N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   39   40   41   42   43   44   45   46   ...   107

165 
 
6.15 C vitamini. 
 
C  vitamini  ilk  dəfə  İ.  Drummod  (1919)  bitki  şirəsindən 
almışdır.  1923-cü  ildə  Sent-Dyerdi  və  S.  Zilve  C  vitamini  ilə 
güclü  reduksiyaedici  qabiliyyətinə  malik  olan  heksuron  turşu-
larının  xassələri  arasında  ümumi  cəhətlər  olduğunu  aşkara  çıxar-
mışdır.  1931-ci  ildə  N.  A.  Bessonov  kələm  şirəsində  C  vitami-
ninin  kristallik  preparatını  əldə  etmişdir.  1933-cü  ildə  A.  Reyx-
şteyn C vitaminini sintetik yolla əldə etmişdir.  
Buna askorbin turşusu da deyilir, sorbon turşusunun lakto-
nudur.  C  vitaminində  endiol  qrupu  (HO—C=C-OH)  olduğundan 
hidrogen alıb-vermə qabilyyətinə malikdir. Ona görə də oksidləş-
mə-reduksiya proseslərində iştirak edir. Tərkibi aşağıdakı kimidir: 
 
Aksorbin  turşusundan  bir  molekul  hidrogen  çıxarıldıqda 
dehidroaskorbin  turşusu  alınır.  Sonuncuya  hidrogen  birləşdikdə 
isə  əksinə  askorbin  turşusuna  çevrilir.  Dehidroaskorbin  turşusu 
diketoqulon turşusunun laktonudur. 
C vitamini suda və spirtdə yaxşı həllolan, turş dadlı, rəng- 
          O                                                  O 
          ║                                                  ║ 
          C                                                  C 
          │                                                  │ 
          C─OH                                         C=O 
          ║           O                                    │          O 
          C─OH                                          C=O  
          │                                                  │ 
    H─C                                             H─C  
             │                                                               │  
 HO─C─H                                    HO─C─H 
          │                                                  │ 
          CH
2
OH                                        CH
2
OH 
 
      Askorbin                                 Dehidroaskorbin 
       turşusu                                          
turşusu 
 


166 
 
siz,  davamsız  kristal  birləşmədir.  192
0
C  temperaturda  əriyir,   
oksidləşdiricilərin təsirindən tez pozulur, havada asan oksidləşir.  
Askorbin  turşusu  orqanizmdə  əsasən  oksidləşmiş,  yaxud 
zülallarla birləşmiş formada askorbigen halında olur. 
 
 
Sonuncunun  fizioloji  təsiri  nisbətən  azdır,  ancaq  fiziki-
kimyəvi  təsirlərə  davamlıdır.  Birləşmiş  askorbin  turşusu  keçinin 
qaraciyərində C vitamininin 90%-ə yaxınını təşkil edir. 
 
 
 
 
C  vitamininin  əsas  funksiyalarından  biri  kallagenin  sinte-
zində  iştirak  etməsidir.  Kollagendə  damarların  endotelisinin,  bir-
ləşdirici  toxumanın,  qığırdaqların,  sümük  toxumasının  tərkib  his-
səsidir. 
Askorbin  turşusu  qaraciyərdə  toksinləri  (difteriya,  vərəm, 
dizenteriya və s.) zərərsizləşdirir.  Nuklein turşularının, zülalların, 
karbohidratların  mübadilsində  iştirak  edir,  bağırsaqda  dəmirin 
C─CH
2
─O─C
6
H
7
O

 
NH 
 


167 
 
sorulmasına şərait yaradır, yoluxucu xəstəliklərə qarşı orqanizmin 
müqavimətini  artırır.  Bu  vitamin  bir  sıra  fermentlərin:  arginaza-
nın,  amilazanın,  katepsinlərin  fəallığını  yüksəldir,  kortikosteroid-
lərin əmələ gəlməsində iştirak edir, piridin nukleotidlərinin (xüsu-
sən  HADF-n)  sintezini  artırır.  Son  zamanlar  müəyyən  edilmişdir 
ki,  C  vitamini  bir  sıra  tioqlikozidlərin  hidrolizini  sürətləndirən 
fementlərin fəal qrupunu yaradır.  
C  vitamini  çatışmadıqda  insanda,  meymunlarda  sınqa  və 
ya  skorbut  xəstəliyi  baş  verir.  Bu  xəstəlik  insanlara  hələ  XVI 
əsrdə bəlli idi. Lakin səbəbini bilmirdilər. Xəstəlik ağız boşluğun-
da yaraların əmələ gəlməsi, dişlərin laxlayıb tökülməsi, dərialtında  
nöqtəvarı qan sağıntılarının olması ilə xarekterlənir. Ürək sahəsin- 
də ağrılar olur, tənginəfəslik müşahidə edilir. 
 
 
 
 
Kənd  təsərrüfatı  heyvanları  karbohidratlardan  C  vitamini 
sintez  etmək  qabiliyyətinə  malikdir  və  ona  ehtiyacları  postnatal 
dövrün ilk günlərində olur. 
C vitamini D-qlükuron turşusunun laktonundan sintez olu-
nur.  Bu  prosesdə  iştirak  edən  fermentlərdə  (qlükuronreduktaza, 


168 
 
qulonoksidaza  və  s.)  müəyyən  edilmişdir.  Onlar  heyvanların 
qaraciyərində mikrosomlarda vardır.  
Kənd təsərüfatı heyvanlarının orqanizmində C vitamini ən 
çox  böyrəküstü  vəzlərdə,  ağciyərdə,  dalaqda,  hipovizdə,  qaraci-
yərdə və s. olur. C vitamini ilə süd də zəngindir, lakin əzələlərdə 
azdır. Bu vitamin bitgilərin yaşıl hissəsində, tərəvəzlərdə də çox-
dur.  İtburnu  meyvəsində  100-400  mq%,  limonda  40-60  mq% 
askorbin  turşusu  vardır.  Bu  vitaminin  miqdarı  bəzi  yabanı  bitki-
lərdə  də  (ciriş  və  pərpətöyündə290  mq%,  gicirkəndə  178  mq%) 
çoxdur.  
 
 
6.16 P vitamini. 
 
Bu  vitaminlərə  rutin  (hesperedin),  sitrin  və  pirokatexinlər 
aiddir. Rutinin və hesperedinin formulu aşağıdakı kimidir. 
 
 
Bu  formulda  C
12 
H
21 
O
9
  ramnoza  ilə  qlükozanın-(qlüko- 
ramnozanın) qalığından ibarətdir. Həmin qalıq flavon nüvəsilə bir
-
 
likdə P vitaminini əmələ gətirir. 
Sitrin  eriodiktiolun  metil  efirinin,  rutin  isə  kversentinin 
qlükozididir. Pirokatexinlər katexinin, epikatexinin və onların hal  
turşu ilə efirlərinin qarışığından ibarətdir.  
P qrupu vitaminləri sarı və ya narıncı kristal maddədir, su-
da çətin həll olur.  
 OH 
 
OH 
│ 


│ 
OH 
HO─ 
HO─ 
─OH 
(C
12
H
21
O
9
)─O 
─O─(C
12
H
21
O
9

─OCH
3
 
        O 

 

║ 
hesperedin 
rutin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə