N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   53   54   55   56   57   58   59   60   ...   107

218 
 
Pankreas  şirəsinin  əsas  fermenti  tripsindir.  Bu  ilk  dəfə     
A.  Y.  Danilevski  tərəfindən  ayrılmışdır.  Tripsinogen  qeyri-fəal  
formada  əmələ  gəlir.  Bağırsaq  şirəsindəki  enterokinazanın  təsiri 
ilə  fəallaşaraq  tripsinə  çevrilir.  Tripsin  tipik  qlobulindir.  Mühitin 
pH-ı 8 – 9 olduqda, hətta neytral və zəif turş mühitdə də fəal olur. 
Bu  ferment  peptidlərdə  lizin  və  arginin  karboksil  qrupları  hesa-
bına  yaranmış  peptid,  amid  və  efir  rabitələrini  hidroliz  edir.  Efir 
və  amid  rabitələri,  peptid  rabitəsinə  nisbətən  sürətlə  parçalanır. 
Tripsin peptid rabitəsinin təxminən 30%-ni parçalayır. Bu fermen-
tin  təsiri  ilə  zülallar  polipeptidlərə  və  qismən  aminturşularına 
hidroliz olunur.  
Ximotripsin  qeyri-fəal  ximotripsinogen  şəklindədir.  Bu 
ferment az miqdarda tripsinin təsirindən fəallaşır.  
Ximotripsin üç formada: alfa-, betta-, qamma- ximotripsin 
şəklində olur. Bu ferment pepsin və tripsinin təsirindən parçalan-
mış  zülalları  peptidlərə  və  sərbəst  aminturşularına  qədər  hidroliz 
edir. Ximotripsində tripsin kimi efir və amid rabitələrini də parça-
layır, lakin tripsinə nisbətən az fəaldır. Mühitin pH-ı 7 – 9 olduqda 
fəallaşır.  
Elastaza  ferment  kompleksi  olub,  elastini,  kollageni  və 
mukoproteidləri  parçalayır.  Bu  ferment  kompleksi  mühitin  pH-ı 
7,4 – 8,7 olduqda fəaldır.  
Karboksipeptidaza qlobulin təbiətli maddə olub, tipik pep-
tidazadır.  Polipeptidləri  sərbəst  karboksil  qrupu  tərəfindən  amin 
turşularına parçalayır.  
Dipeptidaza dipeptidləri sərbəst aminturşularına ayırır.  
Protaminaza yalnız protaminləri hidroliz edir.  
Nukleazalar (və ya polinukleotidazalar) nuklein turşularını 
mononukleotidlərə: ribomukleotidlərə və dezoksiribonukleotidlərə 
qədər parçalayır.  


219 
 
Lipaza  yağların  hidrolizini  sürətləndirən  fermentdir. 
Bunun  fəallığını  öd,  sistein,  tioqlikol  turşusu  və  kalsium  duzları 
artırır. Bu ferment ph 8 olduqda fəal olur.  
Amilaza  mürəkkəb  karbohidratların  (nişasta,  qlikogen  və 
dekstrinlərin) maltozaya kimi parçalanmasını sürətləndirir. Bu çox 
fəal fermentdir, pH 7 olduqda qüvvətli təsir göstərir, öd fəallığını 
artırır.  
Maltaza  amilazanın  təsirindən  əmələ  gəlmiş  maltozanı 
qlükozaya qədər parçalayır. Laktaza  əsas etibarilə cavan heyvan-
larda süd şəkərini qlükozaya və qalaktozaya parçalyır.  
İnvertaza  isə  saxarozanı  qlükoza  və  fruktozaya  qədər 
hidroliz edir.  
Bağırsaq  həzmində  qaraciyərin  sekresiyası  olan  ödün  də 
rolu böyükdür. Sutkada diri çəkisinin hər kiloqramına at 10 – 12 
ml,  qaramal  5  –  15  ml, qoyun  20  –  40  ml,  donuz  36  –  56  ml  öd 
ifraz edir.  
Öd 2 cür olur. Qaraciyər  axarlarından alınan  ö d  q a r a- 
c i y ə r  ö d ü, öd kisəsininki isə  k i s ə  ö d ü adlanır. Bunların 
kimyəvi  tərkibi  eynidir,  yalnız  quru  maddənin  miqdarına  görə 
fərqlənir. Kisə ödündə quru maddə 9 – 20%, qaraciyər ödündə isə 
1 – 5% arasında dəyişir. Öd bulanlıq, qatı, müxtəlif rəngli, acı zəif 
iyli mayedir. Xüsusi çəkisi 1,02 – 1,04 arasında olur. Ödün quru 
qalınlığını öd piqmentləri (bilirubin, biliverdin), öd turşuları, mut-
sin, xolesterin, fosfatidlər (lesitin) və yağlar təşkil edir. Öddə sidik 
cövhəri,  sidik  turşusu,  purin  əsasları,  fermentlər  (amilaza,  prote-
aza,  lipaza),  sulfatlar,  xloridlər,  karbonatlar,  fosfatlar,  natrium, 
kalsium, kalium və maqneziumun duzları, karbon qazı, oksigen də 
vardır.  
Öd turşuları (xol, dezoksixol və litoxol turşuları) quruluşca  
xolesterinə yaxın olub, xolan turşusunun törəmələridir. Bunlar  öd
-
 


220 
 
          
   
CH

         │ 
───CH─CH

                  │ 
                  CH
2
 
                  │ 
                  CO    COOH 
                  │      │ 
                  NH─CH

 
HO─ 
OH 

   
 
Qlikoxol turşusu 
 
 
CH

 │ 
 CH─CH

 │      │ 
          CH
2
 
          │ 
          COOH 
                  
              
 
 
HO─ 
 
─OH 
 
OH 
│ 
 
Xol turşusu 
 
də qlikokol, taurin və s. maddələrlə cüt birləşmələr (qlikoxol, tau-
roxol,  qlikodezoksixol,  taurodezoksixol  turşuları)  şəklində  olur. 
İnsanda öd turşularının 70%-ə yaxınını qlikoxol, qalanını tauroxol 
turşuları təşkil edir.  
Müxtəlif heyvanların ödündə də ayrı-ayrı öd turşuları eyni 
miqdarda  olmur.  Qaramalın  ödündə  xol  turşusu  çox.  Dezoksixol 
turşusu az olur.   
Öd  turşuları  məhlulların  səthi  gərilməsini  azaldır,  yağları 
emulsiyalaşdırır,  onların  parçalanmasına  şərait  yaradır,  irimole-
kullu yağ turşuları ilə birləşərək, komplekslər əmələ gətirir, onları 
həll olan şəkilə keçirib asan sorulmasına şərait  yaradır. Öd turşu-
ları proteolitik fermentlərin zülallara təsirini də qüvvətləndirir. Öd 
daşlarının əmələ gəlməsi öddəki xolesterinin çökməsi ilə əlaqədar-
dır.  Bağırsaq  həzmində  nazik  bağırsağın  libergün  vəzilərində 
istehsal olunan şirədə iştirak edir.  
Bağırsaq  şırəsi  qələvi  reaksiyalı  (pH  8,2  –  8,7),  xüsusi 
çəkisi  1,005  –  1,015  olan  qatı  mayedir.  Onun  sutkalıq  miqdarı 
qoyunlarda 3 litrə çatır, qaramal və atda daha çoxdur.  
Bağırsaq şırəsi fermentlərlə zəngindir. Onlardan aminopo-
lipeptidaza, dipeptidaza, iminopeptidaza, prolinaza, arginaza, nuk-
leaza,  nukleotidaza,  nukleozidaza,  fosfataza,  lipaza,  lesitinaza 
(fosfolipaza), amilaza, invertaza, laktaza, maltaza və enterokinaza
-
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə