N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   47   48   49   50   51   52   53   54   ...   107

196 
 
kibinə 13 aminturşu qalığı daxil olan polipeptiddir. Onun moleku-
lunun  birinci  quruluşu  adrenokortikotrop  hormonunun  molekul 
zəncirinin  ilk  13  aminturşu  qalığından  ibarət  olan  hissəsi  ilə 
eynidir.  Lakin  α-melanotropin  molekulunun  N-terminal  hissə-
sində yerləşən serin aminturşusu sirkə turşusu qalığı ilə birləşmiş 
şəkildə olur, onun C-terminal hissəsində olan 13-cü aminturşu isə 
valin turşusunun amididir: 
 
CH
3
─CO─NH─Ser─Tir─Ser─Met─Qlu─His─Fen─Arg─ 
─Tri─Qli─Liz─Pro─Val─CO─NH

 
Üzərində tədqiqat aparılan heyvanların hamısının α-melano-
tropininlərinin  birinci  quruluşu  eynidir.  β-Melanotropinin  mole-
kul  quruluşu  α-melanotropinə  nisbətən  bir  qədər  mürəkkəbdir. 
Heyvanların əksəriyyətində bu hormonun molekuluna 18 amintur-
şu qalığı daxildir. İnsanlardan alınmış β-melanotropinin molekulu 
isə 22 aminturşu qalığından ibarətdir. 
 
H
2
N─Ala─Qlu─Liz─Liz─Asp─Qlu─Qli─Pro─Tir─Arg─Met─ 
─Qlu─His─Fen─Arg─Tri─Qli─Ser─Pro─Pro─Liz─Asp─OH 
 
Melanositstimuləedici hormon balıqların, suda-quruda yaşa-
yanların  və  sürünənlərin  dərilərində  olan  piqment  hüceyrələrinin 
miqdarını artırmaqla onların bədənlərinin rəngini dəyişir, məməli-
lərdə  isə  bu  hormonun  təsiri  nəticəsində  melanin  piqmentinin 
sintezi artır. Melanositstimuləedici hormon hipofizdən qana fasilə-
siz  surətdə  ifraz  edilir.  Gözün  torlu  qişasının  günəş  şüaları  ilə 
qıcıqlandırılması hormonun sekresiyasını sürətləndirir.  
7.8.9. Hipofizin arxa payının hormonları. Yuxarıda gös-
tərilmişdir ki, hipofizin arxa payının hormonları – vazopressin və 
oksitosin  hipotalamus  nüvələrindəki  neyrosekretor  hüceyrələrdə 
əmələ  gəlir və hipotalamo-hipofizar sistemi  sinir lifləri vasitəsilə 


197 
 
hipofizin  arxa  payına  gətirilir.  Burada  vazopressin  və  oksitosin 
neyrosekretor hüceyrələrin aksonlarının uclarında (Xerrinq cisim-
ciklərində)  toplanır.  Beləliklə,  hipofizin  arxa  payı  bu  hormonlar 
üçün  rezervuar  vəzifəsi  daşıyır.  Q.  Olivekronun  (1957)  məluma-
tına görə, vazopressin hipotalamusun supraotik, oksitosin isə para-
ventrikulyar nüvələrində əmələ gəlir.  
Vazopressin  və  oksitosin,  kimyəvi  tərkiblərinə  görə, 
nonapeptiddirlər. Onlar bir-birindən iki aminturşu qalığı ilə fərqlə-
nirlər. Belə ki, oksitosinin molekulunda leysin və izoleysin qalığı 
olduğu halda, vazopressinin molekul zəncirinin həmin aminturşu-
lara  müvafiq  gələn  hissəsində  arginin  və  fenilalanin  qalıqları 
yerləşir: 
 
 
 
 
 
 
 
 
 
 
Bu  hormonların  molekullarında  iki  sistein  qalığı  disulfid 
rabitəsi ilə birləşərək sistin aminturşusu əmələ gətirir.  
Dyu  Vinyu  vazopressin  və  oksitosin  sintetik  yolla  əldə 
etmişdir.  Onun  sintez  etdiyi  birləşmələrin  aktivliyi,  təbii  mənbə-
lərdən alınan hormonların aktivliyinə tamamilə müvafiq gəlir.  
7.8.10. Oksitosin (pitosin) – uşaqlığın və başqa saya əzə-
ləli üzvlərin yığılma qabiliyyətini artırmaq xüsusiyyətinə malikdir. 
Bundan əlavə, oksitosin laktasiya dövründə süd vəzilərinin fəaliy- 
Pro─Ley─Qli(NH
2
)                       Pro─Ark─Qli(NH
2

│                                                    │ 
Sis─Asp─NH
2
                               Sis─Asp─NH
2
 
 
S          Qlü─NH
2
                              S          Qlü─NH
2
 
│            │                                        │           │ 
S           İley                                       S           Fen 
 
  Sis─Tir                                              Sis─Tir 
 
  Oksitosin                                                 Vazopressin 


198 
 
yətini artırır.  
Hamiləliyin  erkən  dövrlərində  oksitosin  uşaqlığa  təsir 
göstərmir.  Sonralar  uşaqlığın  oksitosinə  qarşı  həssaslığı  yüksəlir 
və doğuş dövründə maksimal səviyyəyə çatır. Estrogenlər uşaqlı-
ğın  oksitosinə  qarşı  həssaslığını  yüksəldir,  sarı  cismin  hormonu 
(prohesteron)  isə  azaldır.  Oksitosin  süd  yollarının  miopitelial 
hüceyrələrinin  təqəllüsünü  gücləndirərək  süd  vəzisinin  daxili 
təzyiqini  yüksəldir  və  südvermə  prosesini  stimulə  edir.  Təmiz 
oksitosin  vazopressinin,  təmiz  vazopressinin  isə  oksitosinin  bəzi 
təsir  xüsusiyyətlərini  cüzi  dərəcədə  özündə  əks  etdirir.  Oksitosin 
qanda olan spesifik oksitosinaza (pitosinaza) fermentinin təsiri ilə 
parçalanır.  
7.8.11.  Vazopressin  (antidiuretik  hormon). Vazopressin 
diurezi  (gündəlik  sidik  ifrazı)  azaldır  və  qan  təzyiqini  yüksəldir. 
O,  böyrək  kanalcıqlarının  distal  seqmentində  və  yığıcı  borucuq-
larda  birinci  sidiyin  tərkibindən  suyun  reabsorbsiyasını  artırır. 
Vazopressinin  antidiuretik  təsirinin  dəqiq  mexanizmi  hələlik  tam 
aydınlaşdırılmamışdır.  
Vazopressinin orqanizmə yeridilməsi arteriya və kapilyar-
ların  daralmasına səbəb  olur ki,  bu da qan təzyiqinin  yüksəlməsi 
ilə  nəticələnir.  Vazopressin  tac  damarları  daraldaraq,  ürək  çatış-
mazlığı  əlamətləri  göstərə  bilər.  Lakin  qeyd  etmək  lazımdır  ki, 
qan təzyiqinin artırılması üçün bu hormonun çox yüksək dozaları 
(antidiuretik  təsir  göstərən  dozada  bir  neçə  min  dəfə  artıq)  tətbiq 
olunmalıdır.  Vazopressin  qısamüddətli  təsir  göstərir.  Bədənə 
yeridilmiş vazopressinin aktivliyi 1 – 3 dəqiqə müddətində 2 dəfə 
azalır. Onun çox hissəsi qaraciyər və böyrəklərdə parçalanır, 8  – 
10%-i isə sidiyin tərkibində dəyişikliyə uğramamış şəkildə orqani-
zmdən xaric olur.    
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə