278
çevrilir. Alınan sitrullin yenidən bir molekul ammonyakla reduk-
siyaya girib argininin əmələ gətirir. Arginin isə arginaza fermen-
tinin təsiri ilə parçalanıb sidik cövhəri və ornitinə çevrilir. Ornitin
karbon qazı və ammonyakla reaksiyaya girməklə sidik cövhərinin
sintezində iştirakını davam etdirir.
Beləliklə sikl davam edir, bu
proses ―ornitin dövranı‖ adlanır.
Sidik cövhərinin sintezi yalnız aerob şəraitdə baş verir,
onun sintezinə sərf olunan enerji ATF molekullarından alınır.
Sidik cövhərinin aralıq mərhələlərini Krebs sikli tam aydınlaş-
dırmır. Kogen və Ratver tərəfindən yaradılan müsir nəzəriyyə
ornitin dövranının aralıq mərhələlərini aşağıdakı kimi izah edir.
Birinci mərhələdə ammonyak və karbon qazı karbomilfos-
fat-sintetaza (karbamatkinaza) fermentinin iştirakı ilə ATF ilə
reaksiyaya girərək, karbomilfosfat əmələ gətirir.
279
Karbamilfosfat, ornitin-karbamid-transferaza fermentinin
təsiri altında ornitinlə reaksiyaya girir və yeni aminturşu sitrullin
əmələ gəlir.
İkinci mərhələdə əvvəlcə sitrullin asparagin turşusu ilə
kondensasiya olunaraq ATF və arginin-suksinat-sintetaza fermen-
tinin iştirakı ilə arginin kəhrəba turşusuna çevrilir. Sonuncu isə
arginin-suksinatliaza fermentinin təsiri altında argininə və fumar
turşusuna parçalanır. Arginin isə arginaza fermentinin təsiri ilə
hidroliz olunaraq sidik cövhərinə və ornitinə çevrilir.
Toxumalarda əmələ gələn ammonyakın əsas hissəsi sidik
cövhərinin sintezinə sərf edilməklə zərərsiz hala düşür. Lakin
ammonyakın zərərsizləşdirilməsinin başqa yolları da məlumdur.
Ammonyakın bir hissəsi asparagin və qlütamin turşularının
karboksil qrupunun biri ilə birləşərək qlütamin və asparagin
turşularının amidlərini (qlütamin və asparagin) əmələ gətirərək
zərərsiz hala keçir.
COOH O
│
Qlütamin-
C
(CH
2
)
2
+ ATF + NH
3
sintetaza
│ NH
2
(CH
2
)
2
+ ADF + H
3
PO
4
+ H
2
O
HC─NH
2
│ HC─NH
2
COOH │
COOH
Qlütamin turşusu Qlütamin
O O
NH
3
+ CO
2
+ 2ATF → H
2
N─C ║
O~P──OH + 2ADF + H
3
PO
4
│
OH
Karbamilfosfat
280
Asparagin də bu yolla əmələ gəlir.
Ammonyakın zərərsizləşdirilməsinin bu üsuluna müxtəlif
toxumalarda (beyin, gözün torlu qişası, böyrəklər, qaraciyər, əzə-
lələr) təsadüf olunur.
Əmələ gələn qlütamin və asparagin azot mübadiləsinin son
məhsulu deyildir. Onların əmələ gəlməsinə ammonyakın müvəq-
qəti olaraq birləşdirilməsi və zərərsizləşdirilməsi kimi baxmaq
olar. Bu maddələrin orqanizm üçün böyük əhəmiyyəti vardır.
Yenidən qlütamin və asparagin qlütaminaza və asparaginaza
fermentlərinin (əsasən beyində, qaraciyərdə, böyrəklərdə olur)
təsiri ilə hidroliz olunaraq qlütamin
turşusuna, asparagin turşusuna
və ammonyaka çevrilirlər.
Qlütaminoza və asparaginaza fermentlərinin aktivliyi
böyrəklərdə nisbətən yüksək olur. Bu fermentlərin təsiri ilə sonun-
cu reaksiyadan əmələ gələn ammonyak orqanizmdə mübadilə
proseslərində əmələ gələn turş xassəli məhsullarda birləşərək həll
olan ammonium duzları şəklində böyrəklər vasitəsilə sidiklə xaric
olur. Bu bəzi kationların (Na
+
, K
+
, Ca
2+
, Mg
2+
) sidiklə ifrazının
O
O
C C
│ NH
2
│ NH
2
CH
2
CH
2
│ + H
2
O
oza
Qlütamin
│ + NH
3
CH
2
CH
2
│ │
CH─NH
2
CH─NH
2
│ │
COOH
COOH
Qlütamin Qlütamin
turşusu