N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   44   45   46   47   48   49   50   51   ...   107

185 
 

 

 

 

 
       

 
H
 
  ║  
 
       C 
       │
 
 
CH
2
OH 

   
C═O 

 
 
HO 
 
      
CH
2
OH 
      

   
      CO 
       
      
OH
 
              
 
 
HO 
 
      
CH
2
OH 
      

   
O


       
      
OH
 
              
 
 
      
CH
2
OH 
      

   
O


       

 
 
HO 
 

 
Kortikosteron 
 
Kortizon 
 
Kortizol 
 
Aldosteron 
 
larını daraldaraq arterial  təzyiqi  yüksəldir 
(
tac damarlar müstəsna 
olmaqla). 
Böyrəküstüvəzilərin qabıq hissəsində isə indiyə kimi 30-a 
qədər  hormonun  varlığı  müəyyənləşdirilmişdir.  Bunların  hamısı 
sterinlərin ketoörəmələridir, steroidlərdir. Misal olaraq kortikoste-
ron, kortizon, kortizol (oksikortikosteron) və s. göstərilə bilər. 
Böyrəküstü  vəzinin  qabıq  maddəsində  sintez  olunan  hor-
monların  quruluşlarının  əsasını  tsiklopentanperhidrofenantrenin 
törəmələri  olan  preqnan  və  allopreqnan  təşkil  edir.  Böyrəküstü 
vəzilərin ümumi çəkisinin 5%-ə qədəri xolesterinin payına düşür. 
Ondan kortikosteroidlər sintez olunur.  
Bu  hormonlar  zülalların,  karbohidratların,  yağların  və 
mineral  maddələrin  (düzların,  suyun)  mübadiləsində  əsas  rol 
oynayır. 
Mineral  maddələrin  mübadiləsində  iştirak  edənlərə  mine-
ralokortikoidlər deyilir. Məsələn, aldosteron, dezoksikortikosteron 
və s. Bunların təsirilə hüceyrələrdə və bioloji  mayelərdə natrium 
və kalium ionlarının paylanması nizamlanır.  
 
Qlükokortikoidlər (kortizon, kortikosteron, pksikortikoste-
ron və s.) karbohidratların mübadiləsində iştirak edir. Bu vəzilərin 
xəstəliyi  nəticəsində  xroniki  kaxeksiya  və  zəiflik  müşahidə 
olunur, dəridə piqmentasiya pozulur. Buna bürünc və ya Addison 


186 
 
xəstəliyi deyilir. 
 
 
7.6 Mədəaltı vəzi hormonları. 
 
Mədəaltı  vəzi  (pankreas)  qarşıq,  yəni  həm  ekzokrin,  həm 
də  endokrin  funksiyalı  vəzilərdəndir.  Onun  axacağı  onikibarmaq 
bağırsağa tökülür.  
Bu vəzin çəkisi insanda 80-90 q, qaramalda 120 q, donuz-
da 60 q, və qoyunda 40 q-dır.  
 
 
 
Mədəaltı vəzinin hormonu insulin Langerhans adacıqların-
da  beta-hüceyrələrdə  əmələ  gəlir.  İnsulinin  öyrənilməsinə  təxmi-
nən  50  il  bundan  əvvəl  Minkovski,  L.  Sobolyov,  F.  Bantinq  və   
Ç.  Best  tərəfindən  başlanmışdır.  Hazırda  müəyyən  edilmişdir  ki, 
insulin  sadə  zülaldır.  Qeyri-fəal  84  aminturşusunun  qalığından 
ibarət  proinsulin  şəklində  istehsal  olunur.  Fəallaşdıqda  iki  hissə-
dən parçalanaraq, 31-63-cü amin turşusunu itirmiş proinsulin fəal 


187 
 
formaya-insulinə  keçir.  İnsulinin  tərkibində  51  aminturşusunun  
qalığı  vardır.  Bunlar  2  polipeptid  zəncirində  birləşir,  zəncirin  
birində  21  amin  türşusunun,  digərində  30  aminturşusunun  qalığı 
vardır.  
İnsulinin  nəinki  kimyəvi  tərkibi,  hətta  quruluşu  da  bizə 
məlumdur.  Hazırda  o  sintez  də  edilmişdir.  Müxtəlif  heyvanların 
insulini  21  aminturşusundan    ibarət  polipeptid  zəncirində  (A)  8-
10-cu  aminturşularına  görə  fərqlənir.  Belə  ki,  qaramalda  və 
qoyunda 8-ci aminturşusu alanin olduğu halda, insanda, donuzda, 
atda,  itdə,  adadovşanında  izoleysindir.  Deməli,  insulin  növ  xüsu-
siyyətinə  malikdir.  İnsulin  karbohidratların  mübadiləsində  iştirak 
edir. O adrenalinin əksinə təsir göstərir, yəni qanda şəkərin miqda-
rını azaldır. Heksokinazanın fəallığını artırır, qlükozanın qlikoge-
nə çevrilməsini sürətləndirir. 
 
İnsulin piroüzüm turşusundan qlükozanın sintezini kataliz 
edən  fermentlər  sisteminin  aktivliyini  azaltmaqla,  qlikonegenez 
prosesinə ləngidici  təsir  göstərir. Onun təsirindən peptidlərin sin-
tezi  artır,  zülalların  parçalanmasını  ləngidir,  qaraciyər  hüceyrələ-
rində  karbohidratlardan lipidlərin sintez olunmasını sürətləndirir. 
İnsulin  hüceyrə  divarlarında  osmotik  təzyiqə  təsir  edərək  Na
+

K
+
,PO
4
3-
 ionlarının, həmçinin qlükozanın hüceyrələrə daxil olma-
sını  sürətləndirir.  İnsulinin  orqanizimdə  yarımparçalanma  dövrü 
40  dəqiqədir.  Onun  toxumalarda  parçalanmasında  iki  ferment 
iştirak edir. Əvvəlcə qlütation-insulin-transhidrogenaza fermenti-
nin təsiriilə A və B polipeptid zəncirləri bir-birindən ayrılır. 
Bu  prosesdən  sonra  sərbəst  hala  keçən  A  və  B  polipeptid 
zəncirləri insulinaza fermentinin təsiri ilə hidroliz prosesinə uğra- 
                        
adrenalin
 
Qlikogen                                          qlükoza 
                               insulin 


188 
 
yır. 
Qlükaqon. Bu hormonda mədəaltı vəzinin alfa hüceyrələ-
rində əmələ gəlir, tərkibində 29 aminturşusunun qalığı vardır.  
Qlükaqonda  aminturşuları  aşağıdakı  ardıcıllıqda  düzül-
müşdür. 
histidin-serin-qlütamin-qlisin-treonin-fenilalanin 
               13 
tirozin-lizin-serin-tirozin-asparagin-serin-treonin 
                  │ 
leysin-asparagin-serin-arxinin-arginin-alanin 
                 24                                                                  20 │ 
qlütamin-valin-fenilalanin- asparagin-qlütamin 
                     
│                                                               29 
treonin-leysin-metionin-asparagin-treonin 
 
Müəyyən  edilmişdir  ki  insan  və  heyvan  qlükaqonun 
birincili quruluşu bir-birindən fərqlənmir (hindquşundan başqa).  
Qlükaqon  mədəaltı  vəzidən  başqa  bağırsaq  divarında  da 
sintez olunur. Bu hormon qlükogenolitik təsirinə görə adrenalinə 
bənzəyir lakin qlükaqon adrenalindən fərqli olaraq arterial təzyiqi 
yüksəltmir. Onun təsir obyekti qaraciyər, miokard və piy toxuması 
hüceyrələridir.  Qlukaqon  göstərilən  hüceyrələrdə  adenilat-siklaza 
frmentinin fəallığını artırır nəticədə AMF-in sintezi sürətlənir. 
Qlukaqon  orqanizmdə  karbohidratların  parçalanma  məh-
sullarından lipidlərin sintez olunmasını ləngidir və qlükonogenez 
prosesini  sürətləndirir. Onun təsirindən piy toxumasından qliseri-
nin  və  yağ  turşularının  azad  olaraq  qana  keçməsi  sürətlənir. 
Qaraciyər  lipazasının  aktivliyi  yüksəlir.  Toxumalarda  qlükoza, 
fruktoza və sirkə turşusunun yağ turşularına və xolesterinə çevril-
məsinə mane olur. Bunların nəticəsində toxumalarda enerji hasila- 
tı artır və orqanizmin oksigenə qarşı təlabatı yüksəlir.  
Lipokain. Bu polipeptiddir. O vəzin xırda axarlarının epi- 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə