiq Abbasovun “Mədəniyyət siyasəti və mənəvi dəyər- 

lə f’  mövzusunda  yazmış  olduğu  monoqrafiya  da  məhz  belə  bir 

zəmin  üzərində  ərsəyə  gəlmişdir.  Mədəniyyət  siyasəti  sahəsindəki 

fəaliyyətlərə  elmi  dəstək  vermək  məqsədindən  irəli  gələn  bu 

tədqiqatın  aparılması  prosesində,  təbii  ki,  mədəniyyət fenomeni  ilə 

bağlı  yuxanda  qeyd  olunan  səciyyəvi  xüsusiyyətlər  və  bu  sahədə 

əldə  edilmiş  elmi  qənaətlər nəzərə  alınmışdır.  Bu baxımdan,  milli- 

mənəvi  dəyərlərin mühafizəsi və inkişafını,  mədəniyyət  siyasətinin 

mahiyyəti,  icra  mexanizmi  və  perspektivlərinin  tədqiqini  nəzərdə 

tutan monoqrafik araşdırma mövzusu aktuallıq kəsb etməkdədir.



Mübariz Süleymanlı

8



Giriş

M ədəniyyət  siyasəti  sahəsində  qazanılan  nailiyyətlər  sübut 

edir  ki,  Azərbaycan  dövlət  müstəqilliyi  getdikcə  möhkəmlən­

dirilməkdə,  respublikamızda  demokratik,  hüquqi,  dünyəvi 

dövlət  quruculuğu  prosesi  daha  da  sürətlə  inkişaf etməkdədir. 

Dövlətçiliyin təməlinin, milli varlığın özülünün,  əsasının mədə­

niyyətə  bağlı  olduğunu  aydın  dərk  edən  mərhum  prezident 

Heydər  Əliyev  13  avqust  2001-ci  il  tarixli  bəyanatında 

söyləmişdir:  “Biz  öz  milli-mənəvi  dəyərlərimizlə,  öz  dini 

dəyərlərimizlə,  adət-ənənələrimizlə fəxr edirik.  Bizim  xalqımız 

yüz  illərlə,  min  illərlə  adət-ənənələrimizi,  milli-mənəvi  dəyər­

lərimizi  yaradıbdır  və  bunlar  indi  bizim  xalqımızın  mənəviy­

yatını təşkil  edən amillərdir” .

Ümummilli  liderimiz  Heydər  Əliyevin  yürütdüyü  siyasi- 

mədəni  xəttin  layiqli  davamçısı  prezident  İlham  Əliyevin 

inamla  və  sədaqətlə  həyata  keçirməkdə  olduğu  mədəniyyət 

siyasətinin  uğurlu  nəticələri  və  perspektivləri  artıq  göz 

qabağındadır.  Belə  ki,  “2006  -   2016-cı  illər  üçün  mədəniyyət 

sahəsində  dövlət inkişaf konsepsiyasf’nm  əsas  qayəsi  daxili  və 

xarici  dövlət  mədəniyyət  siyasətinin  təminatı  mexanizmlərini 

dünya  standartları  səviyyəsinə  çatdırmaq  yolunda  mədəni  irsin 

qorunması,  yaradıcılığın  dəstəklənməsi  və  mədəni  sənayelərin 

dirçəldilməsi  kimi  prioritet  istiqamətləri  müasir  dövrün 

tələblərinə  uyğun  şəkildə  inkişaf etdirməklə  qədim  və  möhtə­

şəm  Azərbaycan  mədəniyyətinin  və  incəsənətinin  qorunub 

saxlanılmasına,  gələcək  inkişafına  və  dünya  mədəniyyətinə 

uğurlu  inteqrasiyasına  nail  olmaqdır.  Mədəniyyət  və  incəsənə­

tin  bütün  sahələrində  müasir  informasiya-kommunikasiya 

texnologiyalarının  tətbiqi  həyata  keçiriləcək  islahatlann  əsas 

məğzi kimim nəzərdə tutulmuşdur.

M ədəniyyət  siyasətinin  perspektivlərini  müəyyənləşdirən 

“2006 -  2016-cı illər üçün mədəniyyət sahəsində dövlət inkişaf 

konsepsiyasf’nm  ümumi  məqsəd  və  vəzifələri  mədəniyyət

9



siyasətinin  təminat  mexanizmləri  kimi  çıxış  edən  və  mədəniy­

yətin  bütün  sahələrini  əhatə  edən  mədəniyyətin  idarəolunma, 

hüquqi,  maliyyə,  elmi-informasiya təminatı,  insan  resurslarının 

inkişafı,  maddi-texniki  infrastrukturun  müasirləşdirilməsi  və 

beynəlxalq  əməkdaşlığın  möhkəmləndirilməsi  kimi  ümumi 

məsələlərin inkişaf etdirilməsindən,  o cümlədən daxili  və xarici 

dövlət  mədəniyyət  siyasətinin  göstərilən  sahələrinin  dünya 

standartları  səviyyəsinə  çatdırılması  üçün  tələb  olunan  islahat­

ların həyata keçirilməsinin təmin edilməsindən ibarətdir.

“2006  -   2016-cı  illər  üçün  mədəniyyət  sahəsində  dövlət 

inkişaf konsepsiyasf’nın  müddəalarında belə  bir  elmi  yanaşma 

yer  alır  ki,  digər  ictimai-siyasi  konsepsiyalarla  yanaşı 

mədəniyyət  konsepsiyası  da  cəmiyyətdə  mühüm  dərketmə  və 

dünyagörüşü  funksiyasını  yerinə  yetirməli,  baş  verən  mədəni 

proseslərin  mənasını,  məzmununu,  istiqamətini  müəyyənləş­

dirməli,  kulturologiyanın  gələcək  inkişaf yollarını,  vasitələrini 

və  məqsədlərini 

əsaslandırmalı, 

gələcəyə 

doğru  gedən 

insanların  ali  humanist  sərvətlərini  qorumalı,  müasir  inkişaf 

etmiş  ölkələrin  mədəniyyət  praktikasının  neqativ  tərəflərini, 

mədəniyyət  haqqında  qeyri-bəşəri  “ifrat  müasir”  konsepsiyala­

rının  əsassızlığını  sübut  etməlidir.  M ədəniyyət  konsepsiyası 

mədəniyyətin bir ictimai  hadisə kimi  mahiyyətini  açmalı,  onun 

müasir  cəmiyyətdə  m üxtəlif  əlaqələrini,  yerini  və  rolunu 

aydınlaşdırmalı,  mədəni  həyatın yaradıcılıq,  mədəni  irsə müna­

sibət,  mədəni  sərvətlərin  yayılması,  istifadə  olunması  və 

qorunması  kimi mühüm tərəflərini hərtərəfli öyrənməlidir.

Belə  bir  kulturoloji  yanaşmaya  görə,  mədəniyyət  konsep­

siyasına  ehtiyac  həm  də  gündəlik  mədəni  fəaliyyət  praktika­

sında,  siyasətdə,  müəssisələrin  və  sosial  mədəniyyət  institut­

larının  işində,  habelə  mədəniyyətin  sosial  idarəolunması  və 

cəmiyyətin  mədəni  həyatının  təşkili  sahəsində  də  özünü 

göstərir.  Bu  ehtiyac  müstəqillik  əldə  etmiş  cəmiyyətlərdə  insa­

nın  hərtərəfli  inkişafına,  humanist  tipli  şəxsiyyətin  formalaş­

masına  yönəldilmiş  elmi,  mədəni,  tərbiyəvi  işə  və  maariflən-

10



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə