N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 6,48 Mb.
Pdf görüntüsü
səhifə46/47
tarix19.07.2018
ölçüsü6,48 Mb.
#57164
1   ...   39   40   41   42   43   44   45   46   47

R E S E N Z İ Y A L A R  
 
102 
etdiyi  kimi,  hadisələrin  coğrafi  koordinatları 
ümumən  Azərbaycana uyğundur, dili  isə onun 
spesifikasını  səciyyələndirir.  Müəllif  burada 
yum  vermək,  uru  durmaq,  qu  qılmaq,  bağır 
basmaq,  yürüyü  vermək  kimi  idiom,  ifadə  və 
konstruksiyaları təhlil etməklə dastanın ümumi 
bədii  fonunu  əks  etdirir.  Ümumiyyətlə,  tədqi-
qatdan aydın olur ki, «Kitabi-Dədə Qorqud» – 
Azərbaycan  dili  lüğət  fondunun,  qrammatik 
quruluşunun  sabitliyini,  qədimliyini  göstərən 
ən dəyərli qaynaqdır, müqayisə mənbələrindən 
biridir.  Bu  abidə  dildəki  leksik  və  qrammatik 
kateqoriyaların  ayrıca  tədqiqi,  tarixi  leksiko-
qrafiya, tarixi dialektologiya və mükəmməl ta-
rixi  qrammatikanın  yaranması  üçün  xüsusi 
əhəmiyyəti olan örnəkdir. Əsərin sonunda abi-
dədə  işlənmiş  qədim  və  orta  əsr  türk  yazılı 
abidələri  üçün  səciyyəvi  olan  xüsusiyyətlər 
müəyyənləşdirilir. Xüsusilə qeyd edilir ki, das-
tanın heyranedici dərəcədə səlis sintaksisi var-
dır.  Bu  səlislik  bir  tərəfdən  söz  birləşməsi  və 
cümlələrdə  sözlərin  yerinin  dəqiqliyində,  söz 
seçilməsinin  sərrastlığında,  başqa  tərəfdən, 
fikrin  ifadəsindəki  aydınlıqda  görünür.  Abi-
dənin  dilində  bədiilik  elə  yüksəkdir  ki,  elə  bil 
üslubi  nəzarətdən kənarda  heç  bir  söz,  heç  bir 
cümlə  yoxdur.  Sanki  hər  sözün,  hər  səsin  üs-
lubi  məqsədi  var.  Müəllif  əsər  boyu  doğru  bir 
müddəanı  əsaslandırır  ki,  dastan  bütövlükdə 
Azərbaycan dilinin abidəsidir. Lakin o da vur-
ğulanır  ki,  abidənin  dilində  başqa  türk  dilləri, 
xüsusən  oğuz  qrupu  türk  dilləri  ilə  müştərək 
cəhətlər çoxdur. Çünki həmin dövr türk dilləri 
arasında  diferensiasiyanın  başlanğıcıdır.  Doğ-
rudan  da,  ayrılma  dövrünün  başlanğıcında  isə 
fərqdən  çox  ümumilik  olur.  Əsərdə  zəngin 
faktlarla  əsaslandırılır  ki,  «Dədə  Qorqud  kita-
bı»nın  dilində  Azərbaycan  dilinin  leksik-se-
mantik  və  qrammatik  inkişaf tarixi  ilə  bağlan-
mayan  heç  bir  detal  yoxdur.  Dastanda  ışlənən 
minlərlə söz öz mənası, fonetik cildi, morfoloji 
quruluşu ilə müasir Azərbaycan dilində olduğu 
kimidir.  Bununla  da,  əsər  istər  milli-mədəni 
varlığımızın  keçmişi  və  bu  günümüzün  dərki 
üçün,  istərsə  də  türkologiyada  kifayət  qədər 
ciddi  problemlərin  həlli  üçün  mühüm  əhə-
miyyət daşıyır. Nəticə etibarı ilə müəllifin irəli 
sürdüyü  və  zəngin  faktlarla  əsaslandırdığı 
müddəalar türkoloji  fikrin  son  illərdəki  nailiy-
yətləri sırasına daxil olacaqdır.  
 
SAYALI SADIQOVA – 
AMEA-nın Nəsimi adına  
Dilçilik İnstitutunun şöbə müdiri,  
fil.e.d. 
 
Çapa təqdim edən 
Solmaz Süleymanova – 
«Türkologiya» jurnalının 
baş redaktorun müavini 
 
Məqalənin redaksiyaya 
daxil olma tarixi 
 
 
6.IV.2015 
Təkrar işlənməyə 
göndərilmə tarixi 
 
6.V.2015 
Çapa göndərilmə tarixi 
18.V.2015 
 
__________ 


T Ü R K O L O G İ Y A  
 
№ 2 
2015 
 
 
 
 
 
 
X R O N İ K A  
 
 
 
AYDIN MƏMMƏDOVUN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ  
ELMİ SESSİYA 
 
 
2  fevral  2015-ci  ildə  AMEA-nın  Nəsimi 
adına  Dilçilik  İnstitutunda  unudulmaz  türko-
loq, ədəbi-tənqidçi  ictimai-siyasi xadim Aydın 
Məmmədovun anadan olmasının 70 illik yubi-
leyi  münasibətilə  elmi  sessiya  keçirilmişdir. 
Yubileyin 2 fevral Gənclər Günündə qeyd olun-
ması heç də təsadüfi deyil. Məqsəd A.Məmmə-
dov kimi vətənpərvər alimləri gənc nəslə tanıt-
maqdır. Elmi  sessiyanı  giriş  sözü  ilə  açan  Nə-
simi adına Dilçilik İnstitutunun direktoru akad. 
Tofiq  Hacıyev  bildirib  ki,  bu  gün  biz  dilçilik 
və  mədəniyyət tarixində  xüsusi çəkisi olan  bir 
alimi  yad  edirik.  Aydın  Məmmədov  həm  öz 
dövrünün,  həm  də  çağdaş  filoloji  fikrimizin, 
millətçiliyin,  türkçülüyün,  vətənsevərliyin  və 
vətəndaşlıq düşüncəsinin öncüllərindən biridir. 
O, Azərbaycanın ədəbi və siyasi həyatında, ye-
ni  ictimai  şüurun  formalaşmasında  önəmli  rol 
oynamışdır. Düzdür, A.Məmmədov elmlər na-
mizədi  kimi  həyatdan  getsə  də,  amma  ən  çox 
istinad  olunan  şəxslərdəndir.  A.Məmmədov 
dilin  fonetikasını  tədqiq  edən,  seçilən  alimlər-
dən  biridir.  A.Şerbak  A.Məmmədovun  fonetika 
sahəsində  olan  elmi  fəaliyyətini  həmişə  yüksək 
dəyərləndirmişdir.  A.Məmmədov  1988-ci  ildə 
«“Kitabi-Dədə  Qorqud”un  birinci  kollokviu-
mu»nu  təşkil  edərək  Türkiyə  ilə  Azərbaycan 
arasında  elmi-mədəni  əlaqələrin  güclənməsinə 
nail olmuşdur. «Azərbaycan filologiya məsələ-
ləri»  adlı  toplunun  çapı  da  onun  adı  ilə  bağlı-
dır. Aydın Məmmədov görkəmli dilçi olmaqla 
yanaşı,  həm  də  istedadlı  ədəbiyyatşünas,  tən-
qidçidir.  AMEA-nın  Rəyasət  Heyətində  Hu-
manitar Bölmənin elmi katibi vəzifəsində  işlə-
yərək  bu  sahədə  çoxlu  işlər  görmüşdür.  Həm-
çinin o, Nəsimi  adına Dilçilik İnstitutunda Ti-
poloji dilçilik şöbəsində də çalışıb. 
«Aydın  Məmmədovun  dilçilik  görüşləri» 
adlı məruzəsilə çıxış edən Nəsimi adına Dilçilik 
İnstitutunun  baş  elmi  işçisi,  dos.  Baba  Məhər-
rəmli  Azərbaycan  dilçiliyinin  ən  istedadlı  nü-
mayəndlərindən  biri  olmuş  türkoloq,  ictimai 
xadim,  ədəbi  tənqidçi,  gözəl  natiq,  publisist, 
tərcüməçi Aydın Məmmədovun unikal yaddaşa, 
fenomenal istedada sahib olmasından bəhs etdi. 
B.Məhərrəmli  vurğuladı  ki,  Aydın  Məm-
mədovun taleyi mənə Rusiya dilçiliyində bir inqi-
lab  edən,  XX  yüzillikdə  nostratik  konsepsiyanı 
təkmilləşdirən  V.M.İlliç-Svitıçın  taleyini  xatırla-
dır. Bu istedadlı rus dilçisi də yaradıcılığının par-
laq vaxtında, 32 yaşında avtomobil qəzası nəticə-
sində dünyaya vida etmişdi. A.Məmmədov da 47 
yaşında – yaradıcılığının çiçəklənən vaxtında av-
tomobil qəzasında həyatını itirdi. Əgər ömür vəfa 
etsəydi,  böyük  alim  Azərbaycan  türkologiyasına 
yeni-yeni unikal elmi əsərlər bəxş edəcəkdi. 


Yüklə 6,48 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə