175
diyi hormonlar arasında siqnallar ötürən peptid quruluşlu (tərəfli)
hormonlar mövcuddur. Bu hormonları
tənzimləyici-faktorlar və ya
neyrohormonlar adlanır.
Hormonlar digər maddələrdən öz spesfikliyinə, yüksək
bioloji aktivliyinə, xüsusi vəzilərdə sintez olunaraq qana ifraz
etmələrinə və təsirinin distanlığına görə fərqlənir. Göstərilən
xassələrin hamısına malik olan hormonlar həqiqi hormonlar
hesab
edilir.
Hormonların spesifikliyi – onun xarakterik kimyəvi quru-
luşuna və quruluşa müvafiq gələn bioloji təsir xüsusiyyətinə malik
olması müəyyən bir vəzdə sintez olunaraq qana ifraz edilməsi
nəzərdə tutulur.
Hormonlar çox yüksək bioloji aktivliyə malikdirlər. Onlar
olduqca kiçik dozalarda (bioloji mayelərin hər 100 ml-də
nanoqram və mikroqram 10
-6
dozada) öz təsirini təzahür etdirir.
Onlar yalnız periferik toxumalarda müəyyən dəyşirikliyə uğradıq-
dan sonra hormonal aktivliyi əldə edirlər. Buna görə onları
parahormonlar adlandırmaq daha məqsədəuyğundur. Cinsiyyət
vəzlərində və böyrəküstü vəzinin qabıq maddəsində hazırlanan
androstendion və dehidroepiandrosteron parahormonların nüma-
yəndələridir. Bəzi endokrin vəzilərin məhsulları eyni zamanda
həm hormon, həm də parahormon vəzifəsini daşıya bilir (məsələn,
testosteron, lipotropin).
Həqiqi hormonlar toxuma hormonlarından fərqli xüsusiy-
yətləri sintez olunduğu vəzdən xeyli uzaqda yerləşən toxumalar
təsir göstərməsidir. Bu xassə hormonların –
distantlığıdır.
Endokrin vəzilərin fəaliyyətində əks-əlaqə prinsipi möv-
cuddur. Belə ki, hipovizin ön payının, qalzxanabənzər vəzinin,
cinsiyyət vəzlərinin və böyrəküstü vəzin qabıq maddəsinin fəaliy-
yətini tənzim edən bir neçə hormon hipovizin ön payının
hormon-