N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə72/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   68   69   70   71   72   73   74   75   ...   90

 
lazımdır.  (N’)  aralıq  nöqtəsini  və  (N)  proqnoz  nöqtəsini  müəyyən 
etmək üçün şəkil 98-i nəzərdən keçirmək kifayətdir.  
     Əgər  növbəti  xəritədə  (N)  nöqtəsini  hesab  nöqtəsi  qəbul  etsək, 
onda bu nöqtə üçün sonrakı 12 saat müddətində başlanğıc (bu nöqtə 
A olacaqdır) və son nöqtələri (N

 nöqtəsi)  qeyd etmək olar. δt = 12 
saat  olduqda  hesablamanın  nəticəsi  həqiqi  qiymətə  çox  yaxın  bir 
təqribi    qiymət  olacaqdır.  δt  =  6  saat  olduqda  isə  hesablama  daha 
dəqiq olacaqdır, lakin bu halda, hər 6 saatdan bir yenilənən mütləq 
topoqrafiya xəritələrinin olması labüddür. 
 
        
                
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
      Şək. 98.   Üfüqi hərəkətdə hava hissəciklərinin 
trayektoriyasının    
                       qrafiki təsviri  a) dəyişməyən  barik sahədə   
                       b) dəyişən barik sahədə 
  
Yerüstü  qatda  hissəciklərin  trayektoriyasının  hesablanması, 
adətən,  12  saatdan  artıq  olmayan  müddət  üçün  həyata  keçirilir. 
 Щ
 
а 
а
б' 
ж 
б 
ж 
 М
1
 
 
 
Н 
 
 
 
а)
Н
 
 
б)
  
М
М

А
Н
Н
Н'


 
Hesablamalar üçün bütün köməkçi (dairəvi) xəritələrdən də istifadə 
olunur,  trayektoriyanın  proqnozu  zamanı  isə  izobar  sahələrinin 
dəyişməsinin proqnozu verilir. 
Yerdəyişmənin istiqamətini izobarların  və küləyin istiqamətləri 
(yaxud  yerüstü  qatda  cərəyan  xətlərinin  istiqaməti)  arasında  qalan 
bucağın  orta  qiyməti  kimi  təyin  edirlər.  Yerdəyişmənin  sürətini  0, 
200, 300, 600, və 1000 m hündürlüklərdə sürətlərin orta qiymətləri 
kimi hesablamaq olar. 
Trayektoriyanın  qiymətləndirilməsi  zamanı  yerüstü  xəritədə 
izobarların  istiqamətini  hava  hissəciklərinin  yerdəyişmə  istiqaməti 
kimi  qəbul  etmək  olar.  Hissəciklərin  yerdəyişmə  sürətini  isə 
yerüstü  qatda  küləyin  sürəti  ilə  izobar  sahələrinə  görə  müəyyən 
edilmiş geostrofik küləyin sürəti arasındakı orta qiymət kimi nəzərə 
almaq  lazımdır.  Həmçinin  yerdəyişmə  sürətini  küləyin  sürətinə 
bərabər  qəbul  etməklə,  küləyin  sürətini  trayektoriya  boyunca 
yerləşmiş qonşu məntəqələr arasında ortalaşdırmaq olar.                                                                                            
Sinoptik vəziyyətin proqnozu, meteoroloji element və 
hadisələrin proqnozlaşdırılması üsulları 
        
     Barik sistemlərin yerdəyişməsi və evolyusiyası dedikdə, ümumi 
olaraq 
sinoptik  vəziyyətin  proqnozu
  nəzərdə  tutulur.  Barik 
sistemlərin yerdəyişməsinin istiqamət və sürətini təyin etmək üçün 
ekstropolyasiya  üsulundan  daha    çox  istifadə  olunur.  Bu  üsulun 
əsasını  barik  sistemlərin  əvvəlki  istiqamət  və  sürətini  saxlaması 
təşkil  edir  və  onun  köməyi  ilə  barik  sistemlərin  yerdəyişməsinin, 
evolyusiyasının  proqnozunu  vermək  mümkündür.  Ekstropolyasiya 
üsulundan  başqa    bir  neçə  qayda  da  vardır  ki,  bunlardan  barik 
sistemlərin evolyusiyası, yerdəyişməsinin proqnozu zamanı istifadə 
olunur. 
     Barik  sistemlərin  müxtəlif  bölmələrində  hava  şəraiti  fərqli 
xüsusiyyətləri  ilə  xarakterizə  olunur.  Sinoptik  vəziyyəti  və  barik 
obyektlərin  yerdəyişmələrini  müəyyən  etməklə  hər  hansı  bir 
rayonda  havanın  ümumi  vəziyyətini  qabaqcadan  müəyyən  etmək 


 
olar.  Barik  sistemlərin  yerdəyişməsinin  və  evolyusiyasının  
proqnozu üçün bir sıra üsullar mövcuddur: 
     1.  Aparıcı  hava  axını  üzrə  yerdəyişmə  üsulu.  Bu  üsul 
N.P.Lujnaya, 
V.İ.Buşuk, 
N.Q.Leonov, 
A.P.Poloxov, 
A.N.Mertsalov və başqaları tərəfindən işlənmişdir. 
     Yer səthi yaxınlığında barik sistemlərin  yerdəyişməsi MT
700
 və 
ya  MT
500
  xəritələrindəki  aparıcı  axınları  nəzərə  almaqla 
qiymətləndirilir.  Yer  səthində  barik  sistemlərin  mərkəzləri  həmin 
an  3-6  km  hündürlüklərdə  yerləşən  izohipslərin  istiqamətində 
hərəkət edirlər və mərkəzlərin hərəkət sürəti 
700

-də olan sürətin 
0,7-0,8, 
500

-də olan  sürətin isə 0,5-0,6 mislini təşkil edir.  
      2.  Qoşa  izallobar  üsulu.  Bu  üsul  L.  S.  Qandin,  S.  S. 
Klyuçayev 
tərəfindən 
təkmilləşdirilmiş 
düsturlar 
vasitəsilə 
ekstrapolyasiya  üsulları  qrupunu  əmələ  gətirir  və  onun  əsasını  
ekstrapolyasiya,  aparıcı axın qaydası təşkil edir. 
     N.P.Lujnayanın üsulu antisiklonların yerdəyişməsinin proqnozu 
üçün   500 hPa-lıq səthlərdə antisiklonların ön  və  arxa  hissələrində 
temperatur  fərqinin  dəyişməsini  nəzərə  almaqla,  ortalaşdırılmış 
geopotensial sahələrdən istifadə edilməsinə əsaslanmışdır. 
                        
  Siklon və  antisiklonların yerdəyişməsinin aparıcı 
                      axın qaydası ilə proqnozu 
 
     Operativ  proqnoz  işində  aparıcı  axını  müəyyən  etmək  üçün 
MT
700
 və ya MT
500
 xəritələrindən istifadə edilir. Onda 
 
700
V
0,8
C



 
və ya 
 
500
V
0,6
C


,
 
burada,  
     C  –  siklon  və  ya  antisiklonların  yer  səthində  mərkəzlərinin 
yerdəyişmə sürətinin vektorlarıdır,  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə