N. M. Yusifov, K. Ş. DaşDƏMİrov


 Hormonların təsir mexanizmi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   42   43   44   45   46   47   48   49   ...   107

178 
 
7.1 Hormonların təsir mexanizmi. 
 
Hormonlar  toxuma  və  hüceyrələrin  funksiyalarına  seçmə, 
spesifik  təsir  edir.  Bu  isə  hüceyrələrdə  hormonlara  birləşəcək 
spesifik zülal reseptorlarının varlığı ilə əlaqədardır. Həmin resep-
torlar 2 qrupa bölünür. Onlardan bir qrupu plazmatik membranın 
(hüceyrə örtüyünün xarici) səthində yerləşir. Digəri-sitoplazmatik 
reseptorlar isə hormonla hüceyrənin daxilində birləşir. Birinci növ 
reseptorlar adenilatsiklaza ilə əlaqədar olduğundan adenilatsiklaza 
sistemi  adlanır.  Hormon  (məsələn,  prolaktin)  zülal  reseptoru  ilə 
birləşərək  hormon-reseptor  kompleksini  əmələ  gətirir.  Bu  da 
adenilatsiklazaya  təsir  edib,  onu  fəallaşdırır.  Sonuncu  isə  ATF-i 
siklik AMF-ə (ts AMF) çevirir. 
 
F
F
AMF
ATF
TS



 
Siklik  AMF  hədəf  hüceyrədə  bəzi  orqanellaların  (məsə-
lən, nüvə) və bir sıra spesifik zülalların (məsələn, xromatin zülal-
larının) fosforlaşmasını sürətləndirən fermentləri (nüvə proteinki-
nazaları:  məsələn,  fosforilaza)  fəallaşdırır.  Nəticədə  hüzeyrədə 
gen fəallaşır və müvafiq maddənin (məsələn süd vəzi hüceyrəsin-
də) kazeinin sintezinə başlanır.  
Hormonun  (məsələn,  adrenalin)  seçmə  təsiri  müvafiq 
reseptorun  quruluşu  ilə  əlaqədardır.  Fermentlərin  fəallığı  siklik 
QTF və başqa nukleotidlərlə, proataqlantinlərlə də tənzimlənir. Bu 
yolla, yəni adinilatsiklaza sistemi ilə zülal (prolaktin, insulin bə s.) 
və  polipeptid  (adrenokortikotropin,  qlükoqon  və  s.)  təbiətli  hor-
monlar, katexolaminlər (adrenalin. noradrenalin) təsir edir. 
Steroid  hormonları  (kortikosteroidlər,  androsteronlar, 
estrogenlər) sitoplazma reseptorlarına təsir göstərir. Onlar spesifik 
zülal-reseptorlarla  birləşərək,  sitoplazmada  mitoxondiryalarda  və 


179 
 
başqa orqanlarda hormon-reseptor kompleksi əmələ gətirir. Həmin 
komplekslər  hədəf  hüceyrənin  sitoplazmasından  nüvəsinə  keçə-
rək,  xromosomlardaki  xüsusi  zülallarla  (akseptorlarla)  birləşir  və 
transkripsiyaya  təsir  edir.  Bu  zaman  genlər  fəallaşır,  PHT-nin,  o 
cümlədən  mPHT-nin,  müvafiq  fermentlərin  və  başqa  zülalların 
(məsələn,  yumurtalıq  yolunda  ovalbuminin)  sintezi  sürətlənir. 
Sitoplazmatik zülal reseptoru hormonun təsirinin vasitəsi olub bu 
xassəni  yalnız  hormonla  birləşdikdə,  kompleks  əmələ  gətirdikdə 
qazanır. Göstərilən mexanizimlər hormonların təsirində əsas sayı-
lır. Lakin hormonların təsiri ilə mübadilə proseslərinin tənzimində 
əlavə spesifik amillər də iştirak edir. 
 
 
 
7.2 Hormonların təsnifatı. 
 
Hazırda  100-ə  yaxın  hormon  və  hormonoid  məlumdur. 
Hormonoidləri (histamin,  serotonin,  bradikinin,  renin,  qastrinsek-
retin və  s.) toxuma hormonları  da deyilir. Onlar adi  hüceyrələrdə 
əmələ gəlirlər.  
Hormonlar  təsirinə  görə  2  yerə  ayrılır:  buraxıcı  və  icraçı. 
Buraxıcılara  hipotalamusun  neyrohormonları  aiddir.  Onlar  bəzi 
daxili sekresiya vəzilərinin fəaliyətini tənzimləyir. İcraçı hormon-
lar isə boy, inkişaf, məhsuldarlıq, çoxalma və s-də əlaqədar müba-
dilə proseslərinə təsir edir. 
Hormonlar  kimyəvi  təbiətinə,  funksiyalarına  və  əmələgəl-
mə yerlərinə görə də təsnif olunur.  
Hormonlar  kimyəvi  təbiətinə  görə  3  əsas  qrupa  ayrılır: 
zülal,  aminturşuların  törəmələri  və  steroid  hormonları.  Zülal  tə-
biətli hormonlar sadə (somatotropin, prolaktin, insulun) və mürək- 


180 
 
+  J
2
    → 
│ 
CH
2
 
│ 
CHNH
2
 
│ 
COOH 
│ 
CH
2
 
│ 
CHNH
2
 
│ 
COOH 
J─ 
OH 
│ 
OH 
│ 
─J 
Triozin 
Diyodtirozin 
kəb zülal (tireotropin, liporopin), polipeptid (somayostatin, vazop-
ressin,  oksitosin)  olur.  Bəziləri  isə  aminturşularının  (böyrəküstü 
vəzin  beyin  maddəsinin  və  qalxanabənzər  vəzinin  hormonları) 
törəmələridir. Steroid hormonları sterinlərdən əmələ gəlir. Aşağı-
da hormonların əmələgəlmə yerlərinə görə təsnifi verilir.  
 
 
 
7.3 Qalxanvari vəzi hormonları. 
 
Qalxanvarı vəzi çəkicə kiçik olmasına baxmayaraq, qanla 
ən yaxşı təchiz olunmuş orqandır. İnsanda bunun çəkisi 25-30 q, 
inəkdə 10-15 q, qoyunda 5 q, donuzda 7-8 q olur. Bu vəzidə əmələ 
gələn  hormona  tiroksin  və  ya  tetrayodironin  deyilir.  Tiroksini  ilk 
dəfə  1919-cu  ildə  Kendal  tireoqlobulin  adlanan  zülalın  hidroli-
zindən  ayrılmışdır.  Qalxanvarı  vəzin  folikulunda  olan  bu  zülalda 
0,5-1 % yod vardır. Onun molekul kütləsi 650-700 min daltonlara 
yaxındır. Tiroksin tirozindən əmələ gəlir. Tirozin əvvəlcə diyodti-
rozinə çevrilir. 
 
 
 
 
 
 
 
 
Diyodtirozindən də tiroksin sintez olunur.  


181 
 
─CH
2
─CH─COOH 
             │ 
             NH

│ 

 

│ 

HO─ 

│ 
Üçyodtrionin 
 CH
2
─CH─COOH 
 │       │ 
          NH

─J 
J─ 

J─ 
OH 
│ 
─J 
          NH

│       │ 
CH
2
─CH─COOH 
 
J─ 
   │ 
HO 
J─ 
─J 
          NH

          │ 
CH
2
─CH─COOH 
│ 
OH 
│ 
─J 
Diyodtirozin 
Diyodtirozin 

CH
3
 
│ 
CHNH
2
 
│ 
COOH 
 

Alanin 
Trioksin 
 
Son  zamanlar  heyvanların  qanında  xüsusi  maddənin-
üçyodtironinin də varlığı müəyyən edilmişdir. Bu maddə tərkibcə 
tiroksinə yaxındır, amma fəallığı ondan 10 dəfə artıqdır. 
 
 
 
 
 
 
 
 
Qalxanvarı vəzidə az miqdarda monojodtirozin də olur. 
Tiroksinin  maddələr  mübadiləsində  rolu  böyükdür.  O  qaz 
mübadiləsini,  qanda  qlükozanı  artırır,  mitoxondrilərdə  oksidləş-
məklə fosforlaşmanın intensivliyini nizamlayır.  
Tiroksin və tiryodtironin orqanizmdə öz funksiyalarını  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə