N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   54   55   56   57   58   59   60   61   ...   107

221 
 
nı göstərmək olar.  
Aminopolipeptidaza  polipeptidləri  sərbəst  amin  qrupları 
tərəfindən  parçalayan  fermentdir.  Dipeptidazalar  yalnız  dipeptid-
lərin  hidrolizini  sürətləndirir.  Bunların  fəallığını  maqnezium  və 
manqan ionları, sistein artırır.  
Prolinaza  prolinin  sərbəst  amin  qrupunu  saxlayan  peptid-
ləri  parçalayır.  Bağırsaq  şırəsində  yuxarıda  göstərilən  ferment-
lərdən başqa mutsin, zərdab zülalları, yağlar və müxtəlif duzlarda 
(natrium-xlorid, natrium-karbonat və s.) vardır.   
 
 
 
8.3 Həzm kanalından maddələrin sorulması 
 
Qida  maddələri  həzm  prosesində  öz  tərkib  hissələrinə 
parçalandıqdan  sonra  həzm  orqanlarından,  xüsusən  nazik  bağır-
saqdan sorularaq, qana keçir. Maddələrin 70 – 80 %-i nazik bağır-
saqdan  qana  sorulur.  Nazik  bağırsağın  selik  təbəqəsindəki  çoxlu 
xovlar  (1  sm
2
  2000  -  2500)  onun  səthini  20  –  25  dəfə  artırır  və 
bununla da qana sorulmanı asanlaşdırır.  
Karbohidratlar  monosaxaridlər  (qlükoza,  qalaktoza,  fruk-
toza və s.) şəklində qana sorulur. Disaxaridlər çox olduqda müəy-
yən hissəsi parçalanmadan da sorula bilir.  
Monosaxaridlər  növündən,  quruluşundan  və  s.-dən  asılı 
olaraq,  eyni  dərəcədə  sorulmur.  Qana  ən  yaxşı  sorulan  qalaktoza 
və  qlükozadır.  Arabinozanın  sorulması  zəifdir.  Bunlar  (qlükoza, 
qalaktoza  və  feuktoza)  bağırsağın  divarında  fosforlaşaraq,  bir-
birinə çevrilə bilir. Bu da onların sorulmasını asanlaşdırır. Beləlik- 
lə, fosfatlar monosaxaridlərin sorulmasını sürətləndirir.  
Yağlar qliserin və yağ turşuları şəklində qana sorulur. On- 


222 
 
lar  az  miqdarda  yaxşı  emulsiyalaşdıqda  parçalanmadan  da  qana 
sorula  bilir.  Ərimə  temperaturu  yüksək  olan  yağların  emulsiya-
laşması və sorulması çətin olur. Ona görə də bitki yağları hidroliz 
olunmadan 98%, tristearinlər isə 15% sorulur. Qliserin suda yaxşı 
həll  olunduğundan  asan,  yağ  turşuları  isə  pis  həll  olunduğundan 
çətin  sorulur.  Öd  turşuları  bunlarla  müxtəlif  nisbətdə  (1:4;  2:7; 
3:8;  4:9  və  s.)  mürəkkəb  komplekslər  əmələ  gətirərək,  həll  olan 
şəklə  keçirir  və  sorulmanı  sürətləndirir.  Bu  komplekslər  (xolein 
turşuları)  sorulduqdan  sonra  parçalanır.  Yağ  turşuları  bağırsağın 
epiteli  toxumasında  qalaraq  orqanizmdə  yağların  sintezi  üçün 
istifadə olunur. Öd turşuları isə qanla qaraciyərə  gedib, ödə keçir 
və yenidən bağırsağa qayıdır, yağ turşularının sorulmasında təkrar 
iştirak  edir.  Yağ  turşularının  sorulması  fosfat  turşusu  ilə  də 
stimullaşdırılır.  
Bağırsağın selik təbəqəsində yağ turşuları qliserinlə birlə-
şərək yağlara da çevrilir. Sonra əsasən limfa sisteminə və qismən 
(təxminən 20 – 30%) kapilyar qan damarlarına keçir.  
Zülallar  aminturşuları  şəklində  qana  sorulur.  Yemlə  zülal 
çox  qəbul  edildikdə  az  hissəsi  parçalanmadan  da  sorula  bilir. 
Bağırsağın selik təbəqəsində aminturşularından müəyyən dərəcədə 
polipeptidlərin sintezi üçün də istifadə edilir.  
Su bütün həzm orqanlarında, xüsusi ilə bağırsaqdan şoru-
lur.  Sutka  ərzində  qaramalın  bağırsağından  100  l-ə,  donuzda  isə 
25  l-ə  qədər  su  sorula  bilər.  Bu  da  bağırsaq  möhtəviyyatının 
osmos təzyiqindən, orada duzların qatılığından və s.-dən asılıdır. 
Duzlardan  xörək  duzu  və  kalium-xlorid  asan,  suda  zəif 
həllolan  duzlar  (natrium  sulfat,  maqnezium  sulfat)  isə  ləng  qana 
sorulur.  Fosfat  və  karbonat  turşularının  kalsium  və  maqnezium 
duzlarının sorulması daha da zəif olur. Dəmir, yod və s. element-
lərin duzları isə  mürəkkəb üzvi birləşmələr (tiroksin, askorbinat  


223 
 
və s.) şəklində asan sorulur.  
 
 
8.4 Bioloji oksidləşmə 
 
Hələ  XVIII  əsrin  ikinci  yarısında  M.  V.  Lomonosov  və   
A. L. Lavuazye sübut etmişlər ki, yanma yanan maddənin havanın 
oksigeni ilə birləşməsidir. Üzvi maddə yandıqda karbon qazı və su 
əmələ  gəlməklə,  sərbəst  istilik  enerjisi  də  ayrılır.  İnsanların  və 
heyvanların  tənəffüsü  də  bunun  eynidir.  Orqanizmə  daxil  olmuş 
havanın  oksigeni  hüceyrələrdəki  maddələri  karbon  qazı  və  suya 
qədər  oksidləşdirir,  enerji  ayrılır.  Son  iki  əsr  ərzində  bioloji 
oksidləşmənin  bir  çox  cəhətləri:  fermentlərin  iştirakı,  mərkəzi 
sinir  sisteminin,  hormonların,  vitaminlərin  rolu,  enerjinin  çevril-
mələri və  s.  öyrənilmişdir. Bioloji oksidləşmə  bütün toxumalarda 
getdiyindən toxuma tənəffüsü və ya oksidləşməsi də adlanır.  
Əvvələr  toxuma  tənəffüsünə  oksidləşən  maddəyə  oksige-
nin birləşməsi kimi baxırdılar. Oksigenin çıxmasını isə maddənin 
reduksiya  olunması  hesab  edirdilər.  Elmin  son  nailiyyətləri  bu 
anlayışı  dərinləşdirmişdir.  Oksidləşmə  maddə  atomunun  elektron 
verdiyini, reduksiyalaşma isə onun qəbul edilməsini göstərir.  
 
 
 
Ona görə də oksidləşmiş atomun mənfi  yükü azalır və ya 
müsbət yükü çoxalır. Neytral atomlar oksidləşdikdə müsbət yüklü 
ionlara çevrilir. Oksidləşmə reaksiyalarında elektronların verilmə-
si  ilə  müsbət,  reduksiyalaşmada  isə  elektronların  birləşməsi  ilə 
mənfi yüklülük çoxalır.  
Oksidləşmə  və  reduksiyalaşma  reaksiyaları  həmişə  birlik-
də gedir, qarşılıqlı əlaqədədir və biri digərini tamamlayır. Odur ki,  
EO 
- 2e
 
+ ½
 O
2
 
E
0
 
E
+2
 + O
2-
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə