N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   2   3   4   5   6   7   8   9   ...   90

 
    - İqlimşünaslıq
 – Yer kürəsinin iqlim xarakteristikasını və iqlim 
amillərinin qarşılıqlı əlaqəsini, iqlim yaradan prosesləri öyrənir; 
    -  Sinoptik  meteorologiya
  –  proqnoz  məqsədilə  atmosfer 
proseslərinin  yaranma  mexanizmlərini,  hava  şəraitinin  dəyişmə 
səbəblərini öyrənir;    
    -  Aqrometeorologiya
  –  meteoroloji  şəraitin,  hava  hadisələrinin 
kənd təsərrüfatı bitkilərinə təsirlərini öyrənir; 
    -  Aerologiya
  –  radiozondlar  vasitəsilə  atmosferin  təbəqələrində 
meteoroloji parametrləri və onların dəyişməsini  öyrənir; 
    - Aktinometriya
 – Yer səthində günəş radiasiyasını öyrənir. 
     
Sinoptik  meteorologiyanın 
predmeti  havanın  qabaqcadan  xəbər 
verilməsi        (proqnozu) məqsədilə atmosfer proseslərinin inkişaf 
qanunauyğunluqlarını öyrənməkdir. 
     Müəyyən  zaman  anında  Yer  kürəsinin  ixtiyari  məntəqəsi  və  ya 
rayonu  üzərində  atmosferin  vəziyyəti 
hava
  adlanır.  Hava  təzyiq, 
temperatur,  rütubət,  külək,  buludluluq,  atmosfer  yağıntıları  kimi 
əsas  meteoroloji  kəmiyyətlərin  qiymətləri,  duman,  tufan,  çovğun, 
toz (qum) fırtınası və s. kimi xüsusi hadisələr yığımı ilə xarakterizə 
olunur. 
     Hava  şəraitinin  dəyişməsini  izləmək  üçün  bir  qayda  olaraq  hər 
bir    coğrafi  rayon  üzərində  meteoroloji  elementlərin  paylanma 
qanunauyğunluqlarını  bilməklə,  bir  neçə  sutka  əvvəl  havanın 
proqnozuna dair fikirlər söyləmək olar. 
     Havanı  qlobal  miqyasda  təhlil  etmək  üçün  coğrafi  xəritələrdə 
meteoroloji  kəmiyyətlərin  qiymətləri,  şərti  işərə  və  rəqəmlərlə, 
həmçinin  xüsusi  hava  hadisələri  qeyd  olunur  ki,  bu  cür  xəritələr 
sinoptik  xəritələr  adlanır.  Hal-hazırda  «sinoptik  xəritə»  əvəzinə 
«hava xəritəsi» termini də işlədilir. 
     Sinoptik  xəritələrin  köməyilə  atmosferdə  baş  verən  proseslərin 
inkişaf  qanunauyğunluqlarının  aşkar  edilməsinə  əsaslanan  hava 
proqnozu  üsuluna 
sinoptik  üsul
  deyilir.  Bu  üsul  atmosfer 
fizikasının  qanunları  əsasında  havanın  dəyişmə  səbəblərini 
araşdırmağa  imkan  verir.  Sinoptik  üsul  geniş  miqyaslı  atmosfer 
hadisələrinin öyrənilməsinə şərait yaradır.  


 
     
Aviasiya 
meteorologiyası
 
meteorologiya 
elminin  tətbiqi 
sahələrindən biri olmaqla,  meteoroloji şəraitin aviasiya texnikasına 
və  uçuş  fəaliyyətinə  təsirini  öyrənir,  hava  proqnozlarının 
metodikasını  hazırlayır,  qarşısında  duran  məsələlərin  həllində 
meteorologiyanın  başqa  sahələrinin,  sinoptik  və  dinamiki 
meteorologiyanın,  həmçinin  aerologiyanın  nəailiyyətlərindən  də 
istifadə  edir.  Onun  eyni  zamanda  aviasiya  elmləri,  təyyarəsürmə 
nəzəriyyəsi,  aerodinamika  və  kosmonavtika  ilə  sıx  əlaqəsi  vardır. 
Bəzi  atmosfer  hadisələri  uçan  aparatlar  üçün  çox  təhlükəli  olaraq 
qalırlar.  Buludlarda  elektrik  boşalmaları,  güclü  buzbağlamalar, 
silkələnmələr  və  s.  atmosfer  prosesləri  bəzi  hallarda  qarşıya 
qoyulmuş  məsələlərin  yerinə  yetirilməsini  əngəlləyir.  Alçaq 
buludlar, dumanlar və yağıntılar uçuş aparatlarının qalxıb-enməsini 
çətinləşdirir. 
Güclü 
küləklər 
aviasiya 
texnikasının 
yerdə 
saxlanmasına, uçuş-enmə zolağında buzun əmələ gəlməsi və çoxlu 
qar yağması isə aerodromun bir müddət sıradan çıxmasına da səbəb 
ola bilər. 
     Buna  görə  də,  uçuş  heyəti  atmosfer  proseslərinin  fiziki 
mahiyyətini  və  meteoroloji  şəraitin  uçuşlara  təsirini,  yer  səthində, 
havada  meteoroloji  şəraiti  təhlil  etməyi,  bundan  düzgün  istifadə 
edərək,  uçuşların  tam  təhlükəsizliyini  təmin  etməyi  və  az  qüvvə 
sərf etməklə, qoyulmuş məqsədə nail olmağı bacarmalıdırlar. 
     Son  10-20  il  ərzində  atmosfer  prosesləri,  barik  obyektlər, 
onların  enerjisi,  dinamikası  və  yaranma  şəraitləri,  hava  şəraitinin 
proqnoz metodları haqqında geniş elmi-praktiki əhəmiyyət daşıyan 
biliklər  əldə  olunmuşdur.  Yüksək  texnologiyaların  inkişafı  ilə 
əlaqədar  olaraq  yeni  kommunikasiya  və  rabitə  əlaqə  sistemləri 
yaradılmışdır.  İnternet,  GPS  və  GPRS,  GSM  mobil  rabitə 
sistemləri, 
Meteoroloji 
süni 
peyklər
 
(MSP) 
və 
doppler 
radiolokatorları
  meteoroloji  sahədə  inkişafı  xeyli   gücləndirmişlər. 
Meteoroloji süni peyklər vasitəsilə aviasiya üçün təhlükəli atmosfer 
hadisələri,  tropik  siklonlar  və  digər  sinoptik  obyektlər  yaranma 
müddətindən  dağılmasına  qədər  izlənilir  və  bunlar  haqqında 
məlumatlar  real  vaxt  rejimində  meteoroloji  orqanlara,  hətta  hava 
gəmilərinə  ötürülür.  İnternetin  geniş  imkanlarından  istifadə 


 
etməklə,  çoxhəcmli  meteoroloji  məlumatlar  operativ  qaydada  əldə 
olunur.  Bunlar  hava  xəritələri,  uçuş  səthləri  üzrə  temperatur  və 
külək  xəritələri,  aşağı  və  yuxarı  troposferdə  müşahidə  olunan 
təhlükəli atmosfer  hadisələri, peyk  məlumatları  və digərləridir. Bu 
isə  öz  növbəsində  həm  meteoroloqlardan,  həm  də  pilotlardan 
yüksək savad, bilik və bacarıq tələb edir. 
I FƏSİL 
SİNOPTİK METEOROLOGİYANIN ƏSAS ELEMENTLƏRİ 
Atmosferin tərkibi və quruluşu 
    
 
     Bizi  əhatə  edən  hava  təbəqəsinə 
atmosfer
  deyilir.  Burada, 
"atmos"  -  hava,  "sfera"  isə  təbəqə  deməkdir.  Atmosferin  Yer 
kürəsində  insanın  həyatı  və  fəaliyyəti  üçün  əhəmiyyəti  çox 
böyükdür.  Əgər atmosfer olmasaydı,  yer  səthinin  orta temperaturu 
+15
0
C  deyil,  -23
0
C  olardı  ki,  bu  da    canlı  aləmin  məhvinə  səbəb 
olardı.  Atmosferin  tərkibinə  daxil  olan  qazlardan  biri  oksigen 
olmaqla,  canlı  aləmin  nəfəs  almasına  və  yanma  prosesinə  kömək 
edir.  Atmosferin  əsas  qazı  olan  azot,  zülal  və  azotlu  birləşmələrin 
tərkibinə  daxil  olub,  Yer  kürəsində  həyatın  inkişafı  ilə  sıx 
əlaqədardır. Atmosfer azotun, oksigenin, arqonun, neonun və başqa 
qazların  sənaye  üsulu  ilə  alınmasında  tükənməz  rol  oynayır. 
Atmosfer,  gündüzlər  Yerin  Günəş  şüaları  tərəfindən  hədsiz 
qızmasının, gecələr isə onun hədsiz soyumasının qarşısını almaqla, 
eyni  zamanda  canlı  orqanizmləri  Günəşin  ultraqısa  və  kosmik 
şüalarından da qoruyur. Atmosferin yuxarı qatlarının qısa dalğaları 
qaytarması uzaq məsafələrlə radiorabitənin yaradılmasında mühüm 
rol  oynayır.  Atmosfer  səsin  yayılmasında  vacib  rol  oynamaqla, 
aviasiya üçün xüsusi maraq kəsb edir. Atmosfer müxtəlif qazların, 
su  buxarının,  maye  və  bərk  hissəciklərin  mexaniki  qarışığından 
ibarətdir.  Qaz  tərkibinə  görə  atmosfer 
homosfer
  və 
heterosfer 
qatlarına
 
bölünür. 
     Homosfer 
– hündürlüyü 90-95 km olan aşağı qatdır. «Homo» –
tək, «sfera» isə təbəqə deməkdir.  Bu qatda hündürlük artdıqca əsas 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə