N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   60   61   62   63   64   65   66   67   ...   107

241 
 
badiləsi reaksiyalarının tam getməsinə sərf olunur. 
Bioloji oksidləşmədə ayrılan enerjinin ATF-də toplanması 
və  ya  istilik  şəklində  çıxması  bir  sıra  amillərdən:  xarici  mühitin 
temperaturundan,  orqanizmin  boy  və  inkişafından,  hormonların 
fəaliyyətindən,  vitaminlərdən,  ionlardan,  mühitin  reaksiyasından 
və  s.-dən  asılıdır.  S.  E.  Severinin  laboratoriyasında  müəyyən 
edilmişdir  ki,  bədən  temperaturu  aşağı  düşdükdə  oksidləşməklə 
fosforlaşma zəifləyir, sərbəst tənəffüs isə yüksəlir. Xarici tempera-
tur  artdıqda  isə  əksinə  olur.  İnsulin  oksidləşməklə  fosforlaşmanı 
tənzimləyir, tiroksin isə zəiflədir.  
 
 
 
8.7 Makroergik birləşmələr  
 
Orqanizmdə  müxtəlif maddələrin (karbohidratların,  yağla-
rın və s.) oksidləşməsi nəticəsində külli miqdarda enerji ayrılaraq, 
makroergik və ya enerji ilə zəngin birləşmələrdə toplanır. Makro-
ergik  rabitə  əyri xətlə  (~) göstərilir. Bunlardan fosforlu  birləşmə-
ləri  göstərmək  olar.  Fosforlu  birləşmələrin  bu  qabiliyyəti  –  yəni 
özlərində  enerji  toplamaq  və  lazım  gəldikdə  vermək  onların  ter-
modinamik davamsızlığı və kinetik davamsızlığı ilə əlaqədardır.  
Sadə fosfat efirlərinin (3 – fosfoqliserin turşusu, qlükoza – 
6  –  fosfat,  fruktoza  –  1,  6  –  difosfat  və  s.)  hidrolizi  zamanı  az 
enerji  (2  –  3  kkalori)  ayrılır.  Lakin  pirofosfat  rabitəli  maddələr 
(ATF, ADF), fosfoamid rabitə saxlayanlar (keratinfosfat, arginin-
fosfat), karboksilfosfatlar (asetilfosfat, 1,3 – difosfoqliserin turşu-
su),  fosforlaşmış  üçlü  spirtlər  (fosfoenolpiroüzüm  turşusu)  enerji 
ilə zəngin maddələrdir. Bu rabitələrin qırılması orqanizmin enerji 
ilə təminində əsas rol oynayır. 
 


242 
 
 
 
 
Bunların  hidrolizi  əsasında  ayrılan  enerji  6  –  12  kkalori 
arasında  dəyişir.  Göstərilən  birləşmələrin  içərisində  əsas  yeri 
purin nukleotidlərindən olan adenozintrifosfat turşisi (ATF) tutur. 
Bu mürəkkəb üzvi maddə olub, adenindən, ribozadan və üç mole-
kul fosfat turşusundan ibarətdir. Onun quruluş formulu belədir: 
 
 
 
 
 
 
ATF hidroliz olunduqda ADF və fosfat turşusu əmələ gəlir, 
6–8 kkalori də enerji ayrılır. Bu da mexaniki, elektrik, istilik ener- 
jilərinə və qeyrilərinə çevrilir.  
 
 
Adenozindifosfat turşusu da (ADF) enerji ilə zəngin birləş- 
mədir.  Bu  turşu  fosforlaşma  proseslərində  əmələ  gələn  makroer-
gik fosfatların birinci akseptorudur. Bundan miokinazanın (adenil- 
ATF + H
2
O → ADF + H
3
PO
4
 + 8 kkalori 
 
                                                          OH 
                                                                       │ 
R─CH
2
─O─PO
3
H
2
                R─O─P~O─PO
3
H

                                                                       ║ 
                                                          O 
 
   Sadə fosfat efiri                                 Pirofosfat rabitəsi 
 
                                      O                              COOH 
                                              ║                                      │ 
R─NH~PO
3
H
2
        R─C─O~PO
3
H
2
       R═CO~PO
3
H
2
 
 
    Fosfoamid                         Karboksil                      Fosforlaşmış 
      rabitəsi                              fosfatlar                        üçlü spirtlər 
 
 

HC 
 
C

NH
2
                       
        C─N                       O                     O       O                     OH 
                    CH                                      ║       ║ 
        C─N ── CH─ (CHOH)
2
─CH─CH
2
O─P─O~P─O~P ═ O 
 N                                                           │       │ 
                                                               OH    OH                  OH 
        


243 
 
atkinaza) təsiri ilə ATF-də əmələ gəlir. 
 
Adenozinmonofosfat  turşusu  (AMF)  makroergik  maddə 
deyildir.  Çünki  fosfat  turşusu  ribozaya  adi  fosfoefir  rabitəsi  ilə 
birləşmişdir. Biosintez proseslərinin çoxunda ATF-dəki enerjidən 
istifadə edilir. Fosfat qrupu fosfotransferazaların iştirakı ilə başqa 
maddələrə (məsələn, keratinfosfata) köçürüldükdə də enerji itmir. 
Lakin fosfat turşusunun qalığı ATF-dən monosaxaridlərə verildik-
də  fosfoefir  rabitəsi  yaranır  və  enerjinin  müəyyən  hissəsi  səpə-
lənir.  Son  zamanlar  orqanizmdə  (əzələ,  qaraciyər,  beyin  və  s.) 
ATF-dən başqa enerji ilə zəngin başqa nukleotidlərdə quanozindi-
fosfat  (QDF),  quanozintrifosfat  (QTF),  uridindifosfat  (UDF), 
uridintrifosfat  (UTF),  sitidindifosfat  (SDF),  sitidintrifosfat  turşu-
ları  (STF)  aşkar  edilmişdir.  Bu  nukleozidfosfatlar  da  nuklein 
turşularının  sintezində  və  fosfat  qruplarının  köçürülməsindəki 
təkrar fosforlaşma reaksiyalarında iştirak edir. 
 
 
 
 
Cədvəl 12. 
 
Bioloji əhəmiyyətli bəzi birləşmələrin hidrolizinin 
 sərbəst enerjisi -
0
G

(A. Uayt, F. Hendler, E. Smit,  
R. Hill, İ. Leman, 1981) 
 
Birləşmənin adı 
-
0
G

(pH 7-
də) kkal/mol 
Birləşmənin adı  
-
0
G

(pH 7-
də) kkal/mol 
Asetiladenilat 
13,3 
Palmitil – karnitin  
7,7 
Fosfoenolpiruvat 
13,0 
Uridindifosfat–qlükoza  
7,6 
Tsiklik AMF 
11,9 
Saxaroza 
6,6 
Asetilfosfat 
10,5 
Fosfodiefirlər 
6,0 
Asetoasetil – KoA  
10,5 
Qlükoza – 1 – fosfat  
5,0 
S – Adenozilmetionin  
10,0 
Alanil – qlisin  
4,0 
Fosfokreatin 
9,0 
Qlütamin 
3,4 
ATF (daxili rabitə) 
8,5 
Qliserolfosfat 
3,0 
ATF (terminal rabitə) 
8,4 
Laktoza 
3,0 
Asetil KoA  
7,7 
Peptid  rabitəsi  (iri  polipep-
tiddə, daxili) 
0,5 
2 ADF → ATF+ AMF 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə