264
PNF-azanın bioloji funksyası hələ tam aydınlaşdırılma-
mışdır. Bu fermentin hüceyrələrdə müxtəlif tipli RNT molekulla-
rının sintezində iştirak etməsi haqqında olan nəzəri mülahizə
özünü doğrultmur, çünki ribonukleoziddifosfatların və fosfat
turşusunun hüceyrədaxili mühit üçün səciyyəvi hesab olunan
konsentrasiyasında bu dönər reaksiyanın tarazlığı əks tərəfə
yönəlir, yəni göstərilən şəraitdə reaksiya PNF-azanın təsiri ilə
ribonukleoziddifosfatların polikondensasiyası istiqamətində deyil,
RNT-nin fosforolizi istiqamətində gedir. Bundan əlavə, PNF-
azanın iştirakı ilə sintez edilən RNT-nin birincili quruluşu ―səbəb-
kar‖ DNT-yə müvafiq gəlmir. Bunları nəzərə alaraq, güman
etmək olar ki, PNF-azanın əsas bioloji funksyası hüceyrələrdə
lazım gəlməyən RNT molekullarını fosfat turşusu iştirakı
ilə ribo-
nukleoziddifosfatlara çevirməkdən ibarətdir.
RNT-sintetaza fermenti tərkibində RNT olan faqlarla
yoluxmuş mikroorqanizmlərdə, həmçinin belə viruslarla yolux-
muş bitki və heyvan hüceyrələrində tapılmışdır. Bu fermentin
təsiri ilə nukleozidtrifosfatlardan RNT molekulları sintez edilir.
Lakin RNT-sintetazanın RNT-polimerazadan əsas fərqi bundan
ibarətdir ki, onun fəaliyyəti üçün mühitdə DNT molekullarının
olması vacib deyil. Bu fermentin təsiri ilə hüceyrələrdə, onların
yoluxduğu virus və faqlar üçün xarakterik olan RNT molekulları
sintez edilir. Bu zaman virus və faqların spesifik RNT-si yeni
sintez olunan RNT üçün matrisa vəzifəsini daşıyır.
RNT-polimerazadan ən yaxşı öyrənilən bağırsaq şöplərin-
də rast gəlinən molekul kütləsi 487000 Da olan, beş substratdan
təşkil olunmuş fermentdir (prokariot). Bu fermentin ―-in vivo-‖
köməyi ilə hüceyrə nüvəsində müxtəlif m RNT, n RNT və r RNT-
si sintez olunur.
1970-ci illərdə xərçəng hüceyrələrinin onkogen virusların-
265
da RNT matrisasında DNT-in sintezini kataliz edən ferment
müəyyən olunmuşdur. Bu ferment RNT-dən asılı olan (bağlı olan)
DNT-polimeraza adlandırıldı. Onu həmçinin tərsinə (geridönən)
transkripsiya – refertaza prosesi adlandırırlar. Refertaza gen
mühəndisliyində geniş istifadə edilir. Bu fermentin köməyi ilə
m RNT-si bir sıra gen və zülalların sintezini təşkil edir. Refertaza
reaksiyaları vasitəsilə normal sağlam hüceyrənin xərçəng hüceyrə-
sinə necə çevrilməsi öyrənilir.
DNT-in və RNT-in sintezi artıq sonuncu 40 ildə daha da
dərindən öyrənilməyə başlanmışdır. Artıq bu çoxmərhələli sintez
proseslərinin bir çox fermentləri məlumdur. Bu mərhələlərin
mexanizminin detallarının açılması gələcəkdə bir çox xəstəliklərin
əmələ gəlməsi səbəblərini müəyyən edəcəkdir və insanların orqa-
nizminin qocalmasının qarşısı alınacaqdır.
9.3 Nuklein turşuları mübadiləsinin
pozğunluqları
İnsan və heyvanlarda rast gəlinən bir sıra xəstəliklər
nuklein turşularının və nukleoproteidlərin mübadiləsinin pozulma-
ları ilə müşayiət olunur. Hazırda xromosomların sayının (Daun,
Şereşevski-Terner, Kleynfelter xəstəlikləri və s.) və bəzi ferment-
lərin aktivliyinin (katalaza, oksidazalar, fosfatazalar və s.) dəyiş-
məsi nəticəsində əmələ gələn müxtəlif irsi xəstəliklər məlumdur.
Bu xəstəliklərin hamısı nukleoproteidlərin zülal mübadiləsinə
rəhbərlik edən ayrı-ayrı şöbələrində (genlərdə)
baş vermiş dəyişik-
liklərin nəticəsi kimi meydana çıxır.
Purin və pirmidin mübadiləsinin irsi pozulmaları nəticəsin-