N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   7   8   9   10   11   12   13   14   ...   90

 
duman  və  çən  zonaları  müvafiq  olaraq  fərqləndirilmişdir.  Hər  bir 
barik  sistemə  müəyyən  külək  sistemi  və  cərəyan  xətləri  uyğun 
gəlir.  Məsələn,  yerə  yaxın  sürtünmə  təbəqəsində  siklonlarda  hava 
axınlarının  yığılması,  yalın  oxu  boyunca  isə  əksinə,  onların 
dağılması müşahidə edilir. 
Digər  barik  topoqrafiya  xəritələrini  aşağı  izobarik  səthlərdən 
başlayaraq  ardıcıl  təhlil  etmək  lazımdır.  Ona  görə  ki,  barik 
sahələrin  xarakteri  hündürlüyə  görə  tədricən  və  qanunauyğun 
şəkildə dəyişir. Barik topoqrafiya xəritələrinin işlənilməsi aşağıdakı 
kimi aparılır: 
     1.İzohipslərin çəkilməsi, mütləq topoqrafiya xəritələrində siklon 
və antisiklonların mərkəzlərinin, nisbi topoqrafiya xəritələrində isə 
isti və soyuq sahələrin aşkar edilməsi; 
         
  
 
Şək. 3. Yerüstü hava xəritəsinin təhlili 
      
     2.850  hPa-  lıq  xəritələrdə  hər  2
0
C-dən  bir  qırmızı  qələmlə 
izotermlərin çəkilməsi; 


 
     3.Cəbhə xətlərinin çəkilməsi; 
     4.Şeh  nöqtəsi  çatışmazlığının  kəmiyyətinə  görə  (2°C-dən  aşağı 
olan qiymətində) rütubətli sahələrin aşkarlanması;  
     5.İzallohipslərin çəkilməsi (bərabər geopotensial dəyişmələri); 
     6.Yerüstü xəritələrdən yüksək topoqrafiya xəritələrinə əsas barik 
sistem mərkəzlərinin  köçürülməsi. 
     İzohipslər 
bütöv  xətlərlə  qara  qələmlə  hər  4  gp.dkm-dən  bir,  
400 hPa-dan yuxarı səthlər üçün MT xəritələrində izohipslər hər 8 
gp.dkm-dən  bir  çəkilirlər.  İzobarlardan  fərqli  olaraq  izohipslər 
külək  vektoruna  müəyyən  bucaq  altında  deyil,  paralel  olaraq 
keçirilir.  Küləyin  güclü  olduğu  yerlərdə  izohipslər  daha  sıx 
yerləşirlər.  Geopotensialın  aşağı  kəmiyyətə  malik  sahələrinin 
mərkəzlərində  MT xəritələrində  
A
  hərfi,  yüksək  kəmiyyətə  malik 
sahələrinin mərkəzlərində isə
 Y
 hərfi yazılır. 
     İzotermlər
 MT
850
 və MT
700
 xəritələrində qırmızı qələmlə  bütöv 
xətlərlə  hər  2
0
C-dən  bir  çəkilirlər.  Bu  zaman  sıfır  izotermini 
fərqləndirmək üçün onlar       qırıq - qırıq qırmızı xətlərlə çəkilirlər. 
İsti  adveksiya  sahələrinin  mərkəzlərində  qırmızı  qələmlə 
İ
  hərfi 
(isti),  soyuq  adveksiya  sahələrin  mərkəzlərində  göy  qələmlə  isə 
S
 
hərfi (soyuq) yazılır. 
     
Cəbhə  xətləri
  MT
850
  və  MT
700
  xəritələrində,  həmin  xəritənin 
məlumatlarına  (tempetarur  və  külək)  əsasən  çəkilirlər.  Bunun 
səbəbi  isə  ondan  ibarətdir  ki,  daha  yuxarı  topoqrafik  xəritələrdə 
cəbhə xətləri seçilmir, yuyulmuş halda olurlar. MT
850
 xəritələrində 
cəbhə  ərazilərinin  fərqlənməsi  üçün  cəbhə  xətləri  özünəməxsus 
şərti işarələrlə  birlikdə qalın xətlərlə çəkilirlər.  
     Cəbhə  xətləri  NT
500
1000
  xəritələrinə  yerüstü  hava  xəritələrindən 
köçürülür.  850  hPa-lıq  səthin  barik  topoqrafiya  xəritəsinin 
qaldırılmasına aid nümunə şəkil 4-də verilmişdir. 
     
İzallohipslər
,  yəni  son  12  və  ya  24  saat  ərzində  geopotensial 
hündürlüklərin  eyni  qiymətli  dəyişmələrini    göstərən  xətlər 
olmaqla,  MT
700
  xəritəsində  qara  qələmlə  qırıq-qırıq  xətlərlə 
keçirilirlər. 700 hPa-lıq hava xəritəsinin qaldırılması da 850 hPa-lıq 
səviyyənin  qaldırılması  ilə  demək  olar  ki,  eynidir.  Lakin  burada 


 
əvvəlki  sutkaya  nəzərən  geopotensial  hündürlüklərin  fərqləri 
aşkarlanır  və  xəritəyə  köçürülür.  Bunun  nəticəsində  barik 
mərkəzlərin dərinləşməsi (siklonlarda) və dolması (antisiklonlarda) 
müəyyən edilir (şək. 5). 
      Burada  müsbət  və  mənfi  şərti  işarələrlə  verilən  rəqəmlər 
əvvəlki sutkaya əsasən geopotensial hündürlüklərin fərqini göstərir. 
Hava  proqnozlarını  tərtib  edərkən  ən  vacib  sinoptik  xəritələrdən 
biri də 500 hPa-lıq səthin xəritəsi hesab edilir. 
 
Şək. 4. 850 hPa-lıq səthin mütləq barik topoqrafiya  
  xəritəsinin təhlili 
 
       
Ümumiyyətlə,  700 
və  500 
hPa-lıq 
səviyyələr 
hava 
proqnozlarını  tərtib  edərkən  ən  çox  istinad  edilən  hava  xərətələri 
hesab  edilirlər.  500  hPa-lıq  izobarik  səthin  xəritəsinin  təhlili  700 
hPa-lıq səthin hava xəritəsində olduğu  kimidir (şək. 6).    


 
                       
 
    Şək. 5. 700 hPa-lıq səthin mütləq barik topoqrafiya 
xəritəsinin    
                                                 təhlili 
 
Şək. 6. 500 hPa-lıq səthin mütləq barik topoqrafiya xəritəsinin  
təhlili 
 
     MT
700
  və  MT
500
  xəritələrinin  köməyi  ilə  isə  hava  kütlələrinin 
hərəkət sürətini təyin etmək mümkündür . 


 
     Aşağı  troposferin  temperatur  rejimini  və  cəbhələrin  yerlərini 
müəyyən  etmək  üçün  nisbi  topoqrafiya  xəritələrindən  istifadə 
edilir. Bu xəritələrdən ən geniş yayılanı 
500
1000

 xəritələridir. 
 
 
    Şək. 7. Nisbi barik topoqrafiya xəritəsinin təhlili (500/1000 
hPa) 
     Yuxarıda  qeyd  edilən  əsas  sinoptik  xəritələrdən  başqa, 
praktikada köməkçi  hava  xəritələrindən də  istifadə edilir.  Bu  hava 
xəritələrinə  misal  olaraq,  tropopauza  səviyyəsinin  hündürlüyünü 
əks etdirən xəritəni qeyd etmək olar  (şək. 8). 
Bu  xəritələr  vasitəsilə  hər  bir  məntəqədə  tropopauza 
səviyyəsinin  hündürlüyü,  həmin  səviyyədə  külək  (istiqaməti  və 
sürəti),  havanın  temperaturu  (ºC),  rütubətlik  (şeh  nöqtəsi 
çatışmazlığı xüsusi kod vasitəsilə) verilir.   
     Hava  proqnozları  tərtib  edilərkən  barik  sahələrin  (siklon  və 
antisiklonların)  mərkəzlərinin  gələcək  vəziyyəti,  onlarla  əlaqədar 
olan gözlənilən atmosfer hadisələrinin proqnozu baxımından 24 və 
36 saatlıq proqnoz xəritələrinin də təhlili xüsusi praktiki əhəmiyyət 
kəsb  edir.  Belə  xəritələrə  aid  nümunə,  24  saatlıq  proqnoz 
xəritəsinin təhlili şəkil 9- da verilmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə