N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   51   52   53   54   55   56   57   58   ...   107

212 
 
Təcrid edilmiş orqanlar üsulu Klod Bernar tərəfindən təklif 
edilmişdir.  Bu  üsulla  mübadilə  proseslərini  öyrənmək  üçün  ayrı-
ayrı  orqanlar  bədəndən-orqanizmdən  təcrid  edilmiş  və  mübadilə 
prosesləri    həm  müəyyən  orqan  çıxarılmış  orqanizmdə,  həm  də 
çıxarılan orqanın özündə öyrənilir. Bu yollarla aparılan tədqiqatlar 
biri  digərini  tamamlayır.  Qanda  qlükozanın  miqdarının  sabit 
saxlanılmasında,  sidik  cövhərinin  əmələ  gəlməsində  qaraciyərin  
rolu İ. P. Pavlov, M. V. Nenski və Q. Embden tərəfindən bu üsulla 
müəyyən  edilmişdir.  Elektron  mikroskopiyası  üsullardan,  sürətli 
sentrifuqalardan,  polyaroqrafiya,  xromatoqrafiya,  elektroforez  və 
s.  ilə  birlikdə  hüceyrədə  (mitoxondriyalarda,  ribosomlarda, 
nüvədə və s.) maddələr mabadələsinin öyrənilməsində geniş istifa-
də olunur.  
Biopsiya  və  ya  orqanostomiya  üsulunda  ayrı-ayrı  orqan-
lardan  kəsiklər  götürülərək,  onlarda  maddələrin  kimyəvi  təhlili 
aparılır və ona əsasən də maddələr mübadiləsi öyrənilir. Bu məq-
sədlə  O.  Varburq  aparatından  və  s.  cihazlardan  istifadə  olunur. 
Hidrokimyəvi üsulda müayinələr histoloji kəsiklərdə aparılır.  
Maddələr mübadiləsini öyrənmək üçün fraksiyalarından və 
homogenatlardan da istifadə edilir. Bu üsul mübadilə proseslərinin 
lokalizasiyasının (yerləşməsini) müəyyənləşdirməyə  imkan verir. 
Zülalların  ribosomlarda  sintez  olunması  və  s.  bu  üsulla  öyrənil-
mişdir.  
Bütün bu üsullar maddələr mübadiləsini ətraflı öyrənməyə 
və  onu  istənilən  istiqamətdə  dəyişdirməyə,  heyvanların  məhsul-
darlığını  artırmaq,  onların  keyfiyyətini  yaxşılaşdırmaq,  xəstəlik-
lərinin qarşısını almaq yollarını müəyyən etməyə imkan verir.  
Maddələr  mübadiləsinin  tipi,  intensivliyi  bir  sıra  amillər-
dən:  heyvanın  növündən,  yaşından,  qidasından,  ilin  fəslindən, 
temperaturdan,  təzyiqdən  və  s-dən  asılıdır.  (Q.  E.  Vladimirov,     


213 
 
P. P. Radıkov, V. V. Kovalski, H. İ. Səfərov, Q. B. Xəlilov və b.). 
Mübadilə prosesinin gedişində sinir sisteminin və daxili sekresiya 
vəzlərinin nizamlayıcı  rolu da mühüm əhəmiyyətə malikdir. (İ. P. 
Pavlov, K. M. Bıkov, A. İ. Qarayev, H. İ. Səfərov, Q. B. Xəlilov 
və b.). Bütün bu məsələləri ətraflı öyrənməklə, maddələr mübadi-
ləsini  heyvandarlığın  inkişafına  şərait  yaradacaq  istiqamətə 
yönəltmək olar.  
 
 
8.2 Həzmin biokimyası. 
 
İnsan  və  heyvanların  qəbul  etdiyi  qida  və  onda  olan 
müxtəlif  maddələr  (zülallar,  yağlar,  karbohidratlar,  duzlar  və  s.) 
öz  tərkib  hissələrinə  həzm  orqanlarında  (ağız  boşluğu,  mədə, 
bağırsaqlar) parçalanır. Həzm orqanlarında qida müxtəlif şirələrin 
(tüpürcək, mədə şirəsi, bağırsaq şirəsi,öd və s.) və onlardakı mad-
dələrin (xüsusən fermentlərin), öd turşularının və s. təsiri ilə fiziki 
və  kimyəvi  dəyişikliyə  uğrayır.  Həzm  prosesində  zülallar  son 
məhsul  olaraq  aminturşularına,  karbohidratlar  monosaxaridlərə, 
yağlar  və  yağabənzər  maddələr  qliserinə,  yüksəkmolekullu  yağ 
turşularına,  fosfat  turşusuna,  azotlu  birləşmələrə  (xolinə,  kola-
minə, serinə və s.), nuklein turşuları purin və purimidin nukleotid-
lərinə, duzlar isə ionlara ayrılır. Bu bəsit birləşmələr həzm orqan-
larından  sorularaq  qana  keçir  və  qanda  bədənin  bütün  orqan  və 
toxumalarına aparılır.  
Qidanın  ilk  həzmi  ağız  boşluğunda  başlayır.  Qulaqdivi, 
çənəaltı  və dilaltı vəzlərinin şirələri olan tüpürcək ağız boşluğuna  
tökülür.   
Üzvi maddələrdən tüpürcəkdə musin, zərdab albumini və 


214 
 
qlobulininin izi, sidik cövhəri, fermentlərdən amilaza, maltaza və 
oksidaza olur. Tüpürcəyin özlülüyü musindən asılıdır.  
Tüpürcək amilazası (və ya ptialin) əsasən qulaqdibi vəzin-
də  istehsal  olunur.  Bu  ferment  neytral  mühitdə  (pH  6,8  -7,0) 
nişastanı  maltozaya  qədər  hidroliz  edir.  İnsanın  tüpürcək  amila-
zasına nizbətən heyvanlarınkı (donuzda 100 dəfə, qaramal və atda 
1400  dəfə)  çox  az  fəaldır.  Ona  görə  də  həzmdə  əhəmiyyəti  çox 
azdır.  
İnsanda gündə 1,5 l ağız suyu ifraz edilir. Bu da müxtəlif 
amillərdən  asılıdır.  Ağız  suyu  fermentlərinin  təsiri  çox  az  davam 
edir, çünki adi halda insanda qida ağız boşluğunda çox qısa müd-
dət 18-20 saniyə qalır. Bu müddətdən sonra udulur  və onun tərki-
bində  olan amilaza mədəyə düşür və HCl təsirindən inaktivləşir, 
lakin mədəyə düşən qida mədə şirəsi ilə tam islanana qədər onun 
daxili  qatlarında  karbohidratların  parşalanması  davam  edir.  Əgər 
çörəyi  uzun  müddət  ağızda  saxlasaq,  onun  dadı  şirinləşər.  Çünki 
bu zaman çörəyin tərkibində olan niçasta ağız suyunun tərkibində 
olan fermentlərin təsiri ilə qlukozaya qədər prçalana bilir. 
      


6
12
6
11
22
12
2
5
10
6
2
2
O
H
C
O
H
nC
O
nH
O
H
C
n
maltoza
amilaza
n

 


 


   
        
nişasta  
                                                        
maltoza 
                    
qlükoza 
 
Ağız  boşluğundan  sonra  mədə  həzmi  başlayır.  Bu  proses 
mədə şirəsinin təsiri ilə gedir.  
Mədə həzm kanalının genəlmiş hissəsidir. Mədəyə düşmüş 
qida orada bir neçə saat qalır və bu müddət ərzində mədə divarının 
yığılması  nəticəsində  mexaniki  təsirə  uğrayır  sürtülüb  xırdalanır 
və mədə şirəsi ilə qarışır. Mədə şirəsini mədənin selikli qişasında 
14 mln-a  yaxın  olan birhüceyrəli vəzilər ifraz edir. Bu vəzilər üç 
qrupa bölünür. Birinci ferment, ikinci xlorid turşusu, üçüncü qrup 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə