193
ildə sintez edilmişdir. Müxtəlif heyvanlarda somatotropinin mole-
kul kütləsi 25-46 min dalton arasında dəyişir. Somatotropinə boy
hormonu da deyilir. Bu hormon toxumalarda sərbəst amintur-
şularının miqdarını azaldır, zülalların sintezini artırır, sidiklə azot-
lu maddələr az ifraz olunur. Diabetogen və pankreotrop təsir
bununla əlaqədardır. Karbohidratların mübadiləsinə təsir edərək
əzələlərdə qlikogenin miqdarını çoxaldır.
Somatotropin hüceyrələrin bölünməsini, hüceyrə nüvəsinin
və sitoplazmanın tərkibinə daxil olan zülalların biosintezini sürət-
ləndirir. Bu hormon sümük və qığırdaq toxumalarına xüsusilə
güclü təsir göstərir, böyrək parenximasının inkişafını stimulə edir,
fosfataza fermentini fəallığını artırır. Onun təsirindən süd vəzilə-
rinin fəaliyyəti və qanda eritrositlərin əmələ gəlməsi sürətlənir.
Samatotropin hüceyrələrin böyüməsinə həm bilavasitə, həm
də somatomedin (somatotropinin mediaboru) adlanan zülali mad-
dələrlə biokomplekslər şəklində təsir göstərir. İnsanın qanında
somatomedinlərin 6 növü tapılmışdır.
Somatotropinin sintezini hipotalamusda əmələ gələn xüsusi
dekapeptid artırır. Bu 10 aminturşusunun qalığından ibarət olub,
növ xüsusiyyətinə malik deyildir. Sənaye üsulu ilə sintezi müm-
kündür.
Bundan heyvanların boy və inkişafını nizamlamaq üçün
istifadə etmək olar (Ç. Tenner).
7.8.2 Honadotrop hormonlar
.
Bu ad altında hipovizin ön
payında sintez olunan follikultənzimedici, lüteinləşdirici və lakfo-
gen hormonlar birləşdirilir. Honadotrop hormonlar mürəkkəb
quruluşa malik olan qlükoproteidlərdir. Qanda bu hormonların
miqdarı artdıqca hipotalamısda müvafiq
tənzimedici amillərin sin-
tezi azalır.
194
7.8.3. Folikultənzimedici hormon - follitropin dişilərin
yumurtalığında olan folekullara, erkəklərin toxumluğunda gedən
spermatogenez prosesinə stimuləedici təsir göstərir. İnsan folekul-
tənzimedici hormonu molekul kütləsi 34 000 Dalton olan qlüko-
proteiddir.
7.8.4. Lüteinləşdirici hormon-dişilərdə ovulyasyanı (fole-
kulun partlaması yumurtahüceyrənin azad olması) və yumurta-
lıqlarda sarı cismin əmələ gəlməsini sürətləndirir, erkəklərdə isə
androgenləri hasil edən leydiq hüceyrələrinin fəaliyyətini tənzim
edir. İnsanda lüteinləşdirirci hormonun molekul kütləsi 28-500
Daltondur.
7.8.5. Laktogen hormon (laktotropin)-süd vəzilərinə
estrogenlər kimi təsir göstərir onların poliferasiyasına səbəb olur
və hamiləlik dövründə hipotrofiyaya uğramış süd vəzilərində
südün əmələ gəlməsini və ifrazını artırır. Bundan əlavə prolaktin
hamiləlik dövründə yumurtalıqlarda yeni yumurta hüceyrələrinin
qarşısını alır. Onun molekul kütləsi 24 minə yaxın polipeptiddir.
7.8.6. Andrenokortikotropin (AKTH). Bu hormon 39
aminturşusunun qalığından ibarət polipeptiddir, sintez edilmişdir.
Müxtəlif heyvanların adrenokortikotrop hormonu quruluşca
fərqlənir.
25 26 27 28 29 30 31 32
İnsanda: Asp.-Ala.-Qlis.-Qlut.-Asp.-Qlut.-Ser.-Ala.
Qaramalda: Asp.-Qlis.-Qlut.-Ala.-Qlut.-Asp.-Ser.-Ala.
Donuzda: Asp.-Qlis.-Ala.-Qlut.-Asp.-Qlut.-Ley.-Ala.
Qoyunda: Ala.-Qlis.-Qlut.-Asp.-Asp.-Qlut.-Ala.-Ser.
Kortikotropin və ya adrenokortikotrop hormon böyrəküstü
vəzilərin qabıq hissəsinə təsir göstərməklə karbohidratların müba-
diləsində iştirak edir.
Andrenokortikotropin (AKTH) kortikoidlərin
sintezinin baş-
195
lanğıc mərhələlərinə təsir etməklə qlükokortikoidlərin sintezini və
sekresiyasını sürətləndirir. AKTH-ın böyrəküstü vəzilərə gös-
tərdiyi təsirlə əlaqədar olaraq qanda və sidikdə 17-ketosteroidlərin
və qlükokortikoidlərin miqdarı artır. Bu hormonun təsiri altında
toxumaların oksigenə qarşı tələbatı artır, yağların parçalanması və
aseton cisimlərin əmələ gəlməsi sürətlənir, orqanizmin insulinə
qarşı həssaslığı azalır.
7.8.7. Tireotropin. Tireotrop təsir göstərir yəni qalxanavarı
vəzin fəallığını artırmaqla tiroksinin istehsalını çoxaldır. Əsasən
karbohidratların mübadiləsinə təsir edir. Bu hormon qlükopro-
teiddir, qeyri-zülal hissəsi karbohidratlardandır. Tərkibində 3,5%
heksoza, 2,5% qlükozamin və 1%-ə yaxın kükürd vardır.
Tireotrop hormon (tireotropin)
molekul kütləsi 28 300 Da-
dur. Onun molekulu iki α və β poliprptid zəncirindən ibarətdir.
α-zəncirində 96, β-zəncirində 118 aminturşu qalığı olur. Tərkibin-
də 11 ədəd disulfid rabitəsi olur.
Tireotropinin hüceyrələrə təiri onun spesifik reseptorlara
birləşməsi ilə başlayır sonra isə qalxanabənzər
vəzi hüceyrələrində
membranla rabitəli olan adenilat-siklaza fermentinin aktivliyi artır
və hüceyrələrin sitoplazmasında siklik AMF sintezi sürətlənir. Bu
isə qeyri-üzvi yod birləşməsinin qalxanabənzər vəzi heceyrələri
tərəfindən tutulmasını, tireoid hormonların əmələ gəlməsini və
qana ifraz olunmasını sürətləndirir. Tireotrop hormon bu proses-
lərə Ca
2+
ionlarının qalxanabənzər vəzi hüceyrələrinin membran-
larından keçməsini sürətləndirmək yolu ilə təsir göstərir.
7.8.8. Hipofizin orta payının hormonu. Hipofizin orta
(ara) payında melanositstimuləedici hormon (melanotropin, inter-
medin) sintez edilir. Məməli heyvanlarda bu hormonun iki forma-
sına təsadüf olunur. Onlardan biri α-, digəri isə β-melanositsti-
muləedici hormon adlanır. α- Melanositstimuləedici hormon – tər-