N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə71/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   67   68   69   70   71   72   73   74   ...   107

266 
 
də podaqra, ksantinuriya və orot turşusunun sidiklə ifraz edilməsi 
ilə müşayiət olunan xəstəlik halları təzahür edə bilər. Ksantinuriya 
xəstəliyində  sidiyin  tərkibində  çoxlu  miqdarda ksantin olur; sidik 
turşusunun  miqdarı  isə  normaya  nisbətən  azalır.  Nadir  təsadüf 
edilən  bu  xəstəliyin  səbəbi,  orqanizmdə  ksantini  oksidləşdirərək, 
sidik  turşusuna  çevirən  ksantinoksidaza  fermentinin  çatışmama-
sıdır. Toxumalarda orotidilpirofosforilaza  və ya orotidildekarbok-
silaza fermenti çatışmadıqda orot turşusunun orotidil, yaxud uridil 
turşusuna  çevrilməsi  prosesi  ləngiyir.  Bunun  nəticəsində  sidiklə 
çoxlu  miqdarda  orot  turşusu  ifraz  edilir.  Bu  xəstəlik  anemiya  ilə 
müşayiət olunur.  
P  o  d  a  q  r  a    (yunanca  podus  –  ayaq  və  agrios  –  sərt) 
nuklein  turşularının  mübadilə  pozulmaları  ilə  xarakterizə  olunan 
xəstəliklərin ən geniş yayılmış növüdür. Podaqra xəstəliyinə tutul-
muş şəxslərin qanında sidik turşusunun miqdarı artır (hiperurike-
miya). Sağlam şəxslərin qanında 2 – 4 mq%-ə qədər sidik turşusu 
olduğu halda, podaqra zamanı onun miqdarı 6 mq% və daha artıq 
ola  bilər.  Sidik  turşusu  və  onun  duzları  (uratlar)  pis  həll  olan 
maddələrdir.  Buna  görə  də, qanda belə  maddələrin  artması, onla-
rın  toxumalar  çökməsi  ilə  müşayiət  olunur.  Podaqra  xəstəliyi 
zamanı  qığırdaqlarda,  vətər  yataqlarına,  oynaq  kisələrinə,  bəzən 
isə  böyrəklərə, dəriyə  və  əzələlərə  sidik turşusu  kristalları  yığılır. 
Sidik  turşusunun  ayaq  və  əl  barmaqlarının  (xüsusən,  ayağın  baş 
barmağının)  oynaq  qığırdaqlarına  və  qulaq  sırğalığına  yığılması 
podaqra üçün səciyyəvi haldır. Sidik turşusunun yığılması və onun 
yığıldığı  nahiyənin  iltihablaşması  nəticəsində  xəstələrin  oynaq-
larında podaqra düyünləri əmələ gəlir. Bu oynaqların quruluşunun 
və  funksyasının  pozulmasına  səbəb  olur.  Podaqra  xəstəliyi  üçün 
oynaqlarda vaxtaşırı baş verən kəskin ağrı tutmaları xarakterikdir. 
Adətən,  bu  ağrılar  bədən  teperaturunun  yüksəlməsi  ilə  müşayiət 


267 
 
olunur və 3 günə qədər davam edir. Podaqra zamanı daxili üzvlər 
arasında  ən  çox  böyrəklər,  damarlar  və  ürək  (skleroz  şəklində) 
zədələnir.  
Podaqra  xəstəliyinin  əmələ  gəlməsində  irsi  amillərin  rolu 
olduğu  güman  edilir.  Orqanizmdə  sidik  turşusunun  sintezinin 
sürətlənməsinə  və  onun  böyrəklərlə  xaric  olmasının  azalmasına 
səbəb  olan  irsi  amillər  podaqra  xəstəliyinin  əmələ  gəlməsi  ilə 
nəticələnir. Podaqra zamanı orqanizmdə  sidik turşusunun  sintezi-
nin sürətlənməsi təcrübələrlə isbat olunmuşdur. Xəstəliyin tutma-
ları  zamanı  sidik  turşusunun  böyrəklərlə  xaric  edilməsi  azalır  və 
tutmadan sonrakı dövrdə böyrəklərin bu funksyası  yenidən bərpa 
edilir.  Podaqranın  əmələ  gəlməsində  qəbul  edilən  qidanın 
keysiyyətinin  də  rolu  vardır.  Purin  nukleotidləri  ilə  zəngin  olan 
qida  maddələrinin  (məsələn,  ətli  qiad  məhsullarının)  həddindən 
artıq qəbul edilməsi orqanizmdə çoxlu miqdarda sidik turşusunun 
yığılması üçün əlverişli şərait yaradır.  
 
 
Mövzuya aid suallar
 
 
1. NT-in parçalanmasının əsas mərhələlərini və bu proses-
də iştira edən əsas fermentlərin fəaliyyətini xarakterizə edin. 
2.  Nukleozidfosfatların  biosintezini  aydınlaşdırın  və  əsas 
fermentlərini göstərin. 
3.  Komplementarlıq  prinsipi  əsasında  DNT  və  RNT-in 
hüceyrədə biosintezini aydınlaşdırın. 
4.  Purin  və  pirimidin  əsaslarının  parçalanma  məhsullarını 
sadalayın. 


268 
 
5.  DNT-in  sintezi  prosesində  (replikasiya)  iştirak  edən 
fermentləri və zülal faktorlarını göstərin. 
6.  RNT-in  sintezi  prosesini  (transkripsiya)  –  xarakterizə 
edin. 
7.  Purin  və  pirimidin  əsaslarının  biosintezində  karbon  və 
azot atomları hansı maddələrdən keçir? Onları göstərin. 
8.  NT-in  orqanizmdə  parçalanmasının  son  məhsullarını 
sadalayın. 
9.  Transkripsiya  təsiri  transkripsiya  prosesindən  nə  ilə 
fərqlənir? 
10.  Refertaza  reaksiyalarının  gen  mühəndisliyində  və 
biotexnologiyada rolunu aydınlaşdırın. 
 
  
 
 


269 
 
X FƏSİL 
 
10 ZÜLALLARIN MÜBADİLƏSİ 
 
Zülal  mübadiləsi  canlı  orqanizm  ilə  ətraf  mühit  arasında 
maddələr mübadiləsinin ən aparıcı və mürəkkəb prosesidir. Zülali 
maddələr  fiziki-kimyəvi  və  bioloji  xassələrinə  görə  canlının  əsas 
həyat  amilidir.  Hüceyrə,  toxuma  və  orqanların  əsas  struktur 
elementidir.  Canlı  orqanizmlərdə  gedən  bütün  kimyəvi  proseslər 
zülal-ferment  komplekslərinin  köməyi  ilə  başa  çatır.  Buna  görə 
bütün canlı aləmdə baş verən maddələr mübadiləsi zülali maddə-
lərin varlığına bağlıdır. 
Zülallar  insan  və  heyvan  orqanizminə  müxtəlif  zülal 
tərkibl  ilə  fərqlənən  qida  vasitəsi  ilə  daxil  olur.  Orqanizmə  daxil 
olan  qidaların  tərkibində  zülallarla  zəngin  olan  (ət,  balıq,  şor, 
pendir,  yumurta,  noxud,  lobya,  soya  və  s.)  və  az  olan  (meyvə, 
tərəvəz) ərzaqlar olur.  
 
 
10.1 Zülal və aminturşuların parçalanması 
 
İnsan  və  heyvan  orqanzimində  zülallar  da  daimi  katabo-
lizmi (dissimlyasiyası) həzmlə başlayır. Həzm prosesində zülallar 
fermentlərin (hidrolazaların) təsirilə parçalanır. Zülalların mədədə 
turş  mühitdə  mədə  şirəsinin  təsiri  ilə  natamam  hidrolizə  uğrayır. 
Mədədə turş mühitdə zülallar əsasən pepsinin təsirindən albumoz 
və  peptonlara  parçalanır.  Bu  prosesdə  bir  neçə  peptid  rabitəsi 
qırılır.  Bağırsaqlarda  isə  albumoz  və  peptonlar  tripsin,  ximotrip-
sin, pepsin, karboksilpeptidaza, dipeptidazanın iştirakı ilə amintur-
şularına ayrılır. Adları çəkilən fermentlər bağırsaq möhtəviyyatın-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə