N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 6,48 Mb.
Pdf görüntüsü
səhifə45/47
tarix19.07.2018
ölçüsü6,48 Mb.
#57164
1   ...   39   40   41   42   43   44   45   46   47

R E S E N Z İ Y A L A R  
 
100 
şəkildə  əks  etdirir. Tarixilik  baxımından, döv-
lətçilik kamilliyi valideynlər, anaya münasibət, 
ana  kultunun  türkün  tarixi  taleyində  həlledici 
sübut  olunması,  ailə  namusunun  oğuz  elində 
ümumi  əxlaq  norması  şəklində  saxlanması 
faktları  sübut  edir.  İctimai-siyasi  davranışla-
rından aydın olur ki, dastanlarda feodalizm qu-
ruluşu  hökm  sürür.  Ancaq  qəbilə  və  quldarlıq 
nişanələri  də  hiss  olunur.  Bu  o  deməkdir  ki, 
boyların  tarixi  daha  qədimlərə  gedir,  həm  də 
boylar  müxtəlif  zamanlarda  yaranıb.  Əsərdə 
belə  ifadələr  önə  çəkilir:  Oğuz  zamanında  bir 
yigit ki, evlənsə, oq atardı. Oqı nə yerdə düşsə, 
anda  gərdək  tikərdi;  Ol  zamanda  bəglərün 
alqışı alqış, qarğışı qarğış idi; Ol zamanda bir 
oqlan  baş  kəsməsə,  qan  dökməsə,  ad 
qoymazlar  və  s.  Bununla  da  əsaslandırılır  ki, 
boylardakı  oğuz  dövlətlərindən  daha  əvvəlki 
dövrlər,  oğuzun  24  tayfaya  ayrılmadığı  vaxt-
lar,  oğuzun  monolit  olduğu  zamanlar,  hətta 
dastandakı  halında  bir  dövlət  olsa  da,  İç  və 
Daş  oğuzlara  ayrılmadığı  dərinliklər  var  imiş. 
Maraqlıdır ki, boylar içində daha qədimliyi  ilə 
səciyyələnən  «Bamsı  Beyrək»  boyunda  həm 
övlad  doğulması  üçün  alqış-dua  məqamı  var, 
həm də Beyrək oxunu atır, düşən yerdə gərdək 
qurdurur.  Xüsusən  əsərdə  oğuzun  dövlətçiliyi 
zəngin  faktlarla  əsaslandırılaraq  yazılır:  «Ay-
dındır  ki,  oğuz  dövləti  bəyliklərdən  ibarətdir. 
Bu  bəyliklərin  hamısı  bir  mərkəzə  tabedir. 
Dövlətin başçısı xanlar xanıdır. Xanlar xanı ən 
böyük vəzifədir. Burada, ümumiyyətlə, dastan-
da  bəzən  xan  və  bəy  titullarının  üst-üstə  düş-
düyünü  görürük»  (s.31).  Xüsusən  əsərdə  qeyd 
edildiyi  kimi,  ikinci  boyda  hadisə  böyüyür, 
tayfa-bəylik  çərçivəsindən  çıxır.  Bu  boyda 
qəhrəman Qazan xandır. O, Dirsə xanla müqa-
yisədə daha nüfuzludur, daha dövlətlidir, daha 
igiddir.  Məlumdur  ki,  tarixən  şəxsin  mövqeyi 
yüksək olduqca onun titul-təyinləri artır. Bura-
da, ümumiyyətlə, türkün etnik-tarixi anketi əks 
olunur. Qazan, birinci, Salur adı  ilə təyinlənir. 
Bu onun tayfasının adıdır – salur oğuz tayfala-
rından biridir. Sonra atası ilə təqdim edilir, ki-
min törəməsidir – Ulaşın oğludur. Tulu quşun 
yavrusu  (sevimlisi)  –  bu,  görünür,  totem  söy-
kənəcəyi olmalıdır;  valideyndən  – atadan son-
ra məhz totem mötəbərliyi gəlir. Maraqlıdır ki, 
bu  da  ata  kultunun  çox  qədim  yaradıcılıq 
məhsulu  olmasını  göstərən  detallardan  biridir. 
Dastanda  islam  ideologiyasına  xüsusi  diqqət 
verildiyindən  bu  totemçilik  izi  donuq  halda 
qalır. Bununla da türkün adət-ənənəsi, etnoqra-
fiyası  aydın  şəkildə  verilir.  Müəllifin  göstər-
diyi kimi, dastanda etnoqrafik tariximizin  qiy-
mətli  örnəklər  var:  yas  və  toy  mərasimləri  in-
cəlikləri  ilə  təsvir  olunur.  Yasda  ağ  soyunub 
qara geyinirlər – hətta bu gün həmin adət qar-
ğış  şəklində  bizə  çatıb:  qara  geyib,  göy  çalas-
san  (alnına  göy  rəngli  çalma  bağlamaq).  Bu 
boyda  bədiilik  əvvəlkilərdən  çox  güclüdür. 
Burada  gözəl  təbiət  təsvirləri,  ov  səhnələri, 
mərasim  oyun-yarışları  yüksək  bədii  dillə 
verilir.  
Əsərdə o da xüsusi vurğulanır ki, türk öz 
uşağını  düşmənə  cavab  verən  pəhləvan  yetiş-
dirdiyi kimi, həm də ata-anasına sinən, sevgili-
sini  kövrək  hissələrlə  sevən  zərif  ürəkli  insan 
kimi tərbiyə edilir. Türk vəhşi pəhləvan hazır-
lamır,  insan  sifətli,  mələk ürəkli  igid  böyüdür. 
Türkün  kəsən-doğrayan  sərt  qılıncı  və  sevən, 
kövrək ürəyi olur. Türk demokratiyası bu ürəyi 
döyündürən  ictimai  mühitin  məhsuludur.  Bu 
şeir-nəğmə hər boyda məhz şadlıq  məqamında 
deyilir.  Halbuki  bunun  məzmunu  kədərlidir. 
Deməli, oğuz öz qoca müdriki Dədə Qorqudun 
şeiri və qopuzu ilə şadlıq məclisində də ölümü 
yada  salıb  cəmiyyətini  tərbiyə  edirmiş;  bu 
şadlıq melodiyasının kədəri ilə həyatın, dünya-
nın  gəlişinin-gedişinin  təhlilini  vermiş,  oğuz 
cəmiyyətinin ölənin qəm matəmi  ilə üzülməyə 
yox, yaşamağa, həyatın bərkinə – əzabına döz-
məyə  hazırlayırmış.  «Dədə  Qorqud  kitabı»nın 
bədii oğuz həqiqəti budur.  
Boyların  müstəqil  dastanlar  şəklində 
müxtəlif dövrlərdə, hətta bir-birindən uzaq əsr-
lərdə  yaranması  boylardakı  qeyri-ardıcıllıqda, 
hadisələr arasındakı anaxronizmdə də görünür. 


R E S E N Z İ Y A L A R  
 
101 
Tədqiqatda  dastanda  oğuz  elinin  ətraf  dövlət-
lərlə  münasibətində  diqqəti  çəkən  spesifik 
məqamlar  da  araşdırılır.  Doğrudur,  boyun  dö-
yüşü  dastanda  dövlətlərarası  müharibədir,  gö-
rünür  ki,  oğuz  xarici  düşmənə  asan  qalib  gəlir. 
Xüsusi vurğulanır ki, oğuz öz qonşularına qız ve-
rir,  onlardan  qız  alır,  ən  çox  müharibə  apardığı 
qonşu  dövlətin  başçısı  Şöklü  Məlikdir  –  Şöklü 
türklərdə  kişi  adı  kimi  işlənir.  Təbii  ki,  xalqın 
tarixini  əks  etdirən  dil  etiketlərindən  biri  antro-
ponimlər  sistemidir.  Antroponim  sisteminin 
dini  mənsubiyyətlə  birbaşa  əlaqəsi  var.  Düş-
mən tərəfdən Qıpçaq Məlik – sərkərdənin adı-
nın  çəkilməsi  də  göstərir  ki,  oğuzun  qonşulu-
ğundakı ərazidə qıpçaq türkləri  yaşayır. Oğuz-
ların  onlara  kafir  deməsi  də  özünü  doğruldur, 
çünki  islamı  ilk qəbul edən  Azərbaycan öğuzları 
idi, qıpçaqlar isə XII əsrin ikinci yarısından sonra 
qəbul  ediblər.  Bununla  da  dastanın  Azərbaycan 
oğuznaməsi olması faktlarla aydınlaşdırılır.  
Boydakı obrazların aydın  portretləri  var. 
Bu  portret-obrazlarla  həm  xarici  cizgilər,  həm 
də  şəxsiyyət,  daxili  məzmun  birgə  oxunur. 
Bunlar  bir  azacıq  mübaliğə  ilə  real  türk 
pəhləvanlarıdır və relyefli, aydın və sərt cizgili 
bədii  obraz-portretlərdir.  Bu  portretlərin  ciz-
gilərindən aydın olur ki, hər biri vaxtilə Buğac 
kimi  göstərdiyi  bir  rəşadətə  görə  ad  və  bəylik 
alıb.  Boydakı  düşmən  də  –  Şöklü  Məlik  də 
mükəmməl  obrazdır.  Qazan  xanın  qadınına 
sığraq sürdürmək, qadını aşkar etmək üçün oğ-
lunun  ətindən  anaya  qara  qovurma  bişirmək 
təklifləri  göstərir  ki,  Şöklü  Məlikin  düşmən-
çiliyi  güclü  psixoloji  qisasçılıq  üstündə  durur. 
Bu  dastanın  mükəmməl  bədiilik  əlamətlərin-
dəndir ki, düşmən aciz verilmir.  
Müəllifin  qeyd  etdiyi  kimi,  boyda  islam 
yamaq  kimi  seçilir,  süjetə  sxematizm  verir. 
Belə  ki,  dastanın  bir  çox  boyları  islamiyyətin 
qəbulundan  əvvəl  yaranmışdır.  Əsərin  müsbət 
qütbünü  təşkil  edən  kütlə  və  obrazlar  müsəl-
man kimi qələmə verilir. Müəllifin qeyd etdiyi 
kimi,  burada  şamanizm,  totemizm  əlamətləri 
də diqqəti cəlb edir. Belə ki, dastanda ozan və 
yozan  sözləri  arasında  uyğunluq  vardır  ki,  bu 
da  aşkar  şamançılıqdır.  Ancaq  qəhrəmanın 
ölümü  ilə  onun  atını  öldürürlər.  Qəhrəmanın 
qüdrətini  göstərmək  üçün  onun  mənşəyini 
qeyri-insan  başlanğıcına  –  totemə  bağlayır, 
heyvan və quşlarda mübarək xasiyyətlər görür-
lər.  Müəllif,  faktlara  əsaslanaraq  xüsusən  Ba-
sat  və  Bəkir  obrazlarını  totemizmilə  əlaqələn-
dirən  fikirləri  təsdiqləyir  və  qeyd  edir  ki,  bu 
boylar  müxtəlif  dini  inamlar zamanı  yaradılıb. 
Bununla yanaşı onu da göstərir ki, XI–XII əsr-
lərdə  tamamlanma  zamanı  islam  ideologiyası 
baxımından  ümumiləşdirmələr  aparılaraq  mü-
əyyən əlavələr edilmişdir.  
Boyda  ticarət  tariximiz  haqqında  məlu-
mat  var,  qiymətli  alver  məlumatı,  ticarət  ter-
minləri  (dan-dansuq,  məzəndə  və  s.  ),  ticarət 
coğrafiyası  (Ruma  səfər)  diqqəti  çəkir.  Aydın 
olur  ki,  oğuz  elinin  zəngin  ticarəti  və  yüksək 
ticarət  mədəniyyəti  olub.  Bütün  bunlarla 
yanaşı «Dədə Qorqud» oğuznaməsi yüksək sə-
nət abidəsidir. Bunu dastandakı obrazlar siste-
mi,  süjetin  ardıcıllığı,  hadisələrin  inkişafı,  bir-
birinə  keçidi,  insanlar  arasındakı  dərin  psixo-
lojilik,  məişət  həyatının  təsviri  təzahürləri, 
boyların  hər  birindəki  dramatizmi,  bu  drama-
tizmin dastan üzrə bütövlüyü, «Dədə Qorqud» 
dastanının  kamil  bədii  əsər  olduğunu  təsdiq-
ləyir.  Xüsusən  boylar  arasındakı  əlaqələr  bir 
tarix  əsərindəki  fəsillərin  bir-birinə  keçməsi 
deyil, bədii süjetin bir-birindən törəyən hadisə-
lər üzrə inkişafıdır. Bununla da, müəllifin qeyd 
etdiyi  kimi,  əsər  kompozisiyasına,  fabulasına, 
süjet  inkişafına,  dil  təzahürünə  görə,  mənzum 
tarixi  roman  tipi  saymaq  olar,  ancaq  dastanın 
dili  əlbəttə  ki,  bədii  dildir.  Buna  əsaslanaraq 
dastanda işlənən təşbehlər, frazeoloji birləşmə-
lər,  tabu-evfemizm  fiqurları  zəngin  faktlarla 
təhlil edilir.  
 Əsərdə «Dədə Qorqud kitabı»nın dilinin 
leksik-istiqamətdə tədqiqi göstərir ki, onun qə-
dimliyinin tarix, coğrafiya, etnoqrafiya və baş-
qa  elmlərlə  əsaslanan  mülahizələrlə  yanaşı  dil 
faktları  da  təsdiq  edir.  Yəni,  müəllifin  qeyd 


Yüklə 6,48 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə