N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   65   66   67   68   69   70   71   72   ...   107

258 
 
 
Bu  reaksiya  zamanı  dezoksinukleozidtrifosfatlar  matrisa 
vəzifəsini  daşıyan  DNT  zənciri  üzərindəki  azot  əsasları  ilə 
komplementarlıq  prinsipi  üzrə  qarşı-qarşıya  yerləşir,  bir-birinin 
qonşuluğunda  yerləşən  dezoksinukleozidtrifosfatların  tərkibində 
olan  dezoksiriboza  qalıqları  arasında  3,5-fosfodiefir  rabitələri 
əmələ gəlir və iki fosfat turşusu qalığı – pirofosfat turşusu şəklin-
də ayrılır. Tənlikdən aydın olur ki, DNT molekullarının sintezinə 
sərf olunan DATF və DQTF-in miqdarı müvafiq olaraq, DQTF və 
DSTF-in  miqdarına  bərabərdir.  Bu  fakt  DNT  molekullarının 
kimplementar quruluşu (A – T; Q – S) haqqında Uotson və Krik 
tərəfindən irəli sürülən müddəaları bir daha təsdiq edir.   
Dezoksinukleozidtrifosfatdan  pirofosfat  turşusunun  ayrıl-
ması zamanı alınan enerji biosintez proseslərinə sərf olunur.  
Şəkil 62-də DNT-in biosintezi prosesində nukleotidiltrans-
feraza  fermentinin  iştirakı  ilə  gedən  reaksiyadan  bir  hissə  veril-
mişdir. Prosesdən göründüyü kimi ilk mərhələdə pirofosfat turşu-
su ayrılır. Bu da öz növbəsində digər proseslərə qoşulur.  
Canlı  orqanizmdən  xaricdə  molekul  zənciri  nəzərdə  tutu-
lan ardıcıllıqla yerləşmiş nukleotid qalıqlarından ibarət olan DNT 
molekulunun sintez edilməsi çox çətin problemdir. Son vaxtlarda 
aslimlər alanin aminturşusunun nəqliyyat RNT-nin genin (Q. Xo-
rana)  və  E.  Coli  bakteriyalarını  yoluxdurmaq  qabiliyyətinə  malik 
olan  faqların  bir  növünü  (Kornberq)  sintez  etməyə  müvəffəq 
olmuşlar. Hemoqlobin molekulundakı aminturşu qalıqlarının yer-
ləşmə  aedıcıllığı  haqqında  informasiyaya  malik  olan  genin  sintez 
edilməsi bioloji kimyanın ən yeni nailiyyətlərindən biridir. 
n
1
DATF 
n
2
DQTF  ―səbəbkar‖ DNT + Mg
2+
 yaxud Mn
2+
 
n
1
DSTF                                                                 DNT + 2(n
1
+n
2
) H
4
P
2
O
7
 
n
2
DTTF          DNT – polimeraza  
 


259 
 
 


260 
 
Zülalların, RNT-nin  və DNT-nin  biosintezini şərti olaraq, 
3  mərhələyə  bölürlər:  i  n  i  s  i  a  s  i  y  a  (təşəbbüs,  biosintez 
prosesinin  başlanması  üçün  verilən  göstəriş),  e  l  o  n  q  a  s  i  y  a 
(sintez  olunan  polinukleotid  zəncirlərinin  uzunluğunun  artması) 
və    t  e  r  m  i  n  a  s  i  y  a    (biosintez  prosesinin  sona  çatması) 
mərhələləri. 
9.2.1.  DNT  biosintezinin  inisiasiyası  nukleotid  zənciri 
əsasında  yeni  zəncirləri  sintez  edilməsi  prosesinin  başlanğıcıdır. 
Bundan  ötrü,  əvvəlcə  əsas  DNT  molekulunun  bir  hissəsində 
komplementarlıq  prinsipi  üzrə  oliqoribonukleotid    sintez  edilir. 
Praymer  adlanan  oliqoribonukleotidin  tərkibindəki  riboza  qalı-
ğının  3-cü  karbon  atomu  sərbəst  hidroksil  qrupuna  malik  olur. 
Oliqoribonukleotidin tərkibinə 50-yə yaxın nukleotid qalığı daxil-
dir.  Onun  sintezi  RNT-polimeraza  fermentinin  təsiri  altında  baş 
verir.  İnisiasiya  prosesində  DNT  molekulu  əvvəlcə  DNT-birləş-
dirici,  sonra  isə  DNT-açıcı  zülallarla  birləşir.  DNT-açıcı  zülalın 
təsiri  altında  DNT  molekulunun  ikiqat  spiraldan  ibarət  olan 
hörüyü  müəyyən  nahiyədə  açılır.  Sonra  açılmış  spirala  DNT-
polimeraza  və  RNT-polimeraza  fermentləri  birləşir.  RNT-poli-
merazanın  təsiri  ilə  praymer  sintez  olunur.  Belə  güman  edilir  ki, 
DNT  molekulu  məhz  praymerin  sonuncu  riboza  qalığının  3-
hidroksil  qrupu  ilə  birləşmiş  şəkildə  sintez  edilir.  Sonra  molekul 
zəncirinin  həmin  hissəsi  nukleaza  fermentinin  təsiri  ilə  yeni 
yaranmış oliqodezoksiribonukleotid molekulundan ayrılır.  
9.2.2. DNT sintezinin elonqasiya mərhələsində əsas DNT 
molekulu  replikasiyaya  uğrayır  və  onun  polinukleotid  zəncirləri-
nin  iştirakı  ilə  komplementarlıq  prinsipi  üzrə  yaranan  yeni  DNT 
zəncirlərinin  hər  biri  əsas  zəncirlərdən  biri  ilə  birləşib,  ikiqat 
spiral  əmələ  gətirir.  Eukariot  xromosomda  iki  istiqamətdə  repli-
kasiya ilgəklərinin əmələ gəlməsi şəkil 63-də verilmişdir. 


261 
 
 
 
Yeni DNT zəncirləri DNT-polimeraza fermentinin iştirakı 
ilə  sintez  edilir.  Zəncirlərin  bir-birinə  hörülərək,  spiral  əmələ 
gətirməsi  isə  DNT-liqaza  fermentinin  işrirakı  ilə  həyata  keçir. 
Belə güman edilir ki, DNT sintezinin terminasiyası (sona çatma-
sı) əsas DNT molekulunun replikaiyasının sona çatması ilə əlaqə-
dar olaraq baş verir.  
9.2.3.  RNT-nin  biosintezi  (transkripsiya).  Hüceyrədə 
RNT-nin  miqdarı  sabit  deyil.  Hüceyrə  və  toxumanın  növündən, 
yaşından  və  fizioloji  funksiyasından  asılı  olaraq,  onun  tərkibin-
dəki  RNT-nin  miqdarı  müxtəlif  hüdudda  dəyişir.  Böyümə  və 
çoxalma dövründə hüceyrələrdə RNT artır. Bundan əlavə, hücey-
rələrdə olan RNT-nin tərkib və funskyasına görə bir-birindən fərq-
lənən müxtəlif növləri vardır (m-RNT, n-RNT, p-RNT). Müxtəlif 
tərkib və quruluşa malik olan RNT molekulları hüceyrənin nüvə-
sində  olan  DNT-nin  təsiri  ilə  sintez  edilir.  RNT  molekulunun  
DNT matrisasında biosintezi-transkripsiya adlanır. RNT-nin digər 
növlərinin də transkripsiya yolu ilə əmələ gəldiyi güman edilir.  
Transkripsiya  prosesinin  normal  gedişi  üçün  bu  prosesin 
baş  verdiyi  mühitdə  bütün  nukleozidtrifosfatların  (ATF,  QTF, 
STF, UTF), matrisa vəzifəsini daşıyan DNT-nin və Mg
2+
, yaxud 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə