N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   38   39   40   41   42   43   44   45   ...   107

161 
 
H
3
C─ 
noxudda 2 mq %, kartofda 1 mq % PP vitamini vardır. 
 
 
 
Bu  vitamin  yabanı  bitkilərdən  yemlikdə  3,1  mq  %, 
yolotunun  tərkibində  isə  1,4  mq  %  olur.  Heyvan  məhsullarından 
PP vitamini qaraciyərdə,  böyrəklərdə və ətdə də çoxdur. 
 
 
6.13 B
6
 vitamini. 
 
Bu vitaminə piridoksin  və  ya adermin də deyilir. Piridok-
sin piridinin törəməsi olub, kimyəvi adı 2-metil-3-oksi-4,5-dioksi-
metilpiridindir.  Bu  quruluş  sintezlə  də  təsdiq  edilmişdir.  Piridok-
sin 2 formada olur: piridoksal və pridoksamin. Bu vitamin çoxcə-
hətli  xüsusiyyətlərə  malikdir.  İnsanların  bağırsaqlarında  saprofit 
həyat  sürən  bəzi  mikroorqanizmlər  B
6
  vitamini  sintez  edə  bilir. 
Onların sintez etdiyi B
6
 vitamini insanın təlabatını ödəyir. 
 
Piridoksal 
Piridoksin 
HO─ 
HO─ 
HO─ 
H
3
C─ 
H
3
C─ 
H
3
C─ 
     O 
C
 
│   H 
CH
2
NH

│ 
CH
2
OH 
│ 
─CH
2
OH 

─CH
2
OH 
─CH
2
OH 

Piridoksamin 


162 
 
Orqanizmdə piridoksin oksidləşərək piridoksala və sonun-
cu isə aminləşib piridoksaminə çevrilir. 
B
6
 vitamini su və spirtdə yaxşı həll olan, acı dadlı ağ kris-
tallik maddədir,160
0
C-də əriyir, işığın təsirindən tez pozulur, turşu 
və  qələvilərə,  qızdırmaya  qarşı  davamlıdır.  Piridoksal  225
0
C-də, 
piridoksamin isə 193
0
С-də əriyir,rəngsiz kristal maddədir. 
B
6
 vitamini fosfopiroksidal halında aminoferaza və dekar-
boksilaza fermentlərində koferment rolunu oynayaraq təkrar amin
-
 
ləşmədə,  zülalların  mübadiləsində,  aminturşularının  dekarboksil-
ləşməsində, təkrar sulfatlaşmasında, purin əsaslarının, hemoqlobi- 
nin, kreatinin sintezində,yağların mübadiləsində iştirak edir. 
 
 
Heyvanlarda  (donuz,  it,  quş  və  s.)  B
6
  avitaminozu  zülal 
mübadiləsini  pozması  və  dermatitlə,  anemiya  ilə  xarakteriklənir. 
Heyvanların  boy  inkişafı  ləngiyir,  sinir  pozğunluqları  baş  verir. 
Donuzlarda hemoqlabinin miqdarı 30% azalır. Triptofanın müba-
diləsi pozulduğundan sidiklə ksanturen turşusu ayrılır. Bu vitamin 
insanın qidasında çox olduğundan onda B
6
-avitaminozluğu əmələ  
gəlmir. 
Gövşəyən  heyvanların  B
6
  vitamininə  olan  təlabatı  onların 
işkənbəsində sintez edilən vitamin hesabına ödənilir. 
B
6
  vitamini  təbiətdə  geniş  yayılmışdır.  O,  qaraciyərdə, 
yumurtada, mayalarda çoxdur. 
B
6
 vitamini buğda da 0,5 mq%, kartofda 0,2 mq%, sarı- 

─CH
2
OPO
3
H

HO─ 
HO─ 
H
3
C─ 
H
3
C─ 
     O 
C
 
│   H 
CH
2
NH

│ 
Fosfopiridoksal 
─CH
2
OPO
3
H


Fosfopiridoksamin 


163 
 
kökdə 0,1 mq% olur. Noxudda da xeyli olur. 
 
 
6.14 B
12
 vitamini. 
 
B
12
  vitamini  və  ya  siankobalamin  porfirinə  yaxın  mürək-
kəb  maddə    olub,  tərkibində  ribozanın  qalığı,  üzvi  fosfor,  sian 
(CN-)  qrupu  və  metilləşmiş  benzimidazol  halqası  vardır.  B
12
 
vitamininin  tərkibində  kobalt  da  olur.  Onun  tərkibi  (C
63 
H
90 
N
14 
PCo
0
) və quruluşu tam öyrənilib sintez olunmuşdur. 
Gövşəyən  heyvanların  mədəsində  saprofit  halda  yaşayan 
bəzi  bakteriyalar  B
12
  vitaminini  sintez  edir.  Belə  heyvanların 
qidasında kifayət qədər kobalt olduqda onları B
12
 vitamininə qarşı 
təlabatları bakteriyaların fəaliyyəti sayəsində ödənilir. Torpağında 
kobalt  olmayan  otlaq  sahələrində  qidalanan  heyvanlarda  B
12
 
vitamininin  çatışmazlığı  hallarına  tez-tez  təsadüf  edilir.  Çünki 
belə heyvanlar B
12
 vitaminini sintez edən bakteriyaların fəaliyyəti 
üçün  lazım  gələn  kobaltla  təmin  edilmir.  İnsanların  bağırsaq-
larında B
12
 vitaminini sintez edən bakteriyalara rast gəlinir, ancaq 
onlar təlabatı ödəmir.  
Siankobalamin  iynəvari-yaqutu-qırmızı  rəngli,  iysiz,  dad-
sız  kristal  maddədir.  Suda  məhlulu  açıq-yasəmən  rəngdədir.  Bu 
vitamin suda yaxşı həll olur, kristalları 300
0
C-də əriyir, benzolda, 
efirdə, asetonda və xloroformda həll olmur. İşıqda fəallığını itirir, 
amma qaranlıqda uzun müddət qalır. Optik fəaldır. B
12
  –  vitami-
ninin  bəzi  törəmələri  bir  sıra  ferment  sistemlərinin  fəaliyyətində 
koferment (kobamid kofermentləri) şəklində iştirak edir və tərkibi 
belədir: 
 
 
 


164 
 
 
 
B
12
  vitamini  yüksək  bioloji  fəal  maddə  olub,  mübadilə 
proseslərində:  nuklein  turşularının  sintezində,  təkrar  metilləşmə 
reaksiyasında, aminturşularının və zülal mübadiləsində, qan əmələ 
gətirmədə  fəal  iştirak  edir.  B
12
  vitamini  çatışmadıqda  yaman 
keyfiyyətli  (pernisioz)  anemiya  və  ya  Addison-Birmer  xəstəliyi 
əmələ gəlir. Qandoğurma prosesi pozulur. Ona görə əsas antiane-
mik  amil  sayılır.  Bu  vitamin  maldarlıqda  geniş  işlənir.  Onu 
donuzların  və  quşların  yem  payına  qatdıqda  çəkisi  15%  artır  və 
sonuncular çox yumurta verir. Bu vitamin bitgilərdə çox az olur. 
Onu  mikroorqanizmlər  və  köbələklər  sintez  edir.  Gövşəyən  hey-
vanların  həzm  kanalında  asanlıqla  əmələ  gəlir.  Odur  ki,  qida  ilə 
qəbul etməyə ehtiyac yoxdur. 
B
12
  vitamini  heyvan məhsullarında: süddə, ətdə,  yumurta-
da, qaraciyərdə, böyrəklərdə, balıqda çoxdur. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə