N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   11   12   13   14   15   16   17   18   ...   90

 
haqqında  meteoroloji  məlumatların  alınması  və  bu  məlumatlar 
əsasında hava proqnozunun tərtib oluması üçün istifadə edilirlər. 
     Təyyarə  hava  kəşfiyyatları.  Təyyarə  hava  kəşfiyyatları  əsasən 
üç istiqamətdə aparılır: 
1.  Təyyarə meydanlarında atmosfer zondlamaları, 
2.  Atmosferin müəyyən marşrutlar üzrə zondlanmaları, 
3.  Yerüstü vizual müşahidələr. 
     Təyyarə kəşfiyyatlarında ilk növbədə, buludluq, görünüş dairəsi 
və  uçuş  meylliyi  haqqında  məlumatlar  toplanılır.  Müasir 
təyyarələrdə  xüsusi  quraşdırılmış  ölçmə  sistemləri  vasitəsilə 
təyyarələrin  qalxma,  marşrut  üzrə  uçuş  və  enmə  zamanı  hər  yüz 
metrdən  bir  əsas  meteoroloji  elementlərin  avtomatik  müşahidəsi 
aparılır və bu müşahidələr nəticəsində alınan məlumatlar AMDAR 
məlumatları  adlanır.  AMDAR  məlumatları  ilkin  olaraq  təyyarənin 
göyərtəsində  yerləşən  xüsusi  kompyüterlərdə  cəmlənir  və 
beynəlxalq hava limanlarında avtomatik olaraq yerüstü stansiyalara 
ötürülürlər.  Hal-hazırda  inkişaf  etmiş  ölkələrdə  AMDAR 
məlumatlarından  həm  uçuşların  meteoroloji  təminatında,  həm  də 
hava xidmətlərində proqnozların tərtibində geniş istifadə olunurlar. 
          
 
Aeroloji diaqramların və atmosferin fəza şaquli  
kəsimlərinin  qurulması 
     Meteoroloji  bölmələrdə  müxtəlif  hava  xəritələri  ilə  bərabər, 
aeroloji  müşahidələrin  nəticələrinə  görə  də  xüsusi  qrafiklər, 
blanklar tərtib olunur ki, bunlara da 
aeroloji diaqramlar
 deyilir. Bu 
diaqramlar  atmosferin,  əsasən  də  onun  aşağı  qatı  olan  troposferin 
vəziyyətini  analiz  etmək  üçün  ən  mühüm  vasitələrdəndir.  Bu 
aeroloji 
diaqramlar 
müxtəlif 
hündürlüklərdə 
meteoroloji 
elementlərin  analizləri  və  bunların  əsasında  leysan  yağışların, 
buzlaşmaların,  ildırımın  proqnozları,  bulud  laylarının  vəziyyəttini, 
kondensasiya  izlərinin  yaranma  hündürlüklərini  və başqa  atmosfer 
hadisələrini  təyin  etməyə  imkan  verir.  Bəzən  aeroloji  diaqramlara 
adiabat diaqramlar
 da deyirlər.  
     Aeroloji  diaqramlar  bir-birindən  əsas  və  köməkçi  şkalalar, 
atmosferin  müxtəlif  xarakteristikalarını  ifadə  edən  izoxətlərə  görə 


 
fərqlənirlər.  Aşağıdakı  aeroloji  diaqramlar  mövcuddur  (burada,  x- 
absis, y – ordinat oxlarıdır): 
     1) Revstal emiqramları (x = T; y = - Rlnp); 
     2) Şou teftoqramları (x= T; y = ); 
     3) Revstal aeroqramları (x = lnT; y = - RTlnp); 
     4) Rossbiqramlar (x = S; y = θ); 
     5) Layxtman zondoqramları (x = lnT; y = T);  
burada,  
     T-  temperatur,  P-təzyiq,    -  entropiya,  S-  qarışığın  xüsusi 
rütubətliyə görə nisbəti, θ  – potensial temperatur, R- universal qaz 
sabitidir. 
     Keçmiş  SSRİ-də  aeroloji  diaqramlar  UMT-nin  (Ümumdünya 
Meteorologiya  Təşlilatı)  təklifi  ilə  3  formada  hazırlanırdı.  Bu 
zaman  hər  3  forma    (  x  =  T;  y  =  p
0,286
)  koordinatları  ilə 
müəyyənləşdirilir.  Bu  blanklardan  ikisi  çəpbucaqlı  koordinat 
sistemində  1050-100  hPa  arasında  temperatur  zondlamaları  üçün,  
digəri isə temperaturun 40
0
C-dən mənfi 25
0
C arasında ilin isti fəsli 
üçün nəzərdə tutulur. Blankların üzərində isə ADÇİ ifadəsi yazılır. 
AD  -  aeroloji  diaqram,    Ç  -  çəpbucaqlı,  İ-  isə  isti  deməkdir. 
Temperaturun  müsbət  10  mənfi  55
0
C  diapozonu  isə  ilin  soyuq 
yarısı üçün tərtib edilmiş ADÇS blanklarda işlənir. Burada S-soyuq 
mənasında  işlənir.  Bu  blanklarda  izoxətlər  aşağıdakı  qaydada 
çəkilir:  izobarlar-  qəhvəyi  rənglərlə,  sağ  tərəfdə  izobarlara  50
0
-lik 
meylli  bucaqla  çəkilirlər. 
İzoqramlar
  (qarışıqların  miqdar  əyriləri) 
yaşıl  rənglərlə,  izobarlara  sol  tərəfdən  meylliklə  çəkilirlər. 
Quru 
adiabatlar
  (potensial  temperaturun  bərabər  qiymətləri)  qəhvəyi 
rənglərlə, 
rütubətli  adiabatlar
  isə  (daimi    potensial  temperatur  
əyriləri)  yaşıl  rənglərlə  sola  meylliklə  çəkilirlər.    Aeroloji 
blanklarda  atmosferin  zondlaşdırılması  nəticəsində 
stratifikasiya 
əyriləri,  şeh  nöqtəsi  əyriləri  və  atmosferin  hal  əyriləri 
qurulur. 
Bunlardan  başqa,  blankların  kənarlarında  hündürlüklər  üzrə 
küləklərin  paylanması  qeyd  olunur.  Hava  temperaturunun 
hündürlüyə görə paylanması stratifikasiya əyrisi adlanır və qırmızı 
rənglərlə  çəkilir.  Müxtəlif  hündürlüklərdə  temperatur  dəyişməsini 


 
bilmək  üçün  aeroloji  blanklara  keçmiş  müddətlər  üçün  də 
stratifikasiya əyriləri çəkilir. 
     Şeh nöqtəsi əyrisi yaşıl xətlərlə çəkilir və onların qurulması eyni 
ilə  stratifikasiya  əyrilərinin  qurulması  kimi,  şeh  nöqtəsi 
temperaturunun  hündürlüyə görə dəyişmələrini xarakterizə edir.  
     Qalxan  havada  temperaturun  adiabatik  dəyişmələrini  hal  əyrisi 
xarakterizə  edir.  Bu  əyrilər  qurularkən  kondensasiya  səviyyəsinə 
qədər  havanın  quru  adiabatik  olaraq  qalxması  və  hər  yüz  metrdə 
onun temperaturunun bir dərəcə aşağı düşməsi nəzərə alınır. Yəni, 
kondensasiya  səviyyəsinə  qədər  hal  əyriləri  quru  adiabatlarla  üst-
üstə  düşür  və  adi  qara  karandaşla  çəkilir.  Sonra  isə  kondensasiya 
səviyyəsi  təyin  edilir.  Əgər  yer  səthində  inversiya  və  yaxud 
izotermiya  təbəqələri  varsa,  onda  hal  əyrilərini  bu  təbəqələrin 
yuxarı  sərhədlərindən  başlayaraq  çəkmək  lazımdır.  Əyrilər 
qurulduqdan  sonra  aeroloji  diaqramlar  analiz  edilir.  Bu  zaman, 
birinci  növbədə  stratifikasiyanın  dayanıqlıq  dərəcəsi  təhlil  edilir. 
Əgər hal əyrisi stratifikasiya əyrisindən solda yerləşərsə, onda hava 
kütləsi  dayanıqlı    stratifikasiyaya  malikdir.  Bu  halda  havanın 
yuxarı  qalxması  üçün  şərait  mövcud  deyildir.  Əgər,  hal  əyrisi 
stratifikasiya  əyrisindən  sağda  yerləşərsə,  deməli  hava  kütləsi 
dayanıqsız  stratifikasiyaya  malikdir,  yəni  burada  hava  axınlarının 
yuxarı  qalxması  üçün  əlverişli  şərait  mövcuddur.  Stratifikasiya 
əyrisi  ilə  hal  əyrisi  arasında  yerləşən  sahələr 
dayanıqsızlıq 
enerjisini
  xarakterizə  edir.  Bu  əyrilərdən  başqa  aeroloji 
diaqramların  blankına  təyyarə  kəşfiyyatı  və  havanın  zondlaşması 
nəticələri  çəkirlir.  Bu  məlumatları  bort  meteoroloqları  və 
təyyarəçilər gözəyarı təyin edirlər. Aeroloji diaqramların köməkliyi 
ilə  aviasiyanın  meteoroloji  təminatına  aid  bir  çox  məsələlər  həll 
edilir. Bunlar leysan yağıntıların, ildırımların, konvektiv buludların 
diaqnozu  və  proqnozlarıdır.  Burada  isə    əsas  fikir  güclü  topa  (Cu 
cong)  və  topa-yağışlı  (Cb)  buludlara  verilir.  Bu  buludların  aşağı 
sərhəddi  kondensasiya  səviyyəsinin  yaxınlığında,  yuxarı  sərhəddi 
isə hal əyrisinin stratifikasiya əyrisini kəsdiyi səviyyədə olur ki, bu 
səviyyə də 
konveksiya səviyyəsi
 adlanır.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə