N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   57   58   59   60   61   62   63   64   ...   107

230 
 
NADF, NAD-dan adenil turşusundakı ribozanın ikinci kar-
bonun yanında əlavə fosfat turşusu qalığının olması ilə fərqlənir.  
Dehidrogenazaların  nümayəndələri  substrata  görə  adlanır. 
Məsələn,  aminturşularının  dehidrogenazaları,  sidik  turşusunun 
dehidrogenazası,  laktadehidrogenaza,  triozofisfatdehidrogenaza  
və s.  
NAD  və  NADF  elektron  və  protonların  universal  toplayı-
cılarıdır.  
NAD toxumalarda ən çox oksidləşmiş formada, NADF isə 
reduksiyalaşmış  formada  (NADF,  H
2
)  olur.  Sonuncunun  miqdarı 
birinciyə  nisbətən  azdır.  Ona  görə  də  NAD  ən  çox  hidrogenin 
akseptoru, NADF isə donoru rolunu ifa edir.  
Dehidrogenazalar  heyvan  hüceyrələrinin  ən  çox  mitoxon-
driyalarında,  qismən  mikrosomlarda,  hialoplazmada  və  nüvədə 
toplanır.  Bunlar  hüceyrənin  quruluş  elementləri  ilə  zəif  birləşdi-
yindən asanlıqla ayrılır.  
Flavin  fermentləri  reduksiyalaşmış  piridin  kodehidroge-
nazalarından  (NAD  ∙  H
2
  və  NADF  ∙  H
2
)  hidrogen  atomlarının 
bilavasitə və ya aralıq keçricilərin köməyi ilə oksigenə verilməsini 
kataliz edir.  
Flavin  (flavus  latınca  –  sarı  deməkdir)  fermentləri  flavo-
proteidlərdən  ibarət  olub,  tərkiblərində  riboflavin  saxladıqlarına 
görə belə sdlanır.  Bunlar zülalla prostetik qrupun birləşməsindən 
əmələ  gəlir.  Prostetik  qrup  flavinadenindinukleotiddən  (FAD)  və 
ya  flavinmononukleotiddən  (FMN)  ibarətdir.  FAD  riboflavinin 
ADF-lə  birləşməsindən,  FMN  isə  riboflavinin  fosfat  turşusu  ilə 
birləşməsindən  yaranır.  Bunların  hər  ikisində  fəal  hissə  izoallok-
savindir. Buna hidrogen asanlıqla birləşib, ayrıla bilir. Hidrogenin 
izoalloksavin  hissəsinə  birləşib  ayrılması  hər  tərəfdən  molekulun 
hetrotsiklik nüvə ilə əhatə olunmasıdır.  


231 
 
-2H 
   
↔  
 
H
3
C─ 
H
3
C─ 

│ 


│ 

N─H 
NH 
 


NH 
NH 
CO 
CO 
H
3
C─ 
H
3
C─ 
CO 
CO 
 
Flavin  fermentləri  aralıq  katalizatorları  rolunu  daşıyan 
kofermentlərin: piridinnukleotidlərin olduqları şəraitdə təsir göstə-
rir.  Bioloji  oksidləşmədə  flavin  fermentlərinin  rolunu  sxematik 
belə göstərmək olar: 
 
 
 
Heyvan  toxumalarında  hidrogenin  flavin  fermentlərindən 
oksigenə verilməsində sitoxrom sistemi də iştirak edir. 
Flavin  fermentlərinə  alfa-aminturşularının  oksidazası, 
ksantinoksidaza, sitoxromreduktaza və s. aiddir.  
Flavin  fermentlərinin  əsas  nümayəndəsi  sitoxromredukta-
zadır. Flavin fermentlərinin bəziləri (metalfalavoproteidlər) tərki-
bində metal da (dəmir, mis, molibden) saxlayır. Bunlar hidrogeni 
oksidləşən maddədən də bilavasitə çıxara bilir.  
 
 
 
Flavin fermentləri hüceyrələrin mitoxondriyalarında yerlə-
şir.  

│ 
OH
 
OH 
│ 
C
 
                      CH

      
 
─CH
3
             │ 
                    │
  
─(CH
2
─CH═C─CH
2
)
n
H             
H
3
CO─ 
H
3
CO─ 
─                   CH

      
 
─CH
3
             │ 
                    │
  
─(CH
2
─CH═C─CH
2
)
n
H             
CO 
H
3
CO─ 
H
3
CO─ 
CO 
─2H 
+ 2H 
Ubixinon
 
2e + 2H
+
 + NADF → dehidrogenaza + NADF ∙ H
2
 
NADF ∙ H
2
 + dehidrogenaza → NADF + dehidrogenaza ∙ H
2
 
Dehidrogenaza H
2
 + 
½O
2
─H
2
O + dehidrogenaza 


232 
 
Toxuma  tənəffüsündə  flavinlərlə  sitoxromlar  arasında 
ubixinondan da istifadə olunur.  
Ubixinon  ilk  dəfə  öküz  ürəyinin  mitoxondriyalarından 
ayrılmışdır. O mitoxondriya lipoproteidlərinin tərkibinə daxil olur. 
Ubixinon  fosforlaşma  ilə  getməyən  tənəffüsdə  əlavə  komponent 
kimi  iştirak  edir.  Sitoxrom  sisteminin  fermentləri  sitoxromlar 
adlanır.  Bunlar kimyəvi  təbiətinə  görə zülalların  xromoproteidlər 
qrupuna  mənsubdur.  Sitoxrom  yunan  sözü  olub,  sitos  –  hüceyrə, 
zrom – boya deməkdir.  
Üç  qrup  (A,  B,  C)  sitoxrom  məlumdur.  Bunlardan  yaxşı 
öyrəniləni  C  sitoxromudur.  Bunun  tərkibində  bir  hem  molekulu-
nun və qlobin zülalının qalığı vardır. Bunlar da bir-biri ilə tioefir 
rabitəsi ilə birləşmişdir. Molekul kütləsi 13 mindir, suda yaxşı həll 
olur.  
Müxtəlif  heyvanların  (at,  öküz,  donuz,  quş)  sitoxromları 
polipeptid zəncirinin aminturşu tərkibinə görə fərqlənir.  
Sitoxromlar  oksidləşmiş  və  reduksiyalaşmış  formalarda 
olur.  Bunların  tərkibindəki  dəmir  çevrilmələr  zamanı  üçvalentli-
dən  ikivalentliyə  və  əksinə  keçir.  Sitoxrom  oksidləşən  maddədən 
elektron  qəbul  etdikdə  üçvalentli  dəmir  reduksiya  olunaraq, 
ikivalentli dəmirə çevrilir. 
 
 
 
 
Reduksiyalaşmış  sitoxrom  B  qəbul  olunmuş  elektronları 
sitoxrom C-yə verərək, yenidən oksidləşmiş formaya keçir.  
 
 
 
Beləliklə,  sitoxromlar  sistemi  ardıcıl  olaraq  elektronları 
bir-birinə və nəhayət molekulyar oksigenə verir.  
Müasir məlumatlara əsasən heyvan heceyrəsinin sitoxrom 
oksidləşmiş sitoxrom
 B─Fe
+3
 + e
-
 → 
reduksiyalaşmış sitoxrom 
B─Fe
+2
 
 
sitoxrom
 B─Fe
+2
 + 2e
-
 →
 sitoxrom 
C → Fe
+2+ 
sitoxrom
 B → Fe
+3 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə