N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   10   11   12   13   14   15   16   17   ...   90

 
     a)məntəqələrin  coğrafi  koordinatları  və  dəniz  səviyyəsinə  görə 
hündürlükləri    dəqiq müəyyən olunmalıdır; 
    b)məntəqələr  hər  cür  müşahidələr  aparmaq  bacarığına  malik 
heyətlə təmin edilməlidir; 
    c)məntəqələr standartlara uyğun sertifikatlaşdırılmış avadanlıqlar 
və cihazlarla təmin edilməlidir;         
     d)müşahidələr 
Ümumdünya Meteorologiya Təşkilatının
 (WMO) 
vahid proqramına əsasən müəyyən ardıcıllıqla aparılmalıdır;  
     e)məntəqələr müasir rabitə sistemləri ilə təchiz edilməlidir; 
     f)mənqələr reprezentativ olmalıdırlar – yəni aparılan meteoroloji 
müşahidələrdə ərazi xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. 
     Sinoptik məntəqələrdə meteoroloji müşahidələr 00
00
, 03
00
, 06
00

09
00
,  12
00
,  15
00
,  18
00
  və  21
00
-da  (Moskva  vaxtı  ilə)  aparılır,  bu 
zaman 03
00
, 09
00
, 15
00
 və 21
00
 müşahidə  müddətləri əsas,  digərləri 
isə əlavə müddətlər adlanır. 
     Yerüstü  şəbəkəyə  daxil  olan  aeroloji  məntəqələrdə  atmosfer 
zondlamaları 03
00
, 09
00
, 15
00
 və 21
00
 (Moskva vaxtı ilə) saatlarında 
aparılır.  Bu  zaman  03
00
  və  15
00
  müddətləri  əsas  müşahidə 
müddətləri kimi qeyd edilirlər. 
     
Aviasiya  avtomatik  meteoroloji  stansiyaları
  –  beynəlxalq 
aeronaviqasiyada  istifadə  olunan  meteoroloji  məlumatların  tərtib 
olunması  məqsədilə  meteoroloji  müşahidələrin  aparılması  üçün 
nəzərdə  tutulmuş  stansiyalardır.  Aviasiya  avtomatik  meteoroloji 
stansiyalarının daha çox yayılmış formaları Almaniya istehsalı olan 
AWOS,  ABŞ-ın  ASOS,  Finlandiyada  isə  VAISALA  firması 
tərəfindən  istehsal  olunmuşlar.  Bu  stansiyalar  hava  limanlarında 
quraşdırılmaqla, aşağıdakı meteoroloji kəmiyyətlər üzrə  avtomatik 
müşahidələri həyata keçirirlər: 
  meteoroloji  və  ya  qalxma-enmə  zolağında  (QEZ)  görünüş 
məsafələrini; 
  küləyin 2 və 10 dəqiqəlik orta və maksimal sürətlərini; 
  küləyin 2 və 10 dəqiqəlik ortalaşdırılmış istiqamətlərini; 
  havanın və şeh nöqtəsinin temperaturunu; 
  atmosfer  təzyiqinin  stansiya  və  dəniz  səviyyəsinə  gətirilmiş 
qiymətlərini; 


 
  nisbi rütubətliyi; 
  buludların aşağı sərhədlərinin hündürlüklərini; 
  yağıntıların miqdarını; 
  atmosfer hadisələrini və s.. 
     Yerüstü  şəbəkənin  çatışmayan  cəhətlərindən,  onların  kifayət 
qədər  sıx  yerləşməməsi  və  Yer  kürəsinin  bəzi  rayonlarında 
müşahidələrin 
fasiləsiz 
aparılmamasıdır. 
Müşahidələrin 
aparılmasında fasiləlik təzyiq sahələrinin araşdırılması zamanı bir o 
qədər də əhəmiyyət kəsb etməsə də, lakin buludluq,  ildırım, leysan 
və  s.  qısa  müddətli  atmosfer  proseslərinin  araşdırılmasında  ciddi 
səhvlərə səbəb olurlar. 
     Dünya  okeanları  planetimizin  3/5  hissəsini  təşkil  edir  və 
atmosfer  proseslərinin  formalaşmasında  onların  rolu  daha 
böyükdür.  Buna  görə  də  hava  bürosu  mərkəzləri  Dünya  okeanları 
səthlərindən  meteoroloji  məlumatlar  toplanmasına  da  çox  maraq 
göstərirlər.  
     Gəmi, stasionar və hərəkətdə olan, yakor tipli avtomatlaşdırılmış 
dəniz  hidrometeoroloji  məntəqələrin  işləri  bir  neçə  istiqamətdə 
qurulur.  Bu  istiqamətlərdən  biri  adalarda  təşkil  edilmiş 
məntəqələrdən  və  hava  xidmət  gəmilərindən  istifadə  edilməsidir. 
Adalarda 
təşkil 
edilmiş 
məntəqələr 
 
yerüstü 
müşahidə 
məntəqələrindən  fərqlənmirlər.  Ancaq  qeyd  etmək  lazımdır  ki, 
yalnız  adalarda  təşkil  edilmiş  azsaylı  məntəqələrdən  alınmış 
məlumatlarla  irimiqyaslı  sinoptik  proseslərin  dəqiq  təhlilini 
aparmaq  mümkün  olmur.  Bütün  müşahidə  məntəqələri,  lazımi 
ölçmə cihazları və müasir rabitə vasitələri ilə təchiz edilmiş, daimi 
olaraq fəaliyyətdə olan məntəqələr olmalıdırlar. Gəmilərdə aparılan 
müşahidələrin  proqramı  yerüstü  müşahidə  proqramları  ilə  eyni 
olaraq,  fasiləsiz  atmosfer  zondlamaları,  bəzən  isə  raket 
zondlamaları  da  aparılır.  Bunlardan  başqa,  gəmilərdə  kompleks 
hidroloji müşahidələr də aparılır.  
     Dünya  okeanında  müşahidə  şəbəkələrinin  sıxlığını  artırmaq 
məqsədilə  kommersiya  və  sənaye  tipli  gəmilərdən  geniş  istifadə 
edilir və hazırda bu məqsədlə 7000-dən çox gəmi fəaliyyət göstərir. 


 
    Avtomatlaşdırılmış yakor dreyf tipli hidrometeoroloji məntəqələr 
aparılan  ölçmə  sistemlərinin  mürəkkəbliyinə  görə  digərlərindən 
fərqlənirlər.  Lakin  son  zamanlar  həmin  tipli  məntəqələrlə    Yerin 
süni  peykləri  arasında  əlaqələrin  yaradılması,  qeyd  edilən 
çətinlikləri azaltmağa imkan verir.  
     
Meteoroloji  radiolokasiya  məntəqələri.
  Radiolokasiya  tipli 
məntəqələr, atmosferin vəziyyətinin fəza və zamana görə xülasəsini 
tərtib etməyə imkan verir. Radiolokasiya müşahidələri topa-yağışlı 
(Cb)  bulud,  ildırım  və      yağıntı  zonalarını,  həmçinin  onların 
intensivliyini,  hərəkət  sürətini  və  istiqamətini  təyin  etmək  üçün 
santimetrlik  diapazonlarda  istifadə  edilir.  Müasir  radiolokasiya 
sistemlərinin  əhatə  radiusları  300  km-ə  qədərdir.  MRL  vasitəsilə 
müşahidələr  hər  3  saatdan  bir  aparılır.  Aerodrom  rayonlarında 
ildırım  təhlükəli  topa-yağış  buludları  və  ya  intensiv  leysan 
yağıntılar,  şiddətli  küləklə  müşayiət  olunan  ildırım  ocaqları  aşkar 
edildikdə 50 dəniz mili (100 km) radiusunda müşahidələr «Tufan» 
rejimində  hər  saatdan  bir  aparılır.  Hər  saatda  keçirilən  müşahidə 
nəticələri  radiolokasiya  xəritələri  şəklində  tərtib  olunur,  özəklərin 
yeri  isə  hər  saatda  keçirilən  müşahidələr  arasındakı  müddətlərdə 
aparılan  hesablamaların  nəticələri  əsasında  dəqiqləşdirilir.  Həmin 
məlumatlar  növbətçi  sinoptiklərə,  eləcə  də  havada  hərəkətin  idarə 
edilməsi dispetçerlərinə ötürülür.  
     MRL  müşahidələri  mezomiqyaslı  meteoroloji  hadisələrin 
yerdəyişməsini və inkişafını izləməyə də imkan verir.   
     
Meteoroloji kosmik sistemlər.
 İlk dəfə, 4 oktyabr 1957-ci ildə 
keçmiş SSRİ-də Yerin süni peykinin buraxılması, meteorologiya və 
digər  elmlər  qarşısında  yeni  imkanlar  açdı.  Hazırda  kosmik 
gəmilərin  və  orbital  stansiyaların  məlumatlarından  atmosfer 
tədqiqatlarında çox geniş şəkildə istifadə edilir. Meteoroloji kosmik 
sistemlər  (MKS)  kosmik  və  yerüstü  olmaqla,  iki  yerə  bölünürlər. 
Kosmik  alt  sistemləri  Yerin  süni  peyklərinə,  yerüstü  alt  sistemləri 
isə  yerüstü  qəbul,  yenidən  işlənmə  və  məlumatların  yayılmasını 
təmin  edən  sistemləri  birləşdirir.  Süni  peyklər,  kosmosdan  yer 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə