N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   43   44   45   46   47   48   49   50   ...   107

182 
 
başa çatdırdıqdan sonra tez aminləşmə, yodsuzlaşma və konfuqa-
siya  proseslərinə  uğrayır.  Yodun  ayrılması  toxumalarda  tiroksin-
halogenaza fermentinin iştirakı ilə baş verir. Parçalnmadan ayrılan 
yod  əsasən  qeyri-üzvi  birləşmələr  şəklində  böyrəklər  vasitəsilə 
xaric olunur. 
Trioksinin  istehsalı  azalırsa,  hipotireoidizm  baş  verir.  Bu 
qalxanvari  vəzinin  atrofiyalaşmasından  əmələ  gəlir.  Bu  zaman 
insan  və  heyvanda  qısa  boyluluq  müşahidə  olunur,  kretinizm  baş 
verir.  
Əgər  bu  hal  yaşlılarda  müşahidə  edilərsə,  miksedema 
adlanır.  Bu  zaman  xəstələr  çox  yaşlı  görünür,  mübadilə  prosesi 
zəifləyir, sulu şişlər əmələ gəlir və piylənmə müşahidə olunur.  
Qalxanvarı  vəzinin  degenerativ  böyüməsində  endimik  ur 
xəstəliyi əmələ gəlir. Bu xəstəlik insan və heyvanlarda ən çox yod 
az  olan  yerlərdə  (dağlıq  və  dağətəyi  rayonlarda)  baş  verir.  Azər-
baycanda bu xəstəliyə Zaqatala-Şəki zonasında rast gəlinir. Xəstə-
liyin  baş  verməməsi  üçün,  yəni  profilaktik  məqsədlə  kalium-
yodiddən istifadə olunur.  
Qalxanvarı vəzinin hiperfunksiyasına da təsadüf edilir. Bu 
zaman Bazedov xəstəliyi əmələ gəlir. Bu da mübadilə proseslərini 
intensivliyi  ilə  xarakterlənir.  Nəticədə  orqanizm  zəifləyir,spesifik 
əlamət  olaraq  çəpgözlülük  baş  verir,  arıqlama,  ətraflarda  titrəmə 
müşahidə olunur.  
Qalxanvarı  vəzidə  32-aminturşusunun  qalığından  ibarət 
polipeptid  təbiətli  hormonun  da  varlığı  müəyyən  edilmişdir.  Bu 
birləşmənin  quruluşu  da  öyrənilmişdir.  Bu  hormona  tireokalsito-
nin deyilir. Tireokalsitonin sümük toxumasından kalsiumun qana 
keçməsini  ləngitməklə  qanda  onun  miqdarını  azaldır.  Siyənək 
balığından  alınmış  kalsitonin  məməli  heyvanların  və  insanların 
orqanizminə onların öz spesfik hormonlarına nisbətən qüvvətli  tə- 


183 
 
sir göstərir (100 dəfədən artıq). Parathormonun əksinə təsir edir. 
Tireokalsitoninin  bu  xassəsindən  kosmik  fəzanın  fəthi 
zamanı  kalsiumun  sümük  toxumasından  qana  keçməsini  ləngit-
mək  üçün  istifadə  olunur.  Belə  ki,  kosmik  uçuşlar  zamznı  kalsi-
umun sümükdən qana keçmə prosesi sürətlənir (hərəkətsizlikdən), 
sümüklər möhkəmliyini itirir. 
 
 
7.4 Qalxanvarı ətraf vəzilər. 
 
Qalxanvari ətraf vəzilər  qlxanabənzər vəzinin arxa səthin-
də yerləşən sarımtıl-qırmızı rəngli xırda törəmədir (çəkisi 0,1-0,15 
q-dır). 
Bu  vəzilərin  sintez  etdiyi  hormon  paratireokrin  və  ya 
parathormon adlanır. Parathormon 84 aminturşusunun qalığından 
və  lipidlərdən  əmələ  gəlmiş  mürəkkəb  zülaldır,  tərkibində  12,6-
15,5%  azot  var,  molekul  kütləsi  700  min  daltona  yaxındır.  Bu 
zülal  iki  fraksiyadan  ibarətdir.  Fəal  faksiya  suda,  duz  məhlulla-
rında yaxşı həll olur, proteolitik fermentlərin təsirindən inaktivlə-
şir. Parathormon Ca
2+
  və  fosfat  ionlarının  bağırsaqlarından sorul-
masını sürətləndirir. 
Qalxanvarı  ətrafı  vəzilərin  hormonlarının  çatışmazlığında 
qanda kalsiumun miqdarı azalır, quanidin və fosfor çoxalır, çünki 
parathormon  kalsium  və  fosfor  mübadiləsinin  nizamlanmasında 
iştirak  edir.  Sinir  sisteminin  oyanması  sürətlənir,  tetaniya  baş 
verir.  Bədənin  müxtəlif  əzələlərində  sinir  əzələ  oyanıqlığının 
yüksəlməsi müşahidə edilir. 
 
 


184 
 
7.5 Böyrəküstü vəziləri hormonları. 
 
Böyrəküstü vəzilər cüt üzvlərdən olub böyrəklərin kranıal 
hissəsində yerləşir. 
Böyrəküstü vəzilərin həm qabıq, həm də beyin hissəsində 
çoxlu hormonlar istehsal edilir. Bu vəzilərin çəkisi insanda 10-12 
q,  inəkdə  10-30  q,  donuzda  5  q,  qoyunda  3-4  q  olur.  Bunların 
çəkisinin  10%-i  beyin  qatından, 90%-i  isə qabıq qatından ibarət-
dir. Böyrəküstü vəzilərin beyin hissəsində əmələ gələn hormonlar 
katexolaminlər adlanır: buraya üç hormon-adrenalin, noradrenalin 
və  izopropiladrenalin  aiddir.  Adrenalin  və  noradrenalin  həmçinin 
simpatik sinir sisteminin hüceyrələrində əmələ gəlir.  
Adrenalin  (və  ya  epinefrin)  tipozinin  və  ya  fenilalaninin 
törəməsidir. 
 
 
 
Adrenalin  özü  noradrenalinin  törəməsidir,  onun  metilləş-
məsindən əmələ gəlir. Bu hormon karbohidratların mübadiləsində 
iştirak edir. Fosforilazanin fəallığını artırmaqla, qlikogenin qlüko-
zaya  qədər  parçalanmasını  sürətləndirir,  hiperqligemiyaya  (qanda 
qlükozanın çoxalmasına) səbəb olur. Adrenalinin fəallığı noradre-
nalindən 4-8 dəfə artıqdır. Adrenalin orqanizmə çox kiçik dozalar-
da  fizioloji  təsir  göstərə  bilər.  Onun  optimal  dozası  (1  kq  çəkiyə 
0,0001 mq olmaqla) ürəyin yığılmasını sürətləndirir. Qan damar- 
       
 
C
6
H
5
               C
6
H
4
OH       C
6
H
3
(OH)
2
      C
6
H
3
(OH)
2          
C
6
H
3
(OH)
2
           C
6
H
3
(OH)
2
  
          │                     │                  │                     │                     │                          │ 
          CH
2  
  -
½O
2    
  СH
2
   +
½O
2
  CH
2
    - CO
2
    CH
2
  +
½O
2
     CHOH      +CH
3
   CHOH 
          │                    │                   │                     │                     │                          │ 
H
2
N─CH─COOH   CHNH
2
         CHNH
2
            CH
2
NH
2
          CH
2
NH
2
               CH
2
 
                                 │                  │                                                                          │ 
                                 COOH          COOH                                                                 NH−CH−(CH
3
)

 
    
Fenilalanin      Triozin               Dofa-               Dofamin         Noradrena-         Adrenalin 
                                            (dioksifenilalanin)                                    lin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə