N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   52   53   54   55   56   57   58   59   ...   107

215 
 
isə selik ifraz edir.  
Mədə  şirəsi  mədənin  selik  təbəqəsinin  dib  hissəsindəki 
vəzilərin hüceyrələrin tərəfindən istehsal olunur. Bütün heyvanlar-
da mədə şirəsinin reaksiyası turşdur. Mədə şirəsinin pH-ı itdə 1,5-
2,0; qaramalda 2,2-3,1 danada 2,5-3,4; atda 1,2-3,1; quşlarda 3,8 ; 
insanda 5-6 olur.  
Mədə  şirəsinin  sutkalıq  miqdarı  insanda  2l,  itdə  2-3l
qoyunda 4l, qaramalda daha çoxdur.  
Mədə şirəsinin 99,5%-i su, 0,5%-i quru qalıqdan ibarətdir. 
Sonuncuya  zülallar,  zərdab  albumini  və  lipaza  aiddir.  Cavan 
heyvanların  mədə şirəsində katepsin, donuzda az fəal  amilaza da 
vardır.  Mədə  şirəsində  xlorid,  süd,  sirkə,  yağ  turşuları,  karbonat, 
kalsium və maqnezium duzları da olur.  
Gövşəyən  heyvanların  şırdan  möhtəviyyatında  aminturşu-
larına, mikroelementlərə və vitaminlərə (C, B
1
, B
2
, B
6
, B
12
  və  s.) 
də təsadüf edilir.  
Mədə  həzmində  ciddi  əhəmiyyətə  malik  olan  fermentlər-
dən pepsin, ximozin, lipaza, turşulardan xlorid və süd turşularıdır. 
Xlorid  turşusu  həm  sərbəst,  həm  də  birləşmiş  halda  olur.  Xlorid 
turşusunun  miqdarı  it  və  donuzun  mədə  şirəsində  (0,3-0,6%)  at, 
qaramal,  qoyun  və  quşlarınkına  nisbətən  (0,1-0,3%)  çoxdur. 
Müxtəlif  xəstəliklərdə  xlorid  turşusunun  ifrazı  kəskin  dəyişir. 
Mədə  şirəsində  xlorid  turşusunun  olmamasına  axlorhidriya,  azal-
masına hipoxlorhidriya və çoxalmasına hiperxlorhidriya deyilir.  
Xlorid turşusunun əmələ gəlməsi üçün xloridlərdən, xüsu-
sən natrium-xloriddən və karbonat turşusundan istifadə olunur.  
Hazırda  güman  edilir  ki,  xlorid  turşusunun  əmələ  gəlmə-
sində karboanhidraza fermentlərinin və histamin hormonunun rolu 
vardır. Xlorid turşusunun sintezi üçün lazım gələn enerji ilə ATF-
in parçalanmasından alınır.  


216 
 
3
3
2
NaHCO
HCl
NaCl
CO
H



 
Xlor  ionunu  mədənin  selik  təbəqəsindəki  zülalların  ver-
məsi Donnan müvazinətinə əsaslanır. 
Xlorid  turşusu  zülalların  şişməsini  sürətləndirərək,  fer-
mentlərin  təsirinə  şərait  yaradır,  pepsinogeni  fəallaşdıraraq,  pep-
sinə  çevirir,  mədə  şirəsindəki  çürüdücü  və  qıcqırdıcı  mikroorqa-
nizmləri məhv edir,pis həll olan duzların (kalsium fosfat, dəmirin 
kompleks birləşmələri və s.) həllolmasını asanlaşdırır. 
Mədə  şirəsində fermentlərdən  əsası  pepsindir.  Bu ferment 
mədənin  dib  hissəsindəki  bəzi  hüceyrələrində  qeyri-fəal  pepsino-
gen  şəklində  istehsal  olunur,  xlorid  turşusunun  təsiri  ilə  pepsin 
inqibitoru (molekul kütləsi 3200 olan peptiddir) və 5 kiçik neytral 
peptidi  itirərək  fəallaşır.  Pepsin  turş  mühitdə  zülalların  albumoz 
və  peptonlara  qədər  hidrolizini  sürətləndirir.  Lakin  keratinlərə, 
fibroinə, mutsinlərə, ovomukoidlərə, protaminlərə təsir etmir. 
Mədə şirəsinin ikinci fermenti katepsindir. Bu ferment pH 
4 – 5 olduğu mühitdə fəal olub, zülalları və bəzi peptidləri hidroliz 
edir. Cavanların mədə şirəsində katepsin fəal, yaşlılarda qeyri-fəal 
olur.  
Şırdan  fermenti  (ximozin  və  ya  rennin)  mədə  vəzilərinin 
hüceyrələrində əmələ gəlməklə, zəif turş mühitdə, kalsium duzla-
rının iştirakı ilə kazeinogeni kazeinə çevirərək laxtalandırır.  
Mədə  şirəsində  proteolitik  fermentlərdən  başqa  çox  az 
miqdarda lipaza da olur. O,  yalnız emulsiya halında olan  yağları 
hidroliz  edə  bilir.  Buna  görə  süddə  olan  yağlar  qliserinə  və  yağ 
turşularına qədər parçalana bilir. Bu da körpələr üçün əhəmiyyət-
lidir.  Yaşlı  insanlarda  və  heyvanlarda  mədə  şirəsində  lipaza  az 
fəaldır.  
Göstərilənlərdən aydın olur ki, mədədə başlıca olaraq zü-
 
 


217 
 
lallar,  az  miqdarda  yağlar  və  mürəkkəb  karbohidratlar  öz  tərkib 
hissələrinə  parçalanır.  Lakin  zülallar  və  yağlardan  fərqli  olaraq 
karbohidratların hidrolitik  parçalanması  mədə şirəsində olan spe-
sifik  fermentlərin  təsiri  ilə  deyil,  ağız  suyu  fermentlərinin  ağız 
boşluğunda  başlayan  fəaliyyətinin  davamı  nəticəsində  meydana 
çıxır.  
Mədədən  sonra  qida  maddələrinin  həzmi  nazik  bağırsaq-
larda öd, pankreas və bağırsaq şirələrinin iştirakı ilə gedir.  
Pankreas  şirəsi  zülalların,  karbohidratların  və  yağların 
hidrolitik  parçalanmasında  əsas  rol  oynayır.  Onların  60  –  80%-i 
pankreas şirəsinin təsiri ilə parçalanır.    
Pankreas  şirəsinin  sutkalıq  miqdarı  qaramalda  3  –  4  l
donuzda  8  l,  itdə  0,3  l-ə  qədər  olur.  Bu  şirə  rəngsiz,  şəffaf,  zəif 
qələvi reaksiyalı (pH 7,3 – 8,0) mayedir. Onun 90%-i su və qalanı 
quru  maddədir.  Sonuncunun  tərkibi  zərdab  zülallarından,  peptid-
lərdən,  aminturşularından,  yağlardan,  sabunlardan,  natrium-xlo-
riddən,  kalsium-xloriddən,  natrium-hidrokarbonatdan,  natrium-
hidrofasfatdan və başqa maddələrdən ibarətdir. Duzlardan çoxunu 
(0,7%) natrium-hidrokarbonat təşkil edir.  
Mədəaltı vəzinin şirəsindəki fermentlərdən tripsinin, ximo-
tripsinin,  elastazanın,  karboksipolipeptidazanı,  protaminazanı,  
dipeptidazanı,  nukleazanı  (ribonukleaza,  dezoksiribonukleaza), 
lipazanı, amilazanı, maltazanı, laktazanı və invertazanı göstərmək 
olar. 
Pankreas  şirəsinin  sekresiyasında  xlorid  turşusunun  rolu 
böyükdür.  Bu  turşu  onikibarmaq  bağırsağa  daxil  olaraq,  prosek-
retini fəallaşdırır və sekretinə çevirir. Sonuncu sorularaq, pankreas 
vəzinə hormonal təsir göstərir və onun şirə ifrazını artırır. Mədəal-
tı  vəzinin  şirə  ifrazını  yağlar,  onların  sabunlaşma  məhsulları,  su, 
spirt və başqa amillər də sürətləndirir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə