199
HO─
─CH
2
─CH
2
─NH
2
NH
─CH
2
─CH
2
│ + CO
2
NH
2
NH
N
─CH
2
─CH─COOH
│
NH
2
Histiamin
Histidin
N
NH
7.9 Hormonoidlər
Hormonoidlər deyilən maddələr də vardır. Bunlar da
hormonlar kimi təsir edir, lakin daxili sekresiya vəzilərində əmələ
gəlmir. Onlardan serotonin göstərilə bilər. Bu oksitriptamindir.
Serotonin trombositlərdə, toxumalarda (baş beyində, mədə-
bağırsaq traktında və s.) müəyyən edilmişdir. Serotonin qan
damarlarını daraltdığı üçün xüsusi əhəmiyyətə malikdir. Qan
axmasının qarşısını almaqda işlənir. Histamin də hormonoiddir.
Histidinin dekarboksilləşməsindən əmələ gəlir.
Histiamin hüceyrə və toxumalarda birləşmiş şəkildədir. O,
sinir oyanmalarının verilməsində iştirak edir, mədənin selik qişa-
sında xlorid turşusunun sekresiyasını fəallaşdırır, böyrəküstü vəzi-
lərinin qabıq hissəsinin hormonal fəallığını azaldır. Buna görə də
şizofreniyanın müalicəsində işlənir. Anqiotenzində bu qrupa mən-
sub olub, böyrəklərdə qan təzyiqini artırır. Kalium ionunun hücey-
rələrə keçməsini nizamlayır. Kimyəvi təbiətinə görə heptapeptid-
dir. Quruluşu belədir:
Asp─ark─val─tir─ilə─his─pro─fen.
Sekretin nazik bağırsağın, xüsusən onikibarmaq bağırsağın
200
selik qişasındakı vəzilərdə istehsal olunan polipeptiddir. Onun
molekul kütləsi 5000-ə yaxındır. Sekretin pankreas şirəsinin və
ödün sekresiyasını stimullaşdırır. Bradikinin də hormonoiddir, 9-
aminturşusunun qalığından ibarət peptiddir. Aminturşularının
düzülmə ardıcıllığı belədir: arginin─prolin─prolin─qlisin─fenil-
alani─serin─prolin─fenilalanin─arginin. Bu hormonoid damarları
genişləndirir, saya əzələləri qısaldır.
Yuxarıda göstərilənlərdən aydın olur ki, hormonların insan
və heyvan orqanizmində çox böyük əhəmiyyəti vardır. Ona görə
də onların təbabətdə və baytarlıqda daxili sekresiya vəzilərinin
xəstəliklərinin müalicəsində geniş istifadə olunur. Heyvanların
boy və inkişafının nizamlanmasında, məhsuldarlığının artırılma-
sında hormonların tətbiqinin böyük perspektivləri vardır.
Mövzuya aid suallar
1. Hormonların nomenklaturası və təsnifatını xarakterizə
edin.
2. Qalxanabənzər vəzinin hormonları və onların funksya-
ları barədə məlumat verin.
3. İnsulin və adrenalinin antoqonist funksiyalarını göstərin.
4. Steroid hormonların kimyəvi təbiətini və fizioloji təsiri-
ni aydınlaşdırın .
5. Cinsi əlamətlərin inkişafında androgenlərin fəaliyyəti
barədə məlumat verin.
6. Hipoviz vəzinin ön hissəsinin hormonlarının maddələr
mübadiləsində rolunu izah edin.
201
7. Hormonoidlər barədə məlumat verin. Onların bioloji
rolunu göstərin.
8. Hansı hormonlar steroid quruluşdadır. Nə üçün?
9. Hansı hormonlar cinsi əlamətlərin inkişafına dolayı
yolla təsir göstərir.
10. Hormonların fermentlərlə əlaqəsi hansı əlamətlərlə
xarekterizə olunur.
202
VIII FƏSİL
8. MADDƏLƏR MÜBADİLƏSİ VƏ ENERJİ
Maddələr mübadiləsi canlıları cansızlardan ayıran əsas
əlamətdir. Maddələr mübadiləsi dəqiq nizamlanmış biokimyəvi və
fizioloji bir prosesdir. Bu prosesdə qanın və digər maddələrin
orqanizmə daxil olması, onların orqanizm tərəfindən mənimsənil-
məsi, hüceyrə daxilində digər məhsullara çevrilməsi və əmələ
gələn lazımsız məhsulların orqanizmdən xaric olunması ardıcıllığı
ilə baş verir. Bu çevrilmələr xarakterik biokimyəvi reaksiyalarla
(hidroliz, hidrogenləşmə, aminləşmə, fosforlaşma və s.) icra olu-
nur. Bu reaksiyalar mərkəzi sinir sisteminin nəzarəti və hormon-
ların iştirakı ilə fermentlər tərəfindən sürətləndirilir. Maddələr
mübadiləsi bütün hüceyrə quruluşunun boy və inkişafını və enerji
təminatı ilə təmin edir. Maddələr mübadiləsinin dayanması
orqanizmin həyat fəaliyyətinin zəifləməsinə və nəhayət məhvinə
səbəb olur.
Maddələr mübadiləsi bir-biri ilə əlaqəli və müxtəlif istiqa-
mətə yönələn iki prosesin vəhdətindən ibarətdir. Birinci-dissim-
lyasiya (və ya metabalizm) maddələrin parçalanma prosesidir.
İkincisi assimilyasiya (və ya katabolizm) maddələrin əmələ gəlmə
prosesidir. Bu proseslərdə əmələ gələn maddələr metobolitlər
adlanır. Bu bölgü şərtidir, orqanizmdə bunlar eyni zamanda
yaranır biri-digərini tamamlayır, bir sözlə vəhdət təşkil edir.
203
Cədvəl 10.
İnsanın qida maddələrinə olan təlabatı
Orqanizm-
də ümumi
miqdarı
kq-la
Enerjisi
kCoul/q
Kkal/q
Gündəlik təlabat, q-la
İnkişaf etmiş
ölkələrdə
gündəlik
faktiki
təlabat, q-la
Maddələr
mübadilə-
sində rolu,
funksyası
Əvəzolunmaz
komponentləri
Minimum
miqdar
Tələb
olunan
miqdar
Zülallar
10
17 (4,1)
37/29
*
55/45
*
92/75
*
Amintur-
şuların
daşıyıcısı,
enerji
mənbəyi
Əvəzolunmaz
aminturşular:
valin, leysin,
izoleysin, lizin,
fenilalanin, trip-
tofan, metionin,
treonin
Karbohidratlar
1
17 (4,1)
0
390
240-310
Ümumi
enerji
mənbəyi
(qlükoza);
enerji eh-
tiyatı (qlü-
kogen),
dayaq
maddəsi
(sümüklər
qığırdaq)
Əvəzolunmaz
komponentlər
(otsutsvunot)
Dostları ilə paylaş: |