N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   59   60   61   62   63   64   65   66   ...   107

237 
 
Mitoxondriyaların 65 – 70%-ni zülallar, 25 – 30%-ni lipid-
lər  və  0,5%-ni  RNT  təşkil  edir.  Zülalların  yarıya  qədəri  daxili 
membrandakı  tənəffüs  fermentləri  və  s.-dən  ibarətdir.  Matriksin 
də 50%-i zülaldır.  
Tənəffüs prosesinin gedişində fosforlu birləşmələr mühüm 
rol oynayır. Toxumalarda maddələrin oksidləşməsi (aerob fazada 
da) qeyri-üzvi fosfatların iştirakı ilə gedir. Bu səbəbdən oksidləş-
mə  zamanı  qeyri-üzvi  fosfatların  miqdarı  azalır.  Odur  ki,  bu  iki 
proses (oksidləşmə və fosforlaşma) qarşılıqlı əlaqədar olduğundan 
oksidləşməklə  fosforlaşma  adlanır.  Bu  məsələ  ilk  dəfə  V.  A. 
Engelhardt, Kalkar, V. A. Belitser, E. T. Sıbakova (1930  – 41-ci  
illərdə),  S  Oçoa  tərəfindən  müəyyənləşdirilmiş,  sonralar  isə        
A. Lenincer, P. Mitçel, V. Skulaçev, Kennedi, Lumis, Lipman və 
başqaları tərəfindən də öyrənilmişdir.  
Oksidləşməklə 
fosforlaşmanın  mexanizmi:  kimyəvi        
(F.  Lipman,  Sleyter  1946),  mexaniki-kimyəvi  (Bayer,  1964)  və 
kimyəvi-osmotik  (P.  Mitçel,  1961;  V.  Skulaçev,  1972)  kimi  bir  
sıra nəzəriyyələrlə izah olunur.  
Kimyəvi  nəzəriyyəyə  görə  oksidləşmə  və  fosforlaşmanın 
əlaqələnməsi,  ADF-in  makroergik  rabitəli  qeyri-üzvi  fosfatla 
birləşib  ATF-i  əmələ  gətirməsi  xüsusi  ötürücülərlə  (NAD,  ubixi-
non, E və K vitaminləri, kariozin, ADF-in adenil hissəsi, amintur-
şularının imidazol radikalları və s.) icra olunur. Sonuncular oksid-
ləşən  maddələrlə  (substratla)  makroergik  rabitəli  arabirləşmələr 
(yüksək enerjili komplekslər: U ~ B; X ~ U; X ~ P) əmələ gətirir. 
Lakin bunlar ayrılaraq, varlığı sübut edilməmişdir. 
Mexaniki-kimyəvi  (və  ya  konformasiya)  nəzəriyyə  tərəf-
darları  güman  edir  ki,  oksidləşmə  və  fosforlaşmanın  qarşılıqlı 
əlaqəsi  oksidləşmə  enerjisi  hesabına  fermentlərin  konformasiya 
dəyişiklikləri  ilə  yaranır,  yüksək  enerjili  rabitə  (məsələn,  tioefir 


238 
 
rabitəsi)  ADF-ə  köçürülür,  ATF-in  sintezinə  istifadə  olunur.  Bu 
fikri sübut edən dəlil hələlik yoxdur.  
Kimyəvi
-
osmotik nəzəriyyə tərəfdarlarının fikirincə hücey
-
 
rə  tənəffüsü  ilə  fosforlaşmanın  əlaqələnməsi  mitoxondriyaların 
xarici  membranında  gedir.  Bu  zaman  oksidləşmənin  kimyəvi 
enerjisi elektrokimyəvi potensiallar enerjisinə çevrilir. AH
2
 dono-
runun oksidləşməsi ilə proton və donorlar yaranır. Protonlar mem-
branın səthində qalır, elektronlar isə membranın  daxili səthində - 
akseptorlarla  (məsələn,  oksigenə)  keçir.  Xarici  membran  müsbət, 
daxili  membran  mənfi  yüklənir,  akseptor  isə  reduksiyalaşır. 
Akseptor  oksigendirsə,  daxili  mühitin  hidrogen  ionları  ilə  qarşı-
lıqlı təsir nəticəsində su əmələ gətirir. Xarici və daxili membranlar 
arasında  elektrik  sahəsi  yaranır  və  makroergik  vasitəçinin  əmələ 
gəlməsinə  səbəb  olur.  Sonra  onun  makroergik  rabitəsi  ADF-ə 
köçürülür, ATF əmələ gəlir.  
Hazırda kimyəvi-osmotik nəzəriyyə oksidləşməklə fosfor- 
laşmanın mexanizmini izah edən əsas konsepsiya sayılır.  
Oksidləşməklə  fosforlaşma  Krebs  sikli  üzrə  maddələrin 
oksidləşməsi zamanı ADF-dən ATF-in əmələ gəlməsi üçün qram-
molla  istifadə  edilən  qeyri-üzvi  fosforla  lazım  olan  oksigenin 
q/atomla miqdarının nisbəti (P : O) ilə təyin edilir. Buna  o k s i d- 
l ə ş m ə k l ə  f o s f o r l a ş m a əmsalı deyilir. V. Belitserə görə 
bunun qiyməti orta hesabla 3-ə bərabərdir. Oksidləşməklə fosfor-
laşmada əsas əhəmiyyətə malik olan adenozintrifosfat turşusunun 
(ATF)  əmələ  gəlməsidir.  Maddələr  (karbohidratlar,  qliserin,  yağ 
turşuları  və  s.)  oksidləşdikdə  ATF  ADF-in  fosforlaşması  nəticə-
sində  əmələ  gəlir.  Bunu,  yəni  qarşılıqlı  oksidləşməklə  fosforlaş-
manı aşağıdakı ümumi tənliklə göstərmək olar:  
 
 
 
AH
2
 + B + ADF + H
3
PO
4
  ↔  A + BH
2
 + ATF 
 


239 
 
 
 
Oksidləşən  maddələr  (AH
2
)  hidrogeni,  yaxud  elektron  və 
protonları köçürməklə, özlərindən enerji ayırır. Bu enerjinin hesa-
bına  adenil  turşuları:  adinozinmonofosfat  (AMF)  və  adenozindi-
fosfat  (ADF)  qeyri-üzvi  fosfatla  fosforlaşaraq,  adenozintrifosfata 
(ATF) çevrilir və həmin enerjini özündə saxlayır. Adenil turşuları-
na  birləşən  hər  bir  qrammolekul  fosfat  turşusu  ilə  8  kkal  (və  ya 
33,5  kCoul)  enerji  ötürülür.  Bir  qrammolekul  hidrogen  oksidləş-
dikdə  3  qrammolekul  ATF  əmələ  gəlir  ki,  onda  da  24  kkalori 
enerji  toplanır.  Lakin  hidrogen  molekulu  suya  qədər  oksidləş-
dikdə  57  kkalori  enerji  ayrılır.  Bunun  isə  24  kkalorisi  ATF-ə 
köçürülür.  Deməli,  oksidləşməklə  fosforlaşma  zamanı  ayrılan 
enerjinin təxminən 44%-i ehtiyat şəklində ATF-də toplanır. 
Hüceyrədə  bir  qrammolekul  qlükozanın  parçalanması 
nəticəsində  2  qrammolekul  piroüzüm  turşusu  əmələ  gəlir.  Piroü-


240 
 
züm turşusu isə karbon qazı və suya parçalanır. Bu zaman müəy-
yən  miqdarda  enerji  ayrılaraq  ATF-də  toplanır.  Bir  qrammolekul 
qlükozanın parçalanması ilə əlaqədar olaraq anaerob mübadilədə 8 
qrammolekul  ATF,  aerob  mübadilədə  isə  28  qram-molekul  ATF 
əmələ gəlir. Bu birləşmələrin əmələ gəlməsi üçün müəyyən miq-
darda enerji sərf olunur. Aerob fazada ATF-in əmələ gəlməsinə 96 
kkalori (8x12) və aerob mübadilədə isə 336 kkalori (28x12) enerji 
sərf olunur. Bir qrammolekul heksozanın oksidləşməsi nəticəsində 
686  kkalori  enerji  (140  kkalori  anaerob  oksidləşmədə  və  546 
kkalori  aerob  şəraitdə)  ayrılır.  Deməli,  ATF-in  əmələ  gəlməsinə 
anaerob fazada 69% (96x100:140) və aerob fazada (336x100:546) 
61% enerji sərf edilir. Beləliklə, 432 (96+336) kkalori enerji ATF-
də  toplanır.  Qalanı  yəni,  254  kkalori  (686  –  432)  istilik  şəklində 
ayrılır.  Bu  da  mitoxondriyaların  xarici  təbəqələrindəki  oksidləş-
dirici  ferment  sistemlərinin  fəaliyyəti  ilə  əlaqədardır.  Sonun-
cuların iştirakı ilə oksidləşmə zamanı aralıq məhsullar əmələ gəlir 
və bu zaman ayrılan enerji ATF-də toplanmayıb, istilik kimi çıxır. 
Bundan  və  ATF-də  toplanan  enerjidən  hüceyrələrin  həyatı  üçün 
istifadə edilir. Beləliklə, karbohidratların oksidləşməsi nəticəsində 
ayrılan enerjinin 60%-dən çoxu ATF-də toplanır. Karbohidratların 
oksidləşməsi  eyni  zamanda  pentozafosfat  sikli  üzrə  qaraciyərdə, 
nisbətən az miokardda və skelet əzələlərində gedir. Bu növ oksid-
ləşmədə də qlükoza – 6 – fosfat-dan 36 – molekul adenozintrifos-
fat  əmələ  gəlir.  Deməli,  burada  da  yuxarıda  göstərilən  miqdarda 
enerji ayrılır və istifadə olunur.  
Toxumalarda,  xüsusilə  boz  yağ  toxumasında  oksidləşmə 
fosforlaşmasız da gedir. Buna səbəb (və ya fosforlaşmasız) t o x u
-
 
m a  t ə n ə f f ü s ü deyilir. Bu zaman, yalnız tənəffüs zənciri fəa-
liyyət göstərir və elektronların köçürülməsi ilə istilik enerjisi ayrı- 
lır. Sonuncu temperaturun normal saxlanmasına və maddələr mü- 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə