N. N. Musayeva Kİtabxana informatikasi azərbaycan Respublikasının Təhsil Nazirinin 21. 08. 01 tarixli 917 saylı əmri ilə Ali məktəb tələbələri üçün dərs



Yüklə 2,93 Mb.
Pdf görüntüsü
səhifə7/31
tarix08.07.2018
ölçüsü2,93 Mb.
#54004
1   2   3   4   5   6   7   8   9   10   ...   31

 

25

olaraq,  kitabda göstərici  olduqda mövqe 31‐də 1 əks halda 



0  kodu yazılır. 

Mövqe  32  kitablar  üçün  təyin  olunmayıb  və  ona  görə 

mövqe 32 –də probel qoyulur. Kitab bədii  ədəbiyyat olduqda 

Mövqe  33‐də    1  əks  halda  0  kodu  yazılır.  Mövqe  34  kitabın 

biblioqrafik  əsər  olması  haqqında  kodlaşmış  məlumatı  

bildirir.  Belə ki, mövqedə   kitab  bioqrafiya deyilsə probel, 

avtobiorafiyadırsa‐a,  şəxsi  bioqrafiyadırsa‐b,  kollektiv 

bioqrafiyadırsa‐c,    kitabda  bioqrafik  məlumat  verilibsə‐d 

kodu yazılır.  



020 ISBN. Sahə Beynəlxalq Biblioqrafik Kitab Nömrəsini 

– İSBN indeksini  əks etdirir.  



Altsahələr: 

 



$a  altsahəsində    İSBN  nömrəsi  yazılır.  Bu  zaman  yalnız 

rəqəmlər yazılır. 

 

$c altsahəsində kitabın qiyməti yazılır 



 

$d altsahəsində pul vahidi yazılır. 



Nümunə: 020_ _$a9876362628$c70000.00 $d man 

040 

Kataloqlaşdırma 

mənbəyi. 

Sahə 


kitabı 

kataloqlaşdıran  təşkilat  və  kataloqlaşdırma  dili  haqqında 

məlumatı əks etdirir. 

Altsahələr: 

 



$a  altsahəsində  yazını  ilkin  tərtib  edən  təşkilatın  adı 

yazılır. 

 

$b altsahəsində biblioqrafik təsvirin tərtib olunduğu dil 3 



simvollu kodla göstərilir. 

Nümunə: 040_ _$beng 

041  Kitabın  dilinin  kodu.  Sahə  kitabın  mətninin  dilini 

əks etdirir və nəşr tərcümə olduqda 1 qiyməti, əks halda isə 

0 qiyməti alan indikatora malikdir. 

Altsahələr: 

 

26



 

$a  altsahəsində  kitabın  mətninin  dilinin  kodları  yazılır.  

Kodlar  aşağıdakı  şəkildə  yazılır:  ilk  öncə  nəşrin  əsas 

mətinin  dilinin  kodu,  sonra  nəşrin  mətnində  olan  digər 

dillərin kodları (probelsiz) əlifba ardıcıllığında yazılır 

 



$b  altsahəsində  kitabın  xülasəsinin  (rezyume)  dillərinin 

kodları yazılır.  

 

$g  altsahəsində  referatlardan  başqa  digər  qoşma 



materialların:  şərhlər,  təlimatlar,  istifadəçilər  üçün 

göstərişlər və s. dilinin kodu yazılır.  

 

$i  altsahəsində  mündəricatın  dili  mətnin  dilindən 



fərqlənirsə mündəricatın dillərinin kodları yazılır. 

 



$h    altsahəsində  kitabın  orijinalının  və  ya  aralıq 

tərcüməsinin dilinin kodu yazılır.  



Nümunə: 

a)

 



0410_ $a engfreger $b fregerspa 

Kitabın  mətni  ingilis,  fransız  və  alman  dillərindədir,  

fransız alman və ispan dillərində xülasəyə malikdir. 

b)

 



0411_ $afre$haze 

Kitab fransız dilindən azərbaycan dilinə tərcümədir. 



080  UOT  indeksi.  Sahə  kitabın  UOT  indeksini  əks 

etdirir. 



Altsahələr:  

 



$a  altsahəsində  UOT  indeksi  yazılır.  Əgər  UOT  indeksi 

mürəkkəbdirsə,  standart ayırıcılardan istifadə olunur. 



Nümunə:  080_ _ $a 631.321.411.3 

 

II.



 

Yazının başlığı və ya intellektual məsuliyyət 

 

Biblioqrafik  yazının  başlığı  fərdi  və  kollektif  müəlliflər 



haqqında  məlumatları  bildirir  və  aşağıdakı  sahələrdən 

tərtib oluna bilər: 

100 Birinci fərdi müəllif 



 

27

700 Digər fərdi  müəlliflər 



110 Birinci kollektiv müəllif

8

  



111 Birinci müvəqqəti kollektiv müəllif 

710 Digər kollektiv müəlliflər  

711 Digər müvəqqəti kollektiv müəlliflər

9

 



Təsvir olunan kitabın müəllifi konkret fərd olduqda 

onun  birinci  müəllifi  haqqında  məlumat  sahə  100‐də  digər 

müəliiflər haqında məlumatlar isə  və sahə 700 –də yazılır. 

Kitab  bir  müəlliflidirsə  aydındır  ki,  sahə  700‐dən  istifadə 

olunmur.  Hər  iki  sahə  aşağıdakı  qiymətləri  alan  və  birinci 

müəllifin və ya digər həmmüəlliflərin şəxsiyyət  (soyad, ad, 

atasının  ad,  ləqəb,  nəsl,  dini  və  aristokratik    sülalə  adı)  

məlumatının təsvir formasını  bildirən indikatora malikdir. 



Altsahələr:  

 

100$a\700$a    altsahələrində  müvafiq  olaraq  birinci 

müəllifin  və  digər  həmmüəlliflərin    soyadı;  soyadı  və 

insialı;  soyadı,  adı  və  atasının  adı,    təxllüsü  (məs:Xətai)  

və ya  yalnız adı  yazıla bilər.  

Qeyd  edək  ki,  bu  altsahələrdəki  məlumatın  tipinə  görə 

sahə indikatoru aşağıdakı qiymətləri alır: 

-

 



‐Əgər müəllifin və ya həmmüəllifin şəxsiyyət  məlumatı 

kimi yalnız şəxs adı, təxəllüsü göstərilibsə  0 qiyməti; 



Nümunə: 1000_$a Səid Əhməd 

-

 



Əgər müəllifin və ya həmmüəllifin şəxsiyyət  məlumatı 

kimi  soyad(məs.:  Qurbanov),  soydı  və  insialı  (məs.: 

                                                           

8

  Kollektiv  müəllif  dedikdə  kitabın  nəşri  üçün  məsulliyyət 



daşıyan təşkilat nəzərdə tutulur. 

9

  Müvəqətti  kollektiv  müəllif  dedikdə  müəyyən  qısa  dövr 



müddətində  fəaliyyət  göstərən  tədbirlər:  simpoizum,  konqreslər, 

qrultaylar,konfranslar,  seminarlar,  toplantılar,  sərgilər  və  s. 

nəzərdə tutulur.  

 

28



Qurbanov A.İ), soyadı, adı və atasının adı  göstərilibsə 1 

qiyməti; 



Nümunə: 1001_$a Tolstoy, Lev Nikolayeviç 

-

 



Əgər müəllifin və ya həmmüəllifin şəxsiyyət  məlumatı 

kimi  defis  və  ya  xüsüsi  söz  birləşmələri  ilə  yazılmış 

mürəkkəb soyadlar göstərilibsə  2 qiyməti; 

Nümunə: 1002_$a Van Alderwerelt van Rosen burgh 

-

 



Əgər müəllifin və ya həmmüəllifin şəxsiyyət  məlumatı 

kimi  nəsl adı, aristokratik və dini sülalə adı göstərilibsə  



3 qiyməti; 

Nümunə: 1003$a Napalyon 

 



100$b\700$b    altsahələrində  uyğun  olaraq  Rum 

rəqəmləri ilə  birinci müəllifin və  digər həmmüəlliflərin 

sülalə nömrəsi yazılır. 

 



100$c\700$c altsahələrində uyğun olaraq birinci müəllifin 

və  digər  həmmüəllifin  soyadı  və  ya  adı  ilə  birlikdə 

işlənən  titul,  rütbə, fəxri ad və s.  yazılır.  

 



100$d\700$d 

altsahələrində 

uyğun 

olaraq 


birinci 

müəllifin  və  həmmüəllifin  yaşadığı,    hakimiyyətdə 

olduğu dövrü bildirən  və s. tarixlər yazılır. 

 



100$e\700$e 

altsahələrində 

uyğun 

olaraq 


birinci 

müəllifin  və  həmmüəllifin  vəzifəsi  və  ya  kitaba  məsul 

şəxslərin rolu (Məs: tərtibatçı, redaktor və s.) yazıla bilər.  

 



100$n/700$n

  

‐ altsahələrində uyğun olaraq kitabın 



birinci müəllifin və həmmüəllifin yazdığı hissə  və ya 

bölməsinin   nömrəsi yazılır.  

 

100$p/700$p  althisahəlində uyğun olaraq kitabın birinci 



müəllifin və həmmüəllifin yazdığı hissəsinin bölməsinin 

adı yazılır. 

 

100$t/700$t



   

althisahəlində, kitabda müxtəlif müəlliflərin 

əsərləri  verilibsə  uyğun  olaraq  birinci  müəllifin  və 

həmmüəllifin yazdığı əsərin adı yazılır. 




Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə