1) dairəvi izobarları olan siklonlar (antisiklonlar) izallobar
qradiyenti istiqamətində yerini dəyişir;
2) elliptik izobarları olan siklonlar (antisiklonlar) isə izallobar
qradiyenti ilə ellipsin böyük oxu arasındakı istiqamət üzrə yerini
dəyişir.
Bu zaman yerdəyişmə sürəti izallobar qradiyentləri ilə düz,
böyük sahənin əyriliyi ilə tərs mütənasibdir.
Oxun meyl qaydası. Barik sistemlərin yer səthində mərkəzləri
şaquli oxlarının proyeksiyalarına, yəni siklon və ya antisiklonların
yerüstü və
700
xəritələrində mərkəzlərinin coğrafi vəziyyətlərini
birləşdirən xətlərə perpendikulyar olaraq yerini dəyişirlər. Belə
halda yüksəklik mərkəzi solda (və ya sağda) qalır. Bu qayda şaquli
oxun
proyeksiyası
NT
500
1000
xəritələrində
üfüqi
temperatur
qradiyentləri ilə üst-üstə düşdüyü zaman özünü doğruldur.
İsti bölmə izobarlar qaydası. Siklonların yer səithində
mərkəzləri bəzən isti bölmə izobarlarına paralel olaraq yerini
dəyişir. Barik sistemlərin təkamülü və yerdəyişməsi şəkil 100-də
təsvir edilmişdir.
Şək. 100. Barik sistemlərin təkamülü və yerdəyişmələri
Siklon və antisiklonların evolyusiyasının
proqnozu
Siklonun evolyusiyası – geniş anlayışdır. Məlumdur ki, siklon
evolyusiyası siklon mərkəzində təzyiqin dəyişməsi, qradiyentin
artması (azalması) və s. proseslərlə sıx əlaqəlidir. Siklonun
dərinləşməsi havanı pisləşdirir, siklon daha da genişlənir, yağıntılar
intensivləşir və daha geniş ərazini əhatə edir, həmçinin küləyin
sürəti artır. Siklonun mərkəzində təzyiqin artması siklon sistemində
havanın yaxşılaşmasına gətirib çıxarır və siklonun ölçüləri həm
şaquli, həm də üfüqi dəyişir. Bu zaman, ilk dövrdə siklon yer səthi
üzərində dolur və bir müddət hündürlükdə müşahidə edilir. Yerüstü
xəritədə, birinci növbədə mərkəzə yaxın izobar, daha sonra
ardıcıllıqla o biri izobarlar siklon tam sönənə qədər və yaxud
yenidən yaranana kimi itirlər.
Siklonun mərkəzindəki təzyiqin dəyişməsi evolyusiyanın vacib
göstəricisidir.
Onu
proqnoz
etməklə,
siklonun
o
biri
xarakteristikalarının qabaqcadan necə dəyişəcəyini bilmək olar.
Ancaq dəyişmələrin hamısını bu üsulla proqnoz etmək mümkün
deyil. Məsələn: cəbhələrin hərəkəti heç də həmişə mərkəzdə
təzyiqin dəyişməsi ilə korelyasiya etmir. Bunu siklonun hündürlük
üzrə dəyişməsinə də aid etmək olar. Belə ki, təzə dərinləşməyə
başlayan, regenerasiya edən siklon, artıq yüksək barik sahə kimi
formalaşır. Beləliklə, mərkəzdəki təzyiqin dəyişməsinin proqnozu
siklonun evolyusiyası haqda vacib, lakin tam olmayan məlumatı
verir. Məlumdur ki, siklonun inkişaf mərhələsini 4 hissəyə bölmək
olar: dalğa mərhələsi; gənc siklon; maksimal inkişafa çatmış siklon;
dolmuş siklon. Hər bir mərhələ müəyyən hava şəraiti ilə, cəbhələrin
yerləşməsilə, siklonun şaquli inkişafı ilə xarakterizə edilir.
Sinoptikin əsas vəzifəsi proqnoz müddəti ərzində siklonun hər
hansı bir mərhələdə qalacağını və ya başqa mərhələyə keçməsinin
proqnozunu tərtib etməkdir. Sinoptik təzyiqin dəyişməsini və onun
inkişaf mərhələsinin proqnozunu verməklə, siklonun gələcək
vəziyyəti haqda tam məlumat verir.
Antisiklonun evolyusiyası – siklonun evolyusiyası kimi
mürəkkəb anlayışdır. Siklon haqda dediklərimizi antisiklona da aid
etməklə, deyə bilərik ki, antisiklonun mərkəzindəki təzyiqin
dəyişməsi və onun inkişafının proqnozu proqnoz müddəti ərzində
antisiklonun evolyusiyası haqqında kifayət qədər dolğun məlumat
verir.
Beləliklə, barik sahələrin evolyusiyasının proqnozunu aşağıdakı
kimi xarakterizə etmək olar.
1. Mərkəzdə təzyiqin dəyişməsi və inkişaf mərhələsi,
2. İlkin nəticələrdən istifadə etməklə, barik sahənin digər
xarakteristikaları haqda müxtəlif inkişaf mərhələlərində siklon və
antisiklonların məlum modelləri əsasında fikir yürütmək.
Proqnoz üçün ilkin məlumatlar kimi siklon və ya antisiklonun
inkişafının təhlil nəticələri götürülür. Təhlil – son müddətə qədər
12-24 saat ərzində barik sahələrin evolyusiyasını müəyyən edən
səbəblərin aydınlaşdırılmasını əhatə edir. Bu zaman nəzərə alınır
ki, əvvəlki 12 saat ərzində fəaliyyətdə olan ünsürlər növbəti
müddətdə də fəaliyyətdə olacaqdır. Adətən, təhlilə bu ünsürlər
aiddir: müxtəlif səviyyələrdə burulğan sürətinin adveksiyası və
temperaturu, orta səviyyələrdə küləyin divergensiya sürətinin
dəyişməsi, hündürlükdən asılı olaraq küləyin dəyişməsi, yerüstü
sürtünmə və cəbhələrin köçürülməsi.
Barik əmələgəlmənin mərkəzində müxtəlif səviyyələrdəki ilkin
barik sahələri proqnostik sahələrlə müqayisə edərək, siklon və ya
antisiklon
üzərindəki
hündürlük
sahələrində
gözlənilən
dəyişiklikləri müəyyən etmək olur. Belə analiz apararkən yaddan
çıxartmaq olmaz ki, siklon və antisiklonlar hərəkətlidir. Odur ki,
gözlənilən barik əmələgəlmənin üzərindəki hündürlük sahələrini
müqayisə və təhlil etmək üçün siklonların yerdəyişməsinin
proqnozunu yenidən vermək məsləhət görülür.
Aparılmış tədqiqatlar göstərir ki, barik topoqrafiya xəritələrində
siklonların evolyusiya gedişində iki xüsusiyyət nəzərə çarpacaq
dərəcədə dəyişir:
1.
n
H
u
H
geopotensialının qradiyenti ilə ölçülən, müxtəlif
səviyyələrdəki Yüksək Frontal Zonaların intensivliyi,
2. Geostrafik küləyin nisbi burulğanı.
Əgər proqnostik xəritələrin məlumatlarına əsasən siklonun
mərkəzi üzərində
0
z
H
n
olarsa, onda belə siklon əvvəlki
müddətdə hansı vəziyyətdə olmağından asılı olmayaraq mütləq
dolacaqdır. Həmçinin,
0
z
H
n
və
0
2
H
z
olan zaman,
proqnostik xəritələrin məlumatlarına əsasən siklonlar dolur. Ancaq,
0
2
H
z
olarsa, onda siklon öz intensivliyini ya dəyişmir ya da
Dostları ilə paylaş: |