N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   46   47   48   49   50   51   52   53   ...   107

193 
 
ildə sintez edilmişdir. Müxtəlif heyvanlarda somatotropinin mole-
kul kütləsi 25-46 min dalton arasında dəyişir. Somatotropinə boy 
hormonu  da  deyilir.  Bu  hormon  toxumalarda  sərbəst  amintur-
şularının miqdarını azaldır, zülalların sintezini artırır, sidiklə azot-
lu  maddələr  az  ifraz  olunur.  Diabetogen  və  pankreotrop  təsir 
bununla  əlaqədardır.  Karbohidratların  mübadiləsinə  təsir  edərək 
əzələlərdə qlikogenin miqdarını çoxaldır.  
Somatotropin  hüceyrələrin  bölünməsini,  hüceyrə  nüvəsinin 
və sitoplazmanın tərkibinə daxil olan zülalların biosintezini sürət-
ləndirir.  Bu  hormon  sümük  və  qığırdaq  toxumalarına  xüsusilə 
güclü təsir göstərir, böyrək parenximasının inkişafını stimulə edir, 
fosfataza  fermentini  fəallığını  artırır.  Onun  təsirindən  süd  vəzilə-
rinin fəaliyyəti və qanda eritrositlərin əmələ gəlməsi sürətlənir. 
Samatotropin hüceyrələrin böyüməsinə həm bilavasitə, həm 
də somatomedin (somatotropinin mediaboru) adlanan zülali mad-
dələrlə  biokomplekslər  şəklində  təsir  göstərir.  İnsanın  qanında 
somatomedinlərin 6 növü tapılmışdır.  
Somatotropinin  sintezini  hipotalamusda  əmələ  gələn  xüsusi 
dekapeptid  artırır.  Bu  10  aminturşusunun  qalığından  ibarət  olub, 
növ  xüsusiyyətinə  malik  deyildir.  Sənaye  üsulu  ilə  sintezi  müm-
kündür.  
Bundan  heyvanların  boy  və  inkişafını  nizamlamaq  üçün 
istifadə etmək olar (Ç. Tenner). 
7.8.2  Honadotrop  hormonlar

Bu ad altında hipovizin ön 
payında sintez olunan follikultənzimedici, lüteinləşdirici və lakfo-
gen  hormonlar  birləşdirilir.  Honadotrop  hormonlar  mürəkkəb 
quruluşa  malik  olan  qlükoproteidlərdir.  Qanda  bu  hormonların 
miqdarı artdıqca hipotalamısda müvafiq tənzimedici amillərin sin- 
tezi azalır. 
 


194 
 
7.8.3.  Folikultənzimedici  hormon  -  follitropin  dişilərin 
yumurtalığında  olan  folekullara,  erkəklərin  toxumluğunda  gedən 
spermatogenez prosesinə stimuləedici təsir göstərir. İnsan folekul-
tənzimedici  hormonu  molekul  kütləsi  34  000  Dalton  olan  qlüko-
proteiddir. 
7.8.4.  Lüteinləşdirici  hormon-dişilərdə  ovulyasyanı  (fole-
kulun  partlaması  yumurtahüceyrənin  azad  olması)  və  yumurta-
lıqlarda  sarı  cismin  əmələ  gəlməsini  sürətləndirir,  erkəklərdə  isə 
androgenləri  hasil  edən  leydiq  hüceyrələrinin  fəaliyyətini  tənzim 
edir.  İnsanda  lüteinləşdirirci  hormonun  molekul  kütləsi  28-500 
Daltondur. 
7.8.5.  Laktogen  hormon  (laktotropin)-süd  vəzilərinə 
estrogenlər  kimi  təsir  göstərir  onların  poliferasiyasına  səbəb  olur 
və  hamiləlik  dövründə  hipotrofiyaya  uğramış  süd  vəzilərində 
südün  əmələ gəlməsini və ifrazını artırır. Bundan  əlavə prolaktin 
hamiləlik  dövründə  yumurtalıqlarda  yeni  yumurta  hüceyrələrinin 
qarşısını alır. Onun molekul kütləsi 24 minə yaxın polipeptiddir. 
7.8.6.  Andrenokortikotropin  (AKTH).  Bu  hormon  39 
aminturşusunun qalığından ibarət polipeptiddir, sintez edilmişdir. 
Müxtəlif  heyvanların  adrenokortikotrop  hormonu  quruluşca 
fərqlənir. 
           
 
         
 
           25   26   27     28     29    30    31   32 
İnsanda: Asp.-Ala.-Qlis.-Qlut.-Asp.-Qlut.-Ser.-Ala. 
Qaramalda: Asp.-Qlis.-Qlut.-Ala.-Qlut.-Asp.-Ser.-Ala. 
Donuzda: Asp.-Qlis.-Ala.-Qlut.-Asp.-Qlut.-Ley.-Ala. 
Qoyunda: Ala.-Qlis.-Qlut.-Asp.-Asp.-Qlut.-Ala.-Ser. 
 
Kortikotropin  və  ya  adrenokortikotrop  hormon  böyrəküstü 
vəzilərin qabıq hissəsinə təsir göstərməklə karbohidratların müba-
diləsində iştirak edir. 
Andrenokortikotropin (AKTH) kortikoidlərin sintezinin baş- 


195 
 
lanğıc mərhələlərinə təsir etməklə qlükokortikoidlərin sintezini və 
sekresiyasını  sürətləndirir.  AKTH-ın  böyrəküstü  vəzilərə  gös-
tərdiyi təsirlə əlaqədar olaraq qanda və sidikdə 17-ketosteroidlərin 
və  qlükokortikoidlərin  miqdarı  artır.  Bu  hormonun  təsiri  altında 
toxumaların oksigenə qarşı tələbatı artır, yağların parçalanması və 
aseton  cisimlərin  əmələ  gəlməsi  sürətlənir,  orqanizmin  insulinə 
qarşı həssaslığı azalır.  
7.8.7. Tireotropin. Tireotrop təsir göstərir yəni qalxanavarı 
vəzin  fəallığını  artırmaqla  tiroksinin  istehsalını  çoxaldır.  Əsasən 
karbohidratların  mübadiləsinə  təsir  edir.  Bu  hormon  qlükopro-
teiddir,  qeyri-zülal  hissəsi  karbohidratlardandır.  Tərkibində  3,5% 
heksoza, 2,5% qlükozamin və 1%-ə yaxın kükürd vardır. 
Tireotrop  hormon  (tireotropin)  molekul  kütləsi  28  300  Da-
dur.  Onun  molekulu  iki  α  və  β  poliprptid  zəncirindən    ibarətdir.    
α-zəncirində 96, β-zəncirində 118 aminturşu qalığı olur. Tərkibin-
də 11 ədəd disulfid rabitəsi olur. 
Tireotropinin  hüceyrələrə  təiri  onun  spesifik  reseptorlara 
birləşməsi ilə başlayır sonra isə qalxanabənzər vəzi hüceyrələrində 
membranla rabitəli olan adenilat-siklaza fermentinin aktivliyi artır 
və hüceyrələrin sitoplazmasında siklik AMF sintezi sürətlənir. Bu 
isə  qeyri-üzvi  yod  birləşməsinin  qalxanabənzər  vəzi  heceyrələri 
tərəfindən  tutulmasını,  tireoid  hormonların  əmələ  gəlməsini  və 
qana  ifraz  olunmasını  sürətləndirir.  Tireotrop  hormon  bu  proses-
lərə  Ca
2+
  ionlarının  qalxanabənzər  vəzi  hüceyrələrinin  membran-
larından keçməsini sürətləndirmək yolu ilə təsir göstərir. 
7.8.8.  Hipofizin  orta  payının  hormonu.  Hipofizin  orta 
(ara) payında melanositstimuləedici hormon (melanotropin, inter-
medin) sintez edilir. Məməli heyvanlarda bu hormonun iki forma-
sına  təsadüf  olunur.  Onlardan  biri  α-,  digəri  isə  β-melanositsti-
muləedici hormon adlanır. α- Melanositstimuləedici hormon – tər-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə