35
Rusiyada bu məqsədlə iri miqyaslı «Molotok» (ünvanı:
www.molotok.ru
) auksionu təşkil edilmişdir. Auksionda axtarış
aparmaq üçün xüsusi axtarış sistemləri də hazırlanmışdır(
məsələn, «Auctions Portal» sistemi:
www.auctions-portal.com
).
Elektron-mağazalarda və auksionlarda axtarış aparmaq üçün
yuxarıda adlan çəkilən proqramlardan başqa digər proqramlar da
mövcuddur. Təəssüflər ki, bunu digər növ elektron elanlar löv-
hələri haqqıında demək olmaz . Bu cür proqramların sayı azdır.
2.7. TELNET xidməti
Telnet (uzaq məsafəyə müraciət) – ciddi mətn sistemidir.
Onun köməyi ilə şəbəkəyə birləşdirilmiş istənilən kompüterə
daxil olmaq olar. Telnet e-mail, FTP, Usenetə nisbətən çox da
tanınmayıb və geniş yayılmayıb.
Telnet xidmət növü internetə qoşulmuş ixtiyari kompüterə
uzaq məsafədən qoşulmanı təmin edir. Bu cür qoşulma uzaq
məsafədə yerləşən kompüterin informasiya bazasından istifadə
etməyə imkan verir. Bu xidmət növündən kompüterləşmiş kitab-
xanaların biblioqrafik verilənlər bazasından birgə istifadə etmək
üçün, uzaq məsafədə yerləşən müxtəlif adamların eyni layihə
üzərində işləməsini təmin etmək üçün istifadə edirlər.
Şək. 2.10. telnet
1
.
1
http://shebekeler.blogspot.com/2013/03/telnet.html
36
Telekonfranslara göndərilən məlumatlar xəbərlər serverinə
daxil olur və qısa müddətdə geniş yayılır. Belə ki, hər hansı tele-
konfrans serveri digər telekonfrans serveri ilə, o isə öz növbə-
sində bir neçəsilə əlaqəli olur. İstifadəçinin göndərdiyi bütün
məlumatlar avtomatik olaraq telekonfrans serveri ilə əlaqəli olan
digər serverlərə ötürülür və beləliklə, İnternetin bütün istifa-
dəçiləri üçün onların oxunması mümkün olurlar. Serverlər ara-
sında məlumatların yayılması xüsusi şəbəkə protokolu-NNTP
protokolu üzrə (Net News Transport Protocol) həyata keçirilir.
Terminalın emilyasiya protokolu olan Telnet uzaq məsafəli
terminalın İNTERNET-ə qoşulmasını təmin edir. Telnet istifa-
dəçiyə uzaq məsafəli qovşağın əməliyyat sistemi və ya verilənlər
bazası ilə əlaqə yaratmağa imkan verir. Uzaq məsafəli kompü-
terdə (qovşaqda) yerləşən proqramlan çağırıb istifadə etmək də
olar. Uzaq məsafəli kopüterlə əlaqə İNTERNET vasitəsilə
yaradılır. Bunun üçün həmin kompüterdə «uçot resursu»
(account) olmalıdır. Bəzi qovşaqlar istifadəçiləri əlverişli servislə
təmin edirlər. Məsələn, ABŞ konqresinin kitabxanasının
«locis.loc.gov» qovşağına Telnet protokolu ilə müraciət etmək
uçun uçot resursları tələb edilmir. Bu halda sistemə giriş zamam
istifadəçi identifıkasiya üçün «qonaq» kodunu daxil etməlidir.
Telnet protokolu İNTERNET-in STD8 (İnternet Offıcial
Protocol Standarts-İnternetin Rəsmi Protokollarmın Standart-
ları) və RFC 854(Request For Comments) sənədlərində təyin
edilmişdir. RFC-nin bir çox sənədləri Telnet protokolunun müx-
təlif genişləndirilmiş imkanlarını təklif edirlər.
Telnet xidmətlərindən əsas etibarilə WEB-ə daxil olmayan
lakin qiymətli və faydalı məlumatlarm (məsələn, elektron
kataloqları, müxtəlif mövzu sahələri üzrə verilənlər bazaları və
s.)və proqramlarm əldə edilməsi üçün istifadə edilir.
2.8. Gopher - informasiya-axtarış xidməti
«Gopher» adlı xüsusi protokolla yerinə yetirilən bu xidmət
bütöv İNTERNET şəbəkəsində verilənlər bazalarına (əsasən
37
mətn tipli informasi-yaya) müraciəti təmin edir və bir növ
İNTERNET resurslarına bələdçi rolunu oynayır. Güclü axtarış
imkanlarına malik olan bu sistem uzaq məsafəli digər axtarış
sistemlərinə avtomatik qoşula bilər. «Gopher» istənilən server-
lərdən informasiyanı asanlıqla əldə etmək üçün sadə və əlverişli
istifadəçi interfeysinə malikdir yə istifadəçiyə ayrıca Gopher
informasiya fəzası təqdim edir. İnformasiya müxtəlif Gopher-
serverlərdən alınan iç-içə menyular sistemi şəklində təsvir olu-
nur. Menyunun lazımi bəndinin seçilməsi çox vaxt apara bilər.
Bu problemin həlli üçün «Veronica» adlı axtarış sistemi
yaradılmışdır. Gopher sistemi ABŞ-m Minnisota ştatıın univer-
sitetində hazırlanmışdır.
Demək olar ki, hazırda Gopher sisteminin bütün resursları
WEB-ə
köçürülmüşdür. İNTERNET şəbəkəsində əksər
«Gopher»
resurslanın
özündə
toplayan
əsas
server
«gopher://gopher2.tc.umn.edu» ünvanlı serverdir.
2.9. İP-telefoniya
IP-telefoniya (tələffüz: ay-pi telefoniya) – danışıq siqnalla-
rının ötürülməsi üçün İnternetdən istifadə edilən texnologiyadır.
Diskret paket ötürülməsi üsulu ilə səs (danışıq) məlumatlarının
ötürülməsi mümkündür. Danışığın (səsin) internet protokolları
(paketləri) vasitəsi ilə ötürülməsi "İP-telefon" və ya İP telefoniya
adını almışdır.
İnternet şəbəkəsində xüsusi İnternet protokolları (İnternet
Protokol – İP) əsasında hazırlanmış yeni texnologiyalar tətbiq
edilir. İP-protokolu təkcə İnternet şəbəkəsində deyil, digər
şəbəkələrdə də (lokal, korporativ, regional və s.) istifadə olunur.
Bu şəbəkələrdə informasiyalar müxtəlif şəkildə (qrafik, mətn,
musiqi, rəqəm və s.) ötürülür. Beləliklə: Danışıq zamanı səs
siqnalları (ifadə etdiyimiz sözlər) sıxılmış verilənlər paketinə
çevrilir və bu verilənlər paketi İnternet vasitəsilə adresanta
göndərilir. Ünvanına çatan verilənlər paketi yenidən orijinal səs
siqnalına dekodlaşır. İP-telefoniya üc cür işləyir: