lazımdır. (N’) aralıq nöqtəsini və (N) proqnoz nöqtəsini müəyyən
etmək üçün şəkil 98-i nəzərdən keçirmək kifayətdir.
Əgər növbəti xəritədə (N) nöqtəsini hesab nöqtəsi qəbul etsək,
onda bu nöqtə üçün sonrakı 12 saat müddətində başlanğıc (bu nöqtə
A olacaqdır) və son nöqtələri (N
″
nöqtəsi) qeyd etmək olar. δt = 12
saat olduqda hesablamanın nəticəsi həqiqi qiymətə çox yaxın bir
təqribi qiymət olacaqdır. δt = 6 saat olduqda isə hesablama daha
dəqiq olacaqdır, lakin bu halda, hər 6 saatdan bir yenilənən mütləq
topoqrafiya xəritələrinin olması labüddür.
Şək. 98. Üfüqi hərəkətdə hava hissəciklərinin
trayektoriyasının
qrafiki təsviri a) dəyişməyən barik sahədə
b) dəyişən barik sahədə
Yerüstü qatda hissəciklərin trayektoriyasının hesablanması,
adətən, 12 saatdan artıq olmayan müddət üçün həyata keçirilir.
Щ
а
а
б'
ж
б
ж
М
1
Н
а)
Н
б)
М
М
'
А
Н
Н
Н'
Hesablamalar üçün bütün köməkçi (dairəvi) xəritələrdən də istifadə
olunur, trayektoriyanın proqnozu zamanı isə izobar sahələrinin
dəyişməsinin proqnozu verilir.
Yerdəyişmənin istiqamətini izobarların və küləyin istiqamətləri
(yaxud yerüstü qatda cərəyan xətlərinin istiqaməti) arasında qalan
bucağın orta qiyməti kimi təyin edirlər. Yerdəyişmənin sürətini 0,
200, 300, 600, və 1000 m hündürlüklərdə sürətlərin orta qiymətləri
kimi hesablamaq olar.
Trayektoriyanın qiymətləndirilməsi zamanı yerüstü xəritədə
izobarların istiqamətini hava hissəciklərinin yerdəyişmə istiqaməti
kimi qəbul etmək olar. Hissəciklərin yerdəyişmə sürətini isə
yerüstü qatda küləyin sürəti ilə izobar sahələrinə görə müəyyən
edilmiş geostrofik küləyin sürəti arasındakı orta qiymət kimi nəzərə
almaq lazımdır. Həmçinin yerdəyişmə sürətini küləyin sürətinə
bərabər qəbul etməklə, küləyin sürətini trayektoriya boyunca
yerləşmiş qonşu məntəqələr arasında ortalaşdırmaq olar.
Sinoptik vəziyyətin proqnozu, meteoroloji element və
hadisələrin proqnozlaşdırılması üsulları
Barik sistemlərin yerdəyişməsi və evolyusiyası dedikdə, ümumi
olaraq
sinoptik vəziyyətin proqnozu
nəzərdə tutulur. Barik
sistemlərin yerdəyişməsinin istiqamət və sürətini təyin etmək üçün
ekstropolyasiya üsulundan daha çox istifadə olunur. Bu üsulun
əsasını barik sistemlərin əvvəlki istiqamət və sürətini saxlaması
təşkil edir və onun köməyi ilə barik sistemlərin yerdəyişməsinin,
evolyusiyasının proqnozunu vermək mümkündür. Ekstropolyasiya
üsulundan başqa bir neçə qayda da vardır ki, bunlardan barik
sistemlərin evolyusiyası, yerdəyişməsinin proqnozu zamanı istifadə
olunur.
Barik sistemlərin müxtəlif bölmələrində hava şəraiti fərqli
xüsusiyyətləri ilə xarakterizə olunur. Sinoptik vəziyyəti və barik
obyektlərin yerdəyişmələrini müəyyən etməklə hər hansı bir
rayonda havanın ümumi vəziyyətini qabaqcadan müəyyən etmək
olar. Barik sistemlərin yerdəyişməsinin və evolyusiyasının
proqnozu üçün bir sıra üsullar mövcuddur:
1. Aparıcı hava axını üzrə yerdəyişmə üsulu. Bu üsul
N.P.Lujnaya,
V.İ.Buşuk,
N.Q.Leonov,
A.P.Poloxov,
A.N.Mertsalov və başqaları tərəfindən işlənmişdir.
Yer səthi yaxınlığında barik sistemlərin yerdəyişməsi MT
700
və
ya MT
500
xəritələrindəki aparıcı axınları nəzərə almaqla
qiymətləndirilir. Yer səthində barik sistemlərin mərkəzləri həmin
an 3-6 km hündürlüklərdə yerləşən izohipslərin istiqamətində
hərəkət edirlər və mərkəzlərin hərəkət sürəti
700
-də olan sürətin
0,7-0,8,
500
-də olan sürətin isə 0,5-0,6 mislini təşkil edir.
2. Qoşa izallobar üsulu. Bu üsul L. S. Qandin, S. S.
Klyuçayev
tərəfindən
təkmilləşdirilmiş
düsturlar
vasitəsilə
ekstrapolyasiya üsulları qrupunu əmələ gətirir və onun əsasını
ekstrapolyasiya, aparıcı axın qaydası təşkil edir.
N.P.Lujnayanın üsulu antisiklonların yerdəyişməsinin proqnozu
üçün 500 hPa-lıq səthlərdə antisiklonların ön və arxa hissələrində
temperatur fərqinin dəyişməsini nəzərə almaqla, ortalaşdırılmış
geopotensial sahələrdən istifadə edilməsinə əsaslanmışdır.
Siklon və antisiklonların yerdəyişməsinin aparıcı
axın qaydası ilə proqnozu
Operativ proqnoz işində aparıcı axını müəyyən etmək üçün
MT
700
və ya MT
500
xəritələrindən istifadə edilir. Onda
700
V
0,8
C
,
və ya
500
V
0,6
C
,
burada,
C – siklon və ya antisiklonların yer səthində mərkəzlərinin
yerdəyişmə sürətinin vektorlarıdır,
Dostları ilə paylaş: |