281
azalmasına və orqanzimin qələvi ehtiyatının mühafizə olunmasına
imkan verir.
Qlütamin və asparagin isə zülallarla nuklein turşularının
mübadiləsi arasında əlaqə yaradır.
Orqanizmdə müxtəlif aminturşuların aminləşməsi və ya
transaminləşməsi məhsulları olan α ketoturşular ya oksidləşmə
yolu ilə CO
2
və H
2
O-ya çevrilir ya da müxtəlif biosintez
proseslərinə sərf edilir. α-ketoturşular oksidləşdirici karboksilsiz-
ləşmə yolu ilə üzvi turşulara çevrilir.
Əmələ gələn üzvi turşular β oksidləşmə yolu ilə parçalana-
raq sirkə turşusuna o da öz növbəsində CO
2
və suya parçalanır.
Aminturşu molekullarının azotsuz hissələri karbohidrat və yağla-
rın biosintezində də iştirak edə bilir. Aclıq halı keçirən bəzi
heyvanlar üzərində (diabet xəstəliyi olan heyvanlar) aparılan
təcrübələr nəticəsində müəyyən olunmuşdur ki, bəzi aminturşular
qlikonegenezi (aminturşulardan karbohidratların sintezini) sürət-
ləndirir və qaraciyərdə qlikogenin miqdarını artırır. Aminturşu-
ların digər qrupu isə orqanizmdə keton cisimlərin əmələ gəlməsini
sürətləndirir. Bu xüsusiyyətlərinə əsaslanaraq aminturşular iki
qrupa bölünür. Birincilər qlikonegenezi sürətləndirir-qlikoplastik,
ketogenezi sürətləndirənlər isə-ketoplastik aminturşular adlanır.
Aminturşulardan qlisin, alanin, serin, treonin, valin qlütamin və
asparagin turşuları, histidin, arginin, prolin-
qlikoplastik, leysin
tirozin və fenilalanin isə-
lipoplastik xassəyə malikdir. İzoleysin və
hidroksiprolin zəif şəkildə hər iki xassə göstərir.
R─CH
2
─C─COOH
2
2
1
O
R─CH
2
─COOH
║ ─CO
2
O
α-ketoturşu üzvi turşu
282
Aminturşuların qlükoplastik və ketoplastik xassələr göstər-
məsi, onların tərkibində olan funksional qruplardan və onların
miqdarından asılı olaraq dəyişir.
10.2 Aminturşuların biosintezi
Aminturşular əvvəlcə bitkilərdə qeyri-üzvi maddələrdən
sintez olunur. Bitki hüceyrələrində aminturşuların sintezi üçün
ilkin material kimi ammonyakdan nitrat turşusunun duzlarından
və xloroplastlarda fotosintez yolu ilə sintez edilən karbohidratlar-
dan istifadə edilir. Heyvani toxumalarda aminturşuların bir qismi
sintez olunur (əvəzedilən aminturşular). Bir hissəsi isə orqani-
zmdə sintez olunmur (əvəzedilməyən aminturşular).
Aminturşuların ilk sintezi ketoturşuların reduksiya olun-
maqla aminləşmə yolu ilə və doymamış turşuların birbaşa amin-
ləşməsi ilə baş verir.
Doymamış turşuların birbaşa aminləşməsi – bitkilər və
bakteriyalar üçün xarakterikdir.
Reduksiya olunmaqla aminləşmə və oksidləşməklə amin-
sizləşmə proseslərində aminturşuların sintez proseslərinin başlıca
yollarıdır. Bunlar aşağıdakı reaksiyalarla baş verir.
COOH
COOH
│ │
CH + NH
3
Aspartat: ammiak-liaza
CH−NH
2
║ │
CH CH
2
│ │
COOH COOH
Fumar Asparagin
Turşusu turşusu
283
1) Ketoturşulara ammonyakın birbaşa birləşməsi nəticə-
sində iminturşuların alınması.
Piroüzüm turşusunun alanindehidrogenaza fermentinin
iştirakı ilə ammonyakın birləşməsi aşğıdakı reaksiya vasitəsilə baş
verir və nəticədə iminpropion turşusu alınır.
2) İminturşuların reduksiya olunmaqla aminturşulara
çevrilməsi.
Aminturşularını sintez etmə səviyyələrinə görə bitki və
heyvan orqanizmi bir-birindən fərqlənirlər. Bitki orqanizmində
100-dən çox aminturşu molekulu sintez olunur. Onların bir hissəsi
təbii zülalların tərkibində rast gəlinir. Çox hissəsi isə nadir halda
rast gəlinir və özlərinə məxsus quruluşdadırlar ya sərbəst halda, ya
da digər bioüzvi maddələrin tərkibində olurlar.
Bitki orqanizmində ketoturşuların reduksiya olunmaqla və
birbaşa aminləşmə reaksiyası geniş yer tutur və bitkilər üçün
xarakterikdir. Heyvan orqanizmində isə müvafiq ketoturşuların
birbaşa aminləşmə reaksiyası üstünlük təşkil edir. Məsələn, qlüta-
min turşusundan asparagin turşusunun sintezi aşağıdakı kimidir.
CH
3
CH
3
│
Alanindehidrogenaza
│
C=O + NH
3
+ NADN + H
+
CH−NH
2
+ NAD
+
│ │
COOH
COOH
Alanin
CH
3
CH
3
│ │
C=O + NH
3
Alanindehidrogenaza
C=NH + H
2
O
│ │
COOH
COOH
Piroüzüm İminpropion
turşusu turşusu