N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   41   42   43   44   45   46   47   48   ...   107

174 
 
Liofil  hormonlar  sintez  olunan  kimi  qana  ifraz  edilir. 
Asanlıqla  hüceyrə  membranını  keçir,  hüceyrədaxili  reseptorlarla 
birləşir. Hüceyrədaxili genlərin çevrilmələrini tənzimləyir. Daşıyı- 
cı zülallar vasitəsilə daşınır.  
Hidrofil  hormonlar  peptid  təbiətli  və  yaxud  da  amin 
turşularının törəmələridirlər və bəzi hüceyrələrdə toplana bilirlər, 
hüceyrə daxilinə keçə bilmirlər, membran səthindəki reseptorlarla 
birləşə bilirlər. Qan axınında daşıyıcısız hərəkət edirlər.  
Hormonlar – xüsusi üzv və toxumalarda hazırlanaraq qana 
və  limfaya  ifraz  edilən  hazırlandığı  yerdən  kənarda  orqanizmin 
müxtəlif üzvlərinin funksyasına təsir göstərən spesifik aktiv mad-
dələrdir. 
Hormon  termini  1905-ci  ildə  E.  N.  Starlinq  tərəfindən 
elmə daxil edilmiş (yunanca hormao - oyadıram) və əvvəllər müx-
təlif  mənşəli  bioloji  aktiv  maddələri  adlandırmaq  məqsədilə  işlə-
dilmişdir. 
Hormonlar  ilk  dəfə  Burdax  və  Myuller  tərəfindən  (1845) 
sonralar  Bertold  (1889)  və  Braun  Sexar  (1892)  bu  işlə  məşğul 
ilmağa başlamışdır. 
Hormonlar  maddələr  mübadiləsini,  fermentetiv  prosesləri 
ayrı-ayrı  orqanların  funksiyasını  nizama  salır.  Bunların  təsirində 
qarşılıqlı  əlaqə  vardır.  Onlar  orqanizmdə  həm  sərbəst,  həm  də 
zülallar,  fosfatidlər,  üzvi  turşular  və  başqa  maddələrlə  kompleks 
səklində  olur.  Bu  formalar  sinir  impulslarının  təsirindən  dəyişə 
bilər. 
Hormonlar  ayrı-ayrı  toxuma  və  orqanlarda  biokimyəvi 
reaksiyaları  tənzimləyir.  Məsələn:  hormonlar  nRNT-ın  sintezini, 
ribosomun  funksiyalarını  aminturşuların  daşınmasını  (translya-
siya) nizama salır. 
Mərkəzi sinir sistemi ilə daxili sekresiya vəzlərini ifraz et- 


175 
 
diyi hormonlar arasında siqnallar ötürən peptid quruluşlu (tərəfli) 
hormonlar mövcuddur. Bu hormonları tənzimləyici-faktorlar və ya 
neyrohormonlar adlanır.  
Hormonlar  digər  maddələrdən  öz  spesfikliyinə,  yüksək 
bioloji  aktivliyinə,  xüsusi  vəzilərdə  sintez  olunaraq  qana  ifraz 
etmələrinə  və  təsirinin  distanlığına  görə  fərqlənir.  Göstərilən 
xassələrin hamısına malik olan hormonlar həqiqi hormonlar
 
hesab 
edilir.  
Hormonların spesifikliyi  –  onun xarakterik  kimyəvi  quru-
luşuna və quruluşa müvafiq gələn bioloji təsir xüsusiyyətinə malik 
olması  müəyyən  bir  vəzdə  sintez  olunaraq  qana  ifraz  edilməsi 
nəzərdə tutulur.  
Hormonlar çox yüksək bioloji aktivliyə malikdirlər. Onlar 
olduqca  kiçik  dozalarda  (bioloji  mayelərin  hər  100  ml-də 
nanoqram  və  mikroqram  10
-6
  dozada)  öz  təsirini  təzahür  etdirir. 
Onlar yalnız periferik toxumalarda müəyyən dəyşirikliyə uğradıq-
dan  sonra  hormonal  aktivliyi  əldə  edirlər.  Buna  görə  onları 
parahormonlar  adlandırmaq  daha  məqsədəuyğundur.  Cinsiyyət 
vəzlərində  və  böyrəküstü  vəzinin  qabıq  maddəsində  hazırlanan 
androstendion  və  dehidroepiandrosteron  parahormonların  nüma-
yəndələridir.  Bəzi  endokrin  vəzilərin  məhsulları  eyni  zamanda 
həm hormon, həm də parahormon vəzifəsini daşıya bilir (məsələn, 
testosteron, lipotropin). 
Həqiqi  hormonlar  toxuma  hormonlarından  fərqli  xüsusiy-
yətləri  sintez  olunduğu  vəzdən  xeyli  uzaqda  yerləşən  toxumalar 
təsir göstərməsidir. Bu xassə hormonların – distantlığıdır.  
Endokrin  vəzilərin  fəaliyyətində  əks-əlaqə  prinsipi  möv-
cuddur.  Belə  ki,  hipovizin  ön  payının,  qalzxanabənzər  vəzinin, 
cinsiyyət vəzlərinin və böyrəküstü vəzin qabıq maddəsinin fəaliy-
yətini tənzim edən bir neçə hormon hipovizin ön payının hormon- 


176 
 
larının sekresiyasına təsir göstərir.  
Endokrin  vəzilərin  fəaliyyətinin  sinir  sistemindən  asılılığı 
əlaqəli və əks əlaqəli formada qurulmuşdur.  
Sinir sistemi endokrin vəzlərin fəaliyyətinə əsasən hipota-
lamus  vasitəsi  ilə  təsir  göstərir.  Xarici  və  daxili  amillərin  təsiri 
altında orqanizmin toxumalarında yerləşən reseptorlarda impulslar 
yaranaraq mərkəzi sinir sisteminə verilir. Nəticədə hipotalamusda 
spesifik  tənzimedici  hormonlar  (leberinlər  və  statinlər)  sintez 
olunur.  Onların  təsiri  ilə  hipovizin  ön  payının  hormonlarının 
sintezi sürətlənir ya da ləngiyir. Hipovizin ön payının hormonları 
isə  öz  növbəsində  digər  daxili  sekresiya  vəzilərinin  fəaliyyətinin 
tənzimində  iştirak  edir.  Beləliklə,  yuxarıda  göstərilən  xassələr 
hormonların  bioüzvi  maddələrin  xüsusi  bir  qrupu  kimi  səciyyə-
ləndirməyə  və  onları  digər  humoral  amillərdən  (sinir  sisteminin 
mediatorları, toxuma hormonları və s.) fərqləndirməyə əsas verir. 
Qeyd  etmək  lazımdır  ki,  humoral  amillərin  hormonal  və  qeyri-
hormonal  növlərə  bölünməsi  müəyyən  dərəcədə  məqsədəuyğun 
olsa  da,  şərtidir.  Hormonlarla  prohormonlar,  histohormonlar  və 
hüceyrədaxili  tənzimedicilər  arasında  kəskin  fərq  yoxdur.  Bəzi 
birləşmələr  bu  maddələr  arasında  aralıq  mövqe  tutur.  Eyni  bir 
maddə  həm  hormon,  həm  də  histohormon  üçün  səciyyəvi  olan 
xassələrə  malik  ola  bilər  (məsələn,  progesteron).  Bundan  əlavə, 
qeyri-hormonal amillərin əksəriyyətinin təsir mexanizmi hormon-
ların hüceyrələrə təsirinin həyata keçirilməsi ilə əlaqədardır.  
 
 
 
 
 
 


177 
 
 
 
 
 
 
 
 
 
Hipovizin 
ön 
his

si
 
Hona
dotr
op 
hor
mon
lar
 
Adr
enoko
rti
ko
tr
op 
hor
mon
 
B
öyr
əküs
tü 

z.
 
qa
bıq 
his

si
 
Kor
ti
kos
os
te

roidl
ər
 
T
oxu
ml
uq 
v
ə 
yumur
talıq
 
Andr
oge
n


E
str
oge
n


T
ir
eo
tr
op
in 
hor
mon
u
 
Qa
lxana
b
ənz
ər
 v
əz
 
T
ir
o
ks
in
 
L
iber
inl
ər
  
Sini

impul
slar
ı 
Xa
rici 
v
ə 
da
xil

im
pu
ls
lar
 
M
ərk
əz

sini

sis
temi
 
Hipotala
mus
 
P
rolak
ti
n
 
S
amatot
ropin 
hor
mon
 
Süd 

zil
əri
 
M
əd
əa
ltı 

zin 
hüc
eyr
əl
ər

 
İns
uli

Qlüka
qon
 
S
omatos
tati
n
 
S
tatinl
ər
 
Hipovizin 
ar
xa
 his

si
 
T
ənz
im

y
ici 
fa
kto
rlar
 
Va
zopr
es
sin
 
Oks
it
os
in
 
Ar
ter
io
ll
ar
 
Süd 

zil
ər
in
in 
düz
ün
ə 
əz
əl
əl
əri
 
Qa
nda
 hor
mon
lar
ını

qa
tılı
ğı
nın 

yiş
m
əs
i  
(+
, ─)
 
ƏKS ƏLAQƏ 
İnsa
n orq
anizmind
ə 
ho
rmonl
arın sint
ez
ini

 

nz
im

nm
əsi s
xe
mi



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə