N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə24/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   20   21   22   23   24   25   26   27   ...   194

 

72

biryaşar keçi balası; arok – arx, çay, bulaq; oçxar/voçxar – 



qoşqar, vəhşi qoç; tel – sim xüsusi adlar: xal-xal, hunan, 

hunarakert (Qazax-Akstafa zonasında), Kəngər (Naxçıvan 

zonasında), Mihun, Balasaqun, Tamaut (Muğan-Mil 

zonasında) və s.

1

 

VII əsr Alban tarixçisi Musa Kağankatlının “Alban 



tarixi”nin hansı dildə yazıldığı məlum olmasa da, bunun 

ermənicəyə tərcüməsinin dilində tədqiqatçılar xeyli 

Azərbaycan sözləri müəyyənləşdirmişlər ki, həmin sözlərin 

müəyyən hissəsi qrammatik forması ilə də diqqəti cəlb edir: 

avçi – ovçu; çöpçi – uşaq boğazından çöp, çəyirdək çıxaran 

ara həkimi; alp – igid, qəhrəman; kökyar – ildırım; tanqri – 

tanrı; konaq – qonaq; xaqan – xan; xatun – qadın; 

cabğu/yabğu – xanın müavini; şad – vali, şahzadə; teqin – 

şahzadə; tarxan – feodal; eltəbər – müəyyən bir ərazinin 

başçısı; türkan – rabitəçi; tidun – yüksək rütbəli zabit

heyləntürk, barsil, bulğar, onoğur/hunoğur, hun, xəzər, 

akxəzər/Ağ xəzər, Qazan, Qor (bu sonuncular adam 

adlandır), hunestan; Turkestan – Xəzər ölkəsi, Çol/Çul və 

s.

2



 

Ümumiyyətlə, Azərbaycan dilinin elementləri öz 

funksionallığını ümumxalq dili formalaşandan sonra dərhal 

və getdikcə daha intensiv şəkildə göstərir. Xəzərlərin, 

oğuzların, qıpçaqların gəlişi ilə Azərbaycanda türkdilli 

əhalinin sayı və məskənləri artır və Azərbaycan dili həmin 

arealda geniş funksionallığa malik olur. Ümumxalq 

Azərbaycan dilinin öz fəaliyyətini genişləndirməsi ilə o, 

                                                           

1

 V.L.Qukasyan. Azərbaycan dilinin təşəkkül tarixinə dair qeydlər, səh. 46-



47, 48. 

2

 



Ю

.

Б



.

Юсифов


О

 



некоторых

 

языковых



 

элементах

 

тюркского



 

происхождения

стр


. 76-77; Yenə onun: 

Об

 



актуальных

 

проблемах



 

этнической

 

истории


 

Азербайджана

, səh. 21-27; V.L.Qukasyan. Göstərilən 

əsəri, səh. 51. 




 

73

qafqazdilli və iran-dilli əhalinin də ümumi ünsiyyət 



vasitəsinə çevrilir ki

1

, həmin fakt Azərbaycan dilinin 



Qafqazdakı tarixi mövqeyini müəyyənləşdirmək 

baxımından çox əhəmiyyətlidir. Digər tərəfdən, məhz I 

minilliyin ortalarından başlayaraq türk etnik-mədəni 

regionlarının (Sibir, Mərkəzi Orta Asiya, Ural – 

Volqaboyu, Qafqaz – Kiçik Asiya və Şərqi Avropa) 

diferensiasiya – təşəkkül prosesi gedir, hər bir regionun 

özünəməxsus sabit dil təzahürünün müəyyənləşməsi üçün 

şərait yaranır və hətta VII-VIII əsrlərdə Mərkəzi, yaxud 

Orta Asiya regionunda Göy türklərin yazılı ədəbi dili geniş 

miqyasda faktlaşır. Bundan sonra həmin regionla yeni 

ədəbi dil təzahürləri özünü göstərir. 

Ümumxalq Azərbaycan dilinin təşəkkülünün son 

mərhələləri (ilk orta əsrlər) Azərbaycan ədəbi dilinin 

təşəkkülünün ilk mərhələlərini təşkil edir və həmin təşəkkül 

prosesi XI-XIII əsrlərə qədər çəkir – I minilliyin sonu, II 

minilliyin əvvəllərində artıq Azərbaycan ədəbi dilinin ilk 

möhtəşəm nümunələri mövcuddur. 

Azərbaycan ədəbi dilinin təşəkkülü, əsasən, iki 

mərhələdə getmişdir: 

I. III-V əsrlərdən VII-VIII əsrlərə qədər – bu 

mərhələdə ədəbi dil minimumu istisnasız olaraq ümumxalq 

Azərbaycan dilinə əsaslanır. 

II. VI-VIII əsrlərdən XI-XIII əsrlərə  qədər – bu 

mərhələdə əvvəlki ədəbi dil minimumuna oğuz-səlcuq 

xüsusiyyətləri də qarışır. 

Birinci mərhələdə Azərbaycan ədəbi dilinin təşəkkülü 

daxili (regional) proseslərlə, ikinci mərhələdə isə eyni 

zamanda xarici (ümum-türk) proseslərlə əlaqədardır. VII-

                                                           

1

 



М

.

Ш



.

Ширалиев


Закономерности

 

развития


 

азербайджанского

 

языка


. – 

СТ

, 1985, N 5, 



стр

. 4. 



 

74

VIII əsrlərdən sonra Azərbaycan ədəbi dilinin təşəkkülünə 



ümumtürk ədəbi dil ünsürləri bilavasitə təsir edir. Mərkəzi, 

yaxud Orta Asiyada formalaşmış ədəbi dil iki istiqamətdə – 

Qafqaz – Kiçik Asiya və Ural – Volqaboyu 

istiqamətlərində “daşınır”; ola bilsin ki, həmin “daşınma” 

prosesi ancaq şifahi getsin (əslində də belədir), bu, onun 

effektivliyini heç də keyfiyyətinə təsir edəcək qədər aşağı 

salmır. 

Mərkəzi Asiyada V əsrdən başlayaraq (güman ki, hələ 

daha əvvəllərdən) qədim türk (runik) əlifbasında yazılar 

meydana çıxır və bir neçə əsr sonra bütün türk 

mədəniyyətinin şah əsərləri olan Orxon yazıları yazılır. 

VIII əsrin, əsasən əvvəllərinə məxsus bu abidələr eyni 

zamanda ümumi türk ədəbi dilinin mükəmməl 

nümunələridir

1



Şübhəsiz, qədim türk (runik) əlifbası bir neçə min il 



davam edən mürəkkəb təkamül yolu keçmişdir və heç də 

təsadüfi deyil ki, bu əlifbanın təşəkkül tapdığı ilk damğa-

işarələrə, ilk hərf formalarına və ilk yazılara Azərbaycan 

ərazisində rast gəlinir

2

. Qobustanda, Naxçıvanda, Qazaxda, 



Kəlbəcərdə aşkar olunan yazılır bir daha sübut edir ki, ən 

qədim zamanlardan bu ərazidə yaşayan türk etnosları erkən 

orta əsrlərdə də qədim türk (runik) əlifbasından istifadə edə 

bilərdilər. 

Hər halda, artıq yuxarıda qeyd etdiyimiz kimi, 

                                                           

1

 Bu barədə bax: 



С

.

Е



.

Малов


Памятники

 

древнетюркской



 

письменности

М

.-



Л

., 1951; 

В

.

Г



.

Кондратов

Очерк


 

грамматики

 

древнетюркского



 

языка


М

.-



Л

., 1970. Orkun. Eski Türk Üazittlari. I-IV N İstanbul. 1935, 1939, 1940, 

1941. T.Tekin A. grammer of Orkhon Turkie. Bloomington, 1968; 

Г

.



Айдаров

Язык



 

орхонских

 

памятников



 

древнетюркской

 

письменности



 

VII 


века

Алма



-

Ата


, 1971 və s. 

2

 C.İ.Cəfərov. Bəzi damğa və işarələrin etimoloji izahı: Türk dillərinə dair 



etimoloji və tarixi-morfoloji tədqiqlər, Bakı, 1987, səh. 29. 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə